– xeber –
Güney Azərbaycanın “Traktor” futbol komandasının nəzarətçisi Əhəd Şeyxləri son günlərdə Azərbaycan komandasından bir neçə oyunçunun ayrılması ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.
Musavat.az axar.az-a istinadən xəbər verir ki, o bu barədə “Fars” xəbər agentliyinə danışıb.
“Məsih Zahidi və İman Səlimi “Traktor”dan ayrılmayıb. Yalnız Məhəmməd Müslimipur komandadan ayrılaraq “Maşınsazi”yə qoşulub. Bu barədə yayılan digər xəbərlər şayiədən başqa bir şey deyil", – o bildirib.