2021-01-15T23:02:50 – xeber –
Fransanın Nitsa şəhərində güləş üzrə Henri Deqlan Qran-pri turniri start götürüb.
“Report”un məlumatına görə, bu gün qadınlar arasında mübarizəyə yekun vurulub.
Yanvarın 16-da isə sərbəst güləşçilər xalça üzərinə çıxacaq. Püşkatma mərasimindən sonra yığma üzvlərinin ilk rəqibləri müəyyənləşib:57 kq
1/8 final: Georgi Edişeraşvili – Tomas Gilman (ABŞ)
1/8 final: Mahir Əmiraslanov – Nils Leutert (İsveçrə)
1/4 final: İslam Bazarqanov – Niklas Steçele (Almaniya)/Razvan Kovaç (Rumıniya)65 kq
1/8 final: Turan Bayramov – İlman Muxtarov (Fransa)74 kq
1/8 final: Hacımurad Hacıyev – Mark Ditşe (İsveçrə)
1/8 final: Hacımurad Ömərov – Miçel Finesilver (İsrail)
1/8 final: Coşqun Əzimov – Joel Mayer (İsveçrə)86 kq
1/4 final: Abubakr Abakarov – Məhəmməd Ramazanov (Rusiya)/Zahid Valensiya (ABŞ)92 kq
1-ci tur: Osman Nurməhəmmədov – İrakli Mitsuri (Gürcüstan)97 kq
1-ci tur: Şərif Şərifov – Givi Matçaraşvili (Gürcüstan)
Qeyd edək ki, qarşılaşmalar sabah Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.