Musavat.az
Musavat.az









Azadliq » Xeberler» Xeber

Putinden xahis etmeliyemmis ki, sen Allah… – Putinin dostu

Putindən xahiş etməliyəmmiş ki, sən Allah... - Putinin dostu

Genel 14 Ocak 2020

7:45 pm




– xeber –
Axar.az Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun News24.az-a müsahibəsini təqdim edir:
– Sizinlə görüşümüz Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il bayramı və ad gününüz ərəfəsinə təsadüf edir. Hər ilin sonu özünüzə hesabat verirsinizmi? Və 2019-cu ili necə qiymətləndirirsiniz?
– Təbii, hər bir insan hesabat verməlidir. O cümlədən də mən. Belə düşünürəm ki, keçmişdə baş verənləri yada salıb düşünmək lazım deyil. Ümumiyyətlə, keçmişdə “bu oldu”, “belə olmamalıydı” və ya “belə olsa yaxşı olar”, “görəsən, belə olacaqmı?” kimi düşünənlər ağılsız insanlardır. Ən ağıllı insanlar bu gün reallıqla yaşayanlardı. Təbiidir ki, insanın mütləq məqsədi olmalıdır. İnsan hansısa bir fəaliyyətlə məşğuldursa, deməli, o, bu işlərə yekun vurmalıdır ki, gələcəkdə bu işlə bağlı başqa planlar da qursun.
– Ötən il həyata keçirmək istədiyiniz, amma reallaşmayan planınız oldumu?
– Ötən il haqda “çox yaxşıydı” və ya “narazıyam” deyə bilmərəm. Normal qəbul edirəm. Təbii, reallaşmayan bəzi planlarım oldu. Amma 2019-cu ildə həm elm, həm biznes sahəsində planımda nə var idisə, demək olar, 90 faiz həyata keçdi.
– 90 faiz çox gözəl göstəricidir. Bu planların reallaşmasını məhz İlham Rəhimov olduğunuz üçün bacarmısınız?
– Söhbət mənim elmi fəaliyyətimdən gedirsə, bəli. Yox, əgər biznesdən söhbət gedirsə, o zaman özümü və tərəfdaşlarımı deyə bilərəm.
– Bəs, 2020-ci ildə qarşınızda dayanan prioritet məsələ nədir?
– Hazırda mənim həyat tərzim iki istiqamətdə davam edir – elm və biznes. Elmlə bağlı 2020-ci ildə planımda yeni bir kitabı yazıb yekunlaşdırmaq var. Bunu çox arzulayıram. Həyatımda ən sevindiyim an kitabım çapdan çıxdığı andır. Yeni çap olunmuş kitabımı əlimə alanda özümü çox xoşbəxt hiss edirəm. Bu il yeni kitabımın yekununu gözləyirəm və onu bitirəcəm. İşlə bağlı Moskvada bir neçə layihələrimiz olacaq. Bunlarla yanaşı ayrıca çox böyük bir layihəmiz də var ki, onu reallaşdırmağı planlaşdırırıq.
– Yeni il Rusiyada daha təmtəraqlı qeyd olunur, deyirlər. Nə əcəb Yeni ili Moskvada qarşılamadınız?
– Açığı, təntənəli, təmtəraqlı bayram keçirməyi sevmirəm. Əlbəttə, buna imkanım var. Hətta çoxları məndən nəsə istəyirlər, qalmağa hotel xahiş edirlər, ailələriylə gedirlər. Hələ indiyə kimi kimsə deyə bilməz ki, mən yeni ildə harasa gedib təntənəli və təmtəraqlı qeyd etmişəm. Sakitlik sevirəm.
– Yanvarın 14-də doğum gününüzdür həm də. Ad günü Sizin üçün nədir və necə qeyd etməyi xoşlayırsınız?
– Təmtəraqlı ad günü keçirməyi sevmirəm, ona görə də həmin günü sıradan bir gün kimi yaşayıram. Yəni, həmişəki kimi səhər idmanı, yüngül səhər yeməyi… İdman mənim gündəlik həyatımın çox mühüm bir hissəsidir. Bunun ardınca bir neçə saatımı elmə sərf edirəm. Əgər hansısa görüşlərim varsa, ofisə gəlirəm. Axşam da evdə oluram. Zəng vurub təbrik edənlər çox olur. Kimlərsə canlı təbrik etmək istəyəndə bağa gəlirlər. Ancaq təntənəli mərasim təşkil etmək, kimlərisə dəvət etmək… Bunları heç zaman etməmişəm.
Hər şeyi qurban verməyə hazıram, təki həmin vaxta qayıdım
– Azərbaycanın gözəl guşələrindən olan Tovuzda dünyaya gəlmisiniz. Tovuz Sizin üçün nə anlam daşıyır?
– Tovuz mənim üçün yurd-yuvadır. 7 yaşıma qədər orda yaşamışam. Uşaqlığımsa Qarabağda keçib, Bərdədə yaşamışıq, orta məktəbə də orda getmişəm. Çox vaxt o illər yadıma düşür… O illər çox gözəl idi. Tam səmimi deyirəm, hər şeyi qurban verməyə hazıram, təki o vaxta qayıda biləydim… Məktəb illərim, uşaqlıq dostlarım… İndi o dostlarımın əksəriyyətini işə götürmüşəm, yanımdadılar. Həmin dövr həyatımın ən xoşbəxt illəridir.
– O günləri niyə yenidən yaşamaq istəyirsiniz, hansı səbəbdən?
– Çünki o illərdə səmimi uşaqlıq dostlarım vardı. Düzdür, indi onların hamısı burdadı, amma təəəssüf ki, vaxt, zaman, məkan o deyil.
– İlham Rəhimov necə ailədə böyüyüb?
– Birincisi, heç kim heç bir yerdə nə eşidə, nə də oxuya bilməz ki, mən hardasa özümü “milyarder” adlandırım. Deyəm ki, “milyarderəm”, “varlı insanam”. Milyarder olmağı heç arzulamamışam da. Nə hüquq fakültəsində oxuduğum vaxtlarda bunu arzulamışam, nə də oranı bitirəndə gedib hansısa böyük vəzifədə işləyəndə. Sadəcə, tələbə vaxtımdan elmə çox meyilli olmuşam. Tale elə gətirdi ki, ən çox elə elmlə məşğul oldum. O ki qaldı ailəmə, mən imkanlı ailədə böyümüşəm. Heç zaman çətinliyimiz olmayıb. Kasıblığın nə olduğunu hiss etməmişəm. Ailədə bizə verilən tərbiyənin əsası isə təhsil idi. Bizə yalnız bir yol görünürdü – o da elm. Evdə bizə yalnız “oxuyun” deyilib. Uşaqlıqdan ən çox tarixi əsərlər və fəlsəfə ilə bağlı kitabları oxuyardım. Bunlar da hüquqa bağlıdır. Çoxları dedektiv sevir, amma mən bu janrdakı əsərləri heç zaman xoşlamamıışam. Tarixi əsərləri isə çox sevirəm. Niyə? Məsələn, Makedoniyalı İsgəndərdən kitab oxuyuram. Özümü həmin dövrdə və o tarixin bir parçası hiss edirəm. Əgər insan özünü bu tarixdə yaşamış kimi hiss edirsə, gör, o zaman neçə əsrdir yaşadığını zənn edir?… Söhbət təkcə makedoniyalı İsgəndərdən getmir, ayrı-ayrı tarixi dövrləri oxuyanda da eyni hissləri keçirirsən.
– Hansısa tarixi dəyişmək istəyiniz olubmu?
– Əlbəttə olub. İstənilən tarixi kitabda hansısa bir qəhrəman olur və bütün hadisələr onun ətrafında cərəyan edir. Və sözsüz düşünürsən ki, mən olsaydım bunu elə yox, belə edərdim. Amma sonradan daha dərin analiz edirsən və bu qənəatə gəlirsən ki, belə etsəydi, tarix olmazdı. Çünki o artıq tarixdə elə qalıb.
– Sizcə tarixi saxtalaşdırmaq mümkünsüzdür?
– Mümkündür və saxtalaşdırırlar da. Alimlərdən biri deyirdi ki, tarix divar saatındakı ox kimidir – istəsən sağa, istəsən sola çəkə bilərsən. Amma zamanı çatanda o ox yenə öz yerini tutur.
Məcburiyyət qarşısında qalıb Azərbaycandan getmişdim
– Bizdə hüquq fakültəsində oxuyanların ailəsinin istəyi, təzyiqi ilə bu peşəni seçirlər. Bəs siz necə? Bu öz istəyiniz idi, yoxsa…
– Hüquqşünas olmaq mənim öz seçimim olub. Məktəbdə oxuduğum illərdə humanitar fənnlərə daha çox həvəsim vardı. Amma Leninqradda təhsil almaq valideynlərimin istəyi idi. Mən öz seçimimi açıqlayanda bilmişəm ki, elə valideynlərimin də niyyəti bu olub, daha doğrusu, ögey anamın. Ögey anam rus idi, Leninqraddan. Bu qərarla bağlı çox fikirləşdim və sonra gördüm ki, düz eləmişəm. Birinci kursda oxuyanda anladım ki, Leninqrad Universitetinin hüquq fakültəsi Sovetlər dövrünün ən məşhur fakültəsi idi. Həmin fakültədə Lenin oxumuşdu, ona görə də burada oxumaq çox böyük uğur və prestij idi.
– Və İlham Rəhimov da orada oxuyub…
– Niyə Putini demirsiz? (Gülür – red.) Sonralar mənə aydın oldu ki, ordakı müəllimlər, alimlər, professorlar dünyanın ən tanınmış alimləri, professorlarıdır. Mənim üçün o dövrdə fərqi yox idi, çünki o qədər də müqayisə edə bilmirdim. Qərarım o idi ki, hüquqşünas olmalıyam. Lap Azərbaycanda da ola bilərdim, amma o dövrdə vəzifəli şəxslərin uşaqlarının hüquq fakültəsində oxuması mümkünsüz idi, heç sənədlərini belə götürmürdülər. 1970-ci ildən danışıram. Məcburiyyət qarşısında qalıb Azərbaycandan getdim. Seçim də məhz bu səbəbdən olundu. Evdəkilər dedi ki, Leninqrada gedəcəksən. Təsəvvür edin ki, məktəbi təzəcə qurtarmış yeniyetmə gəncin valieynləri burda qalır, özü isə Leninqrada gedir… İndi kimi görsən, soruşursan harda oxuyursan? Deyir hüquqda. Amma 70-ci ildə Leninqrad Dövlət Universtetinin hüquq fakültəsində təhsil alan yeganə azərbaycanlı mən idim. Qafqaz millətindən ayrı nümayəndə yox idi. Bu faktın özü üzərimə ikiqat məsuliyyət qoyurdu. İndi heç Tovuzda kənddə bilmirlər ki, kim harda oxuyur. O dövrdə isə bütün kənd, rayon, qəhum-əqrəba bilirdi ki, filankəsin uşağı gedib Leninqradda hüquq fakültəsində oxuyur. Bu həm prestij, həm də çox böyük məsuliyyət idi. Ona görə də düşünürdüm ki, yaxşı oxumaqdan başqa çıxış yolum yoxdur. Pis oxusam, universitetdən qovulub Azərbaycana qayıdacam və bununla da hər şey bitəcək…
Məktəbdə, eləcə də universitetdə oxuyan vaxtdan bir şeyi fikirləşirdim – özümü təsdiq etmək. Məqsədim bu idi. Bugünə qədərki həyatımda özümü təsdiq etmək istəyim hər zaman uğurlu olub. Hesab edirəm ki, özünü təsdiq etməyi qarşısına məqsəd qoyan insan mütləq nailiyyət qazanacaq.
– Hüquqşünas kimi indiyədək bir çox insanların haqqını qorumusunuz. Nə zamansa kiminsə hüquqlarını müdafiə etməkdə çətinlik çəkmisinizmi?
– Əlbəttə, olub. Mən hüquq-mühafizə orqanlarında, Ədliyyə Nazirliyində 16 ildən çox müxtəlif vəzifələrdə işləmişəm. Elə olub ki, öz tabeliyimdə olanların hüquqlarını müdafiə eləmişəm. Ədliyyə Nazirliyinin 9 il “partkom”u olmuşam. “Partkom” da insanların hüquqlarını kimdən qorumalıdır? Nazirliyin rəhbərliyindən. Mən həmişə onları müdafiə etmişəm, indi də onlar arasında yaşayanlar var və onlar bunu bilir. Onlara qarşı ədalətsiliyi heç zaman qəbul etməmişəm və məhz bu səbəbdən də mübarizə aparmışam.
– Ədalətsizliyi sevmirsiniz?
– Qətiyyən. İnsan anadan olandan o ədalətli yaranır. Sonra isə həyat, cəmiyyət, ətraf o insanın daxilindəki ədalət hissini, prinsiplərini dəyişə bilər. Amma prinsip etibarı ilə bütün insanlar ədalətlidir.
Mənə dostlarım, müəllimlərim və düşmənlərim yardımçı olub
– Siz fəaliyyətinizə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutundan elmi işçi kimi başlamısınız. Və sonradan fəaliyyətinizdəki pillələrin sayı artıb. Bu pillələri qalxmaqda İlham Rəhimova kimlərsə və ya nələrsə yardımçı olubmu?
– Hər şeydən əvvəl Allaha minnətdaram, ikincisi xasiyyətimə. Mən uşaqlıqdan psixoloji çətinliklər görmüşəm. 7 yaşından ögey anayla böyümüşəm. Bu, istənilən insana təsir edir, o ki qaldı 7 yaşında uşaq ola. O vaxtdan artıq başa düşmüşəm ki, mən öz-özümü təsdiq etməsəm, güclü xarakterim olmasa heç nəyə nail ola bilmərəm. Mən həm də çox dözümlü və səbirli insanam. Bir işi başladımsa, mütləq axıra çatdırmalıyam. Heç bir işi yarı yolda qoymuram. Mənə dostlarım, müəllimlərim və düşmənlərim yardımçı olub. Bəli, düşmənlərim də. Onlar məni möhkəmləndirib.
– Ananızı 7 yaşında itirmisiniz?
– Xeyr, anam sağ idi, amma atam ikinci dəfə ailə qurmuşdu. Anam 91 yaşında rəhmətə gedib. Atam belə qərar qəbul elədi ki, mən ögey ana yanında böyüməliyəm. Onda uşaq idim və qərarları mən vermirdim. Həyat belə gətirib. 7 yaşından Tovuzdan Bərdəyə köçmüşəm və orda yaşamışam. Həmin yaşda belə şeyləri bir o qədər anlamırsan, amma sonradan xatırlayırsan. Anamı tez-tez gedib görürdüm. Uşaqlığımın əsas illəri atamın ailəsiylə keçib. Amma bu o demək deyil ki, anamla əlaqəm olmayıb.
– Bildiyimizə görə, atanız, mərhum Məmmədhəsən müəllim insanlara çox xeyirxahlıq edib.
– Atamın xeyirxahlığını çox görmüşəm və yaxşı xatırlayıram. Bizi də elə tərbiyələndirib. Amma mən onun qədər ola bilmərəm.
– Siz də bu gün Tovuzda bir çox ailələrə dəstək olursunuz.
– Təkcə Tovuzda yox, məktəbə getdiyim, böyüdüyüm, çoxlu uşaqlıq dostlarımın olduğu Bərdədəki bir çox insanlara indi də köməklik edirəm.
Azərbaycanda insanlara yararlı bir layihə olsa, məmnuniyyətlə razılaşaram
– Bu gün Rusiyada çox böyük bir iş adamısınız. Niyə bu işin analogiyasını Azərbaycanda həyata keçirmirsiniz? Sizə Azərbaycanda iş qurmağa nə mane olur?
– Azərbaycanda iş görənlər çoxdur. Onların çörəyinə şərik olmaq düz çıxmaz axı… Bu da var, ayrı səbəblər də. İnsan hansı sahədə pul qazanırsa, çalışmalıdır yatırımı da ora qoysun. Amma onun qazancını, pulunu öz vətənində xərcləyə bilər. İnvestisiyanı artırmaq məqsədi ilə bu belə olmalıdır. Harda sən pul qazanırsan, harda iş yerin var, ora öyrəşirsən, oranın atmosferini bilirsən. Amma buna baxmayaraq, Azərbaycanda, Bakıda elə bir layihə olsa, bilsəm ki, onun insanlara, soydaşlarıma xeyri olacaq, təbii ki, orda iştirak edərəm. Belə təkliflərə, əlbəttə ki, açığam. Elə bir şey olsa, məmnuniyyətlə razılaşaram.
– Siz Azərbaycan, ya Rusiya vətəndaşısınız?
– Rusiya vətəndaşı olmaq imkanlarım çoxdur. Amma Azərbaycanı çox sevirəm və ona görə də buranın vətəndaşıyam. Yeri gəlmişkən, bir çox insanların Rusiya vətəndaşlığı almasına mən kömək etmişəm.
– Sizə Rusiyada vəzifə təklif olunub?
– Bəli, təklif olunub. Amma vətəndaşlığa görə qəbul eləməmişəm. Bu faktdır!
– Amma çoxları bu təkliflə düşünmədən razılaşardı…
– Düzdür, razılaşardı, bu sözünüzlə razıyam. Mənə belə təkliflər 2000-ci ildə olub. Daha doğrusu, 1999-cu ildə. O vaxt buna razılıq vermək olardı. Həm də çox böyük vəzifələr idi, amma bir fakta görə etiraz elədim. Mənə təklif olunan dövlət məmurluğu görəvi üçün Rusiya vətəndaşlığı şərt idi.
Bəziləri buna belə don geyindirirdilər ki, guya mənim Azərbaycanla bağlı siyasi planlarım və iddialarım olduğu üçün Rusiya vətəndaşlığını qəbul etmirəm. Amma həyat və zaman bunun belə olmadığını göstərdi. Azərbaycanda da mənə vəzifələr təklif olundu, amma mən ona da razı olmadım.
– Bəs, Azərbaycanda təklifləri dəyələndirməmənizin səbəbi nə idi?
– Bayaq dediyim kimi, uzun illər dövlət işində çalışmışam və onun nə demək olduğunu bilirəm. Sonra bir müddət ki, heç bir vəzifədə işləmədim, bax, onda həyatın gözəlliyinin, sərbəstliyinin, azadlığın nə olduğunu anladım. Sərbəstlik, azadlıq, heç kimə tabe olmamaq necə də qiymətlidir. Hansı vəzifədə olursan ol, azadlığını itirirsən. Deyirik, qulluq, dövlət qulluğu. Bu nə deməkdir? Bu o deməkdir ki, sən kiməsə tabesən, azadlığını itirirsən.
– Azadlığınızı vəzifəyə qurban verməmisiniz.
– Heç bir vaxt. Heç bundan sonra da vermərəm. O özgürlüyün nə demək olduğunu bilmək üçün gərək uzun müddət vəzifədə işləyəsən, məmur olasan, sonra isə bu məsuliyyətdən, yükdən azad olasan. Məhz o zaman azadlığın qiymətini anlayırsan. Mən bunu yaşadım və gördüm. Siz bilirsiniz, bizdə bir müddət vəzifədə işləyib sonra işdən çıxanlar ruhdan düşürlər, xəstələnirlər, nəylə məşğul olacaqlarını bilmirlər. Mən vəzifədən öz istəyimlə çıxmamışdım, çıxarılmışam. Ekspertiza İnstitutunun direktoru işləyirdim, o zaman məni qanunsuz olaraq işdən çıxarmışdılar. Həmin vaxt elə bildim, dünyanın axırıdır. O vaxt artıq professor idim. Onda anladım ki, dövlət işində olmasam da, professor kimi gedib hardasa dərs deyəcəm. Elə də oldu. Bir müddətdən sonra heç heyfslənmədim. Hər şeyi necə var, elə də qəbul elədim. Ümumiyyətlə, insan taleyində baş verən hadisələri çox soyuqqanlı qəbul etməlidir. Artıq bir hadisə oldusa oldu və sən onu geri qaytara bilmərsən. Onun üçün də heyfslənmək, dərd eləmək, ağlamaq, özünü öldürmək, bunlar hamısı boş şeylərdir. Heç bir vaxt gedib kiməsə ağız açmamışam ki, məni bu vəzifədən başqa vəzifəyə keçirin. Ümumiyyətlə, o dövrdə belə şeylər az olurdu. Biz nə qədər istməsək də, tənqidi yanaşsaq da, o dövrdə fəaliyyətini görüb səninlə bağlı müəyyən qərarı verirdilər. Əvvəllər elə idi, indi elə deyil. Ədliyyə Nazirliyinin ən böyük idarəsinin rəisi idim. Təbiidir ki, özüm də anlayırdım ki, ömürlük burda otura bilmərəm və nə zamansa işim dəyişəcək. O zaman “partkom” idim, məni Mərkəzi Komitəyə işə dəvət edə bilərdilər. Ora aparmasalar da, Ədliyyə nazirinin müavini ola bilərdim. Bunlar hamısı təbiidir. Açığı, Allah məni işdən çıxaran Ədliyyə nazirini əvəz edən Südabə Həsənovadan razı olsun. Yaxşı ki, o vaxt elə edib. Əgər məni işdən çıxarmasaydı, yəqin ki, hələ də orda idim. Məndən sonra, 1996-cı ildə ora gələn hələ də orada işləyir. İşdən çıxarılmasaydım, mən hələ də elə o kabinetdə və o işdə idim. İndi düşünürəm ki, nə yaxşı hər şey belə oldu. Rusların bir sözü var: “net xuda, bez dobra”, yəni şər deməsən, xeyir gəlməz. O sözə qüvvət.
– Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Deyirlər, tovuzlular sizin millət vəkili olmağınızı istəyirlər. Siz necə, deputat olmağı düşünürsünüz?
– Onların müraciətindən əvvəl “Deputat olmaq istəyirsinizmi?” sualına “belə bir fikrim yoxdur” deyə cavab vermişdim. Bir də demişdim, bunun üçün iki şərt var. Görsəm ki, o şərtlərin ikisi də var, o zaman razı olaram. Hələ vaxt var və mənim hansı qərarı verəcəyimi bilmək üçün o iki şərtlə tanış olmalısınız…
Deputat olan şəxs “bəli, baş üstə” sözlərindən istifadə etməməlidir
– O şərtlər nədir? Ümumiyyətlə, sizcə, deputat nəyi bacarmalıdır və necə insan olmalıdır?
– Birincisi, dünya təcrübəsində də belədir ki, deputatlar əksər hallarda hüquqşünaslar olur. Ona görə ki, parlament qanunvericilik orqanıdır. Deməli, hüquqünaslar çox olsa, daha yaxşı olar. İkincisi, parlamentin əsas funksiyalarından biri də büdcəyə nəzarət edib, onu təsdiqləməkdir. Deməli, orda iqtisadçılar da olmalıdır. Əgər effektli parlament istəyiriksə, bu iki kateqoriyaya aid şəxslər parlamentdə daha çox olmalıdır. Bu o demək deyil ki, hər hüquqşünas və ya iqtisadçı elə deputat ola bilər. Təbiidir ki, deputat intellektli, çox sərbəst, öz sözünü deməyi bacaran şəxslər olmalıdır. Həmişə “baş üstə”, “bəli” sözlərindən zəhləm gedib. Və çox gözəl olardı ki, deputat olan şəxs “baş üstə” sözünü ümumiyyətlə istifadə etməsin. Heç kim deyə bilməz ki, indiyədək mən kiməsə “baş üstə” demişəm. Mən Ədliyyə Nazirliyində – işləyən dövrdə keçmiş Ədliyyə naziri var idi, Nəriman Yusifov, bu yaxınlarda rəhmətə getdi, yaşı 90-ı keçmişdi. O məni nazirliyə dəvət edib şöbə müdiri qoydu. Artıq bir neçə gün idi işləyirdim, Nəriman Yusifov da uzun müddət Moksvada Kremldə işləmişdi. Nazirlə birbaşa telefon əlaqəsi vardı. Bir dəfə zəng gəldi, dedim bəli. Sonra mənə bir neçə tapşırıq verdi, mən də dedim “baş üstə”. Dərhal dedi, “dur, gəl bura”. Mən 3-cü, o isə 2-ci mərtəbədə otururdu. Düşdüm otağına, gənc oğlan idim. Dedi, bir müddətdir işləyirik, sənin işindən razıyam, xasiyyətin də xoşuma gəlir, amma bir də səndən “baş üstə” sözünü eşitsəm, daha səninlə işləməyəcəm. Təkcə mən yox, sənə birinci katib belə zəng etsə, ona da “baş üstə” desən, səninlə qurtardıq. Mən o zamandan “baş üstə” sözüylə qurtarmışam. Sonra müxtəlif nazirlərlə işlədim, o sözü bir daha işlətmədim. Nəsə tapşırıq verilirdi, deyirdim bir saata hazırdı…
Müəllim kimi çoxsaylı tələbələriniz olub və var. Tələbələrinizə nəyi və necə olmağı öyrətmisiniz?
– Hüquqşünas tələbələrin bəziləri elə başa düşürdülər ki, məcəllələri əzbər bilmək ən yaxşı hüquqşünas olmaq deməkdir. Onlara deyirdim ki, nə qədər siz məcəllələri əzbər bilsəniz də, türmədə yatanlar qədər cinayət məcəlləsini bilməzsiniz. Onlar məcəlləni sizdən daha yaxşı bilirlər. Bu, doğrudan belədir. Ona görə ki, kalonda yatanların sinəsində həbs olunduqları maddə yazılır və onlar bunu əzbər bilirlər. Yəni, bu yolla başa salırdım ki, əzbər bilmək hələ hüququn mahiyyətini bilmək deyil. Sən gərək o maddələrin mahiyyətini öyrənəsən. “Qurani Kərim” kimi. Məsələn, mollalar surələri əzbər bilirlər, amma Allah insanlara nə çatdırmaq istəyir, onu bilmirlər. Və o mollalarla dialoqa girəndə nə qədər dayaz, bəsit olduqlarını görürsən. Ona görə, tələbələrimə öyrədirdim ki, həmin maddələri əzbər bilməyə yox, mahiyyətini dərk etməyə çalışın. Onu da deyirdim ki, çox şeyi bilməkdənsə, lazım olanı bilmək daha yaxşıdır. O daha sərfəlidir və daha çox köməyinə gələcək. Çox şey bilə bilərsən, amma bu bilgin nə özünə, nə də insanlara lazım olmaya bilər.
– İnsanlar bəzən uğursuzluqlarının səbəbini maddiyyatla əlaqələndirirlər. Sizcə, uğursuzluğun pulla əlaqəsi varmı?
– Birbaşa əlaqəsi yoxdur. Ən çox da Rusiyada elə milyarderlər, oliqarxlar tanıyıram ki, onların öncə heç nəyi olmayıb. Bu işə mağazaların qarşısında cins şalvar satmaqla başlayıblar. Bu o deməkdir ki, ən çox uğurlu olmağa aparan zəhmətdir. Məqsəd qoymaq və zəhmət çəkmək lazımdır. Təbiidir, zaman keçdikcə maddi cəhət sənə kömək edəcək. Faktlar olub ki, çox imkanlı bir insanın övladları bütün varidatı dağıdıb və artıq heç nə köməyə gələ bilməyib. Çox şey insanın özündən asılıdır.
– Demək istəyirsiniz ki, övlada verilə biləcək ən böyük sərmayə, mal-mülk təhsildir. İnsanın əlindən hər şey çıxa bilər, yalnız ağlında, beynində olanları almaq mümkünsüzdür.
– Yüzə yüz razıyam. İnsanın beynində nə varsa, heç bir vaxt onun əlindən almaq olmaz. İnsanın həyatında elə bir məqam ola bilər ki, onun çoxlu var-dövləti olar, amma o elə çətin vəziyyətə düşə bilər ki, onu o var-dövlət həmin vəziyyətdən çıxara bilməz. Bir ağlı onu o durumdan çıxara bilər, var-dövlət köməyə gələ bilməz, yaramaz. Amma ağlı ona köməyə gələ bilər. Hər şeydən əvvəl insanın ağlı və savadı olmalıdır. Ağıl heç bir zaman insanı çətin durumda qoya bilməz.
– Var-dövlətinizin aciz olduğu zamanlar olubmu?
– Olub. Əgər savadsız olsaydım, o zaman düz qərar qəbul edə bilməzdim və hər şeyi itirə bilərdim. Bizim dövrümüzdə ana balasına daha çox “qurban olum, ay oğul, oxu” deyirdi. Valideyn bilirdi ki, bu uşağın gələcəyi məhz savadla işıqlı ola bilər. O dövr elə idi. Valideynlər övladlarını bu yöndən həyata hazırlayırdı. Amma indi valideynin dilindən belə söz eşitmirsən. Kənddə analar heç nəyi olmaya-olmaya çalışırdılar ki, uşaqları oxusun. Uşaq da dərk edirdi ki, ən vacibi oxumaqdır.
– Dövrümüzdə də yüksək bal toplayan abituriyentlərin əksəriyyəti kənd və rayonlardandır. Dünyanın müxtəlif ölkələrində orta təhsil alanlar belə o yüksək nəticəni göstərə bilmirlər. Deməli, ailənin maddi durumunun bu məsələdə heç bir rolu yoxdur.
– Razıyam. Burada başqa bir məqamda var ki, rayonda böyüyən uşaq onun ailəsinin gələcəyinə təkan vermək gücünün olmadığını anlayır. Amma dövlətli uşağı beynində fikirləşir ki, nə olsa da, ata-anam varlıdır, məni vəziyyətdən çıxaracaqlar. Sovet dövründə “dövlətli” sözü yox idi. İndi belə deyirlər. O zaman “imkanlı”, “orta” və “kasıb” ailələr deyimi var idi. Mən imkanlı ailədə böyümüşəm. Atam böyük vəzifədə işləyirdi, ögey anam da oxuduğum məktəbdə müəllimə idi. Heç bir korluq çəkməmişik və bu barədə düşünməmişik.
– Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidentisiniz. Bu yaxınlarda rəhbərlik etdiyiniz qurumun təşəbbüsü ilə Moskvada "Qlobal tranformasiya dövründəki müasir dövlətlər" adı altında beynəlxalq konfrans baş tutdu. Bu görüşün və konfransın nəticəsindən razı qaldınızmı?
– Bu formatda keçirilən konfranslarımız artıq ənənə halını alıb. Ötən il Bakıda da keçirmişdik. Konfransda 15-dən çox xarici ölkə nümayəndəsi iştirak edirdi. Biz bir-birimizi görürük, müzakirələr edirik, əlaqələrimizi möhkəmləndirir və genişləndiririk, hər kəs öz ölkəsindəki ən son hüquqi proseslərlə bağlı çıxışlar edir. Eyni zamanda dünyada olan aktual problemləri müzakirə edirik, savadmızı artırırıq.
– Konfransda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin də iştirak edirdi. Siz dəvət etmişdiniz?
– Aleksandr Bastrıkinlə tələbəlikdən dostuq. Biz onunla tez-tez görüşürük. Konfransa o da dəvət olunmuşdu, eyni zamanda digər qurum rəhbərləri də orda idi. Ümumiyyətlə, Aleksandr Bastrıkin istənilən tədbirimdə iştirak edir. Çox aktiv insandır və belə konfranslara dəvəti həmişə qəbul edib çıxış edir.
– İlham müəllim, bir çox kitabların müəllifisiniz. Bəs, memuar yazmağı necə, düşünürsünüzmü?
– Elə bir fikrim var. Amma hələ tezdir.
– Bu gün Tovuzda çox sayda aztəminatlı ailələr var. Tovuzla bağlı hansısa bir planınız varmı?
– Təkcə tovuzlular yox, bütün Azərbaycan insanlarına yardım etməyi zəruri sayıram. Artıq sayı yadımdan da çıxıb nə qədər tələbənin xaricdə – Amerika, İtaliya, Türkiyə, Rusiya, Böyük Britaniya, eləcə də Azərbaycanda təhsil almalarına yardım edirəm. Ən çox müraciətlər aydın məsələdir ki, xəstəliklə, insanların müalicəsi ilə bağlı olur. Çox köməklik edirik və bunun üçün çalışıırıq. Ayrı-ayrı işsiz adamlara da yardım edirəm və yenə də edəcəm. Tovuzla bağlı isə bir layihəm var, amma onu indi demək istəmirəm.
– Siz həm də dünyanın ən böyük ölkələrindən biri olan Rusiyanın Prezidenti Vladimir Putinlə yaxın dostsunuz.
– İndi o dövlət başçısıdır. Elə xatirələr var ki, o dövlət başçısı olduğuna görə danışmaq olmaz, heç ehtiyac da yoxdur. Amma memuar yazanda yəqin ki, bu xatirələrin çoxu orda əks olunacaq. Bu, çox maraqlı olar. Bu xatirələrin çoxu bizim gəncliyimizə, oxuduğumuz dövrə aiddir. Artıq 50 il olacaq ki, Putinlə bir-birimizi tanıyırıq. Biz tələbə yoldaşı olmamışdan əvvəl tanış olmuşduq, abituriyent olanda. İkimiz də imtahan verirdik. İmtahan günü hamı dəhlizdə dayanıb gözləyirdi, heç kim də bir-birini tanımırdı. Və istər-istəməz ordakı abituriyentlər bir-biri ilə tanış olurdular. Çoxu da mənə yaxınlaşırdı, qafqazlılara münasibət daha fərqli idi və hər kəsə maraqlı gəlirdi. Putinlə universitetin dəhlizində tanış olduq. Tale elə gətirdi ki, bir yerə də qəbul olunduq. Sonra da dostluğumuz başladı və bu günə kimi də davam edir. Bu yaxınlarda Yutubda bir söhbətə qulaq asdım. Baxmaq fikrim yox idi, sadəcə mənə aid bir məsələ olduğundan dinlədim. Çünki soruşdular, “buna qulaq asmamısan?!” Bir siyasətçi, partiya lideri, daha doğrusu sədri, “lider” sözü ona yaraşmaz, bir jurnalistlə Qarabağ məsələsini müzakirə edir. Bizim günümüzə bax. Siyasətçi, hansısa partiyanın lideri, əgər liderdisə, deməli, bunun prezident olmaq iddiası var. Deyir ki, “İlham Rəhimov istəsəydi, dostluq münasibətlərindən istifadə edərdi, ildə bir dəfə dostunun ad gününü təbrik edəndə işğal olunan rayonlarımızın bir kəndinin azad olunmasını xahiş edərdi”. Bu siyasətçinin, özünü lider adlandıran birinin fikridir. Jurnalist də o məqamda deyir ki, “əlbəttə, düz deyirsiniz. İlham müəllim də bunu hər dəqiqə başı üzümüzə vurur, gözümüzə soxur” (Gülür). Elə olur ki, ildə onunla 4-5 dəfə görüşürəm. Hər il də təbrik edirəm. Nə qədər ağılsız və çoban səviyyəsində siyasətçi olmalısan ki, “dostluq münasibətindən istifadə edib hansısa bir kəndi işğaldan azad edə bilər” deyəsən. Bunların düşüncəsinə görə, mən Putindən xahiş etməliyəm ki, sən Allah, orda bir kəndimiz var gör, onu azad edə bilərsən. Hər dəfə bir kəndi xahiş etməliyəmmiş. Bu da mənim siyasətçim…
– Rusiyadakı azərbaycanlı iş adamlarından kiminlə dostluq edirsiniz?
– Dost ayrı, tanış ayrı, münasibət saxladığım ayrıdır. Amma çoxlarını tanıyıram, çoxları ilə münasibətimiz də var. Necə deyərlər, “salaməleyküm” var. Bir neçəsi ilə isə dostam. Amma əksəriyyətini tanıyıram, yaxşı da münasibətim var. Biz lazım olanda bir-birimizə kömək edirik. Azərbaycanlılar hər yerdə bir-birinə dəstəkdir və belə də olmalıdır.
– Kömək etdiyiniz insanları hansı xüsusiyyətlərinə görə seçirsiniz? Məsələn, Qod Nisanov, sizin tərəfdaşınız…
– Biz partnyorlar bir-birimizə dəstəyik. Demək olmaz ki, yalnız mən tərəfdaşlarıma dəstəyəm. Hərənin öz funksiyası var. Bir-birimizə arxayıq və kömək edirik. Hərə öz işini bilir. 1999-cu ildən bu günə kimi bizim aramızda nə soyuqluq olub, nə də incilik. Bir-birimizi çox yaxşı başa düşürük. Səmimiyyət və düzlük, ədalətli olmaq insanda önəm verdiyim xüsusiyyətlərdir. Hər kəs bir-birinə arxa olmalıdır, bunu bacarmalıyıq. Partnyorlarla bu günə kimi də bu prinsiplə davam edirik.
Mənə hədə-qorxu gəlmək çox çətin məsələdir
– Deyəsən, tərəfdaşlar sarıdan bəxtiniz gətirib.
– Düzdür. İstər Rusiyada, istər Azərbaycanda da hamı məəttəl qalır ki, necə ola bilər ki, indiyə qədər aranızda heç bir narazılıq olmayıb. Bu iki tərəfdən də qaynaqlanıb. Bir-birimizi başa düşürük, bu illər ərzində də bir-birimizə çox inanırıq və qətiyyən şübhələnmirik. Onun üçün də çoxları paxıllıq edirlər.
– Çox zamanlar dövlətli adamlara qarşı hədə-qorxular olur. Sizə hədə-qorxu gələn olmayıb ki?
– Yox, olmayıb. Hər şey insanın özündən asılıdır. Gərək özünü elə aparasan və həyatda elə addımlar atasan ki, elə bir şəraitə düşməyəsən. Hər şey insanın özündən asılıdır. Gərək o şəraiti yaratmayasan. Özüm üçün heç bir vaxt bu şəraiti yaratmamışam və çoxları da bilir ki, mənə hədə-qorxu gəlmək çox çətin məsələdir.
– Deyəsən, idmanla da məşğulsunuz.
– Bəli. Hər günümün səhəri idmanla başlayır. Harda olmağımdan asılı olmayaraq, rejimimi pozmuram.
– Ananızın bişirdiyi yeməklərdən hansı üçün darıxırsınız?
– Anamın bişirdiyi xəngəl ən çox sevdiyim yemək idi. O cür dadlı xəngəl bişirməyi indiyə kimi bütün günü anamın yanında olan bacım da bacarmır. Bu yaxınlarda Qod, mən və rusiyalı oliqarx Rotenberq bir yerdə Moskvadan Bakıya uçurduq. Qod qayıtdı ki, bilirsiniz yadıma nə düşüb? Bir dəfə Tovuza getmişdik və ananız bizə xəngəl bişirmişdi. Bax, o xəngəl neçə vaxtdır ağlımdan çıxmır. Hava limanından zəng elədim, Tovuzdan qara un, qalan nə lazımdırsa, hamısını gətizdirdim. Dedim, biz gəlirik, elə eləyin, hazır olsun, təyyarədən düşən kimi gəlirik xəngəl yeməyə.
Dediyim kimi, üçümüz də gəlib o xəngəli yedik. Qod yeyəndən sonra dedi ki, bax, indi beynimdən çıxdı, yoxsa dadı damağımda qalmışdı…
İlham Rəhimovla müsahibəni Azərbaycanla bağlı istəkləri və anası haqda xatirəsiylə yekunlaşdırdıq. Bu bir daha onu göstərdi ki, həmsöhbətimiz harda olmasından, harda yaşamasından asılı olmayaraq qəlbi, ürəyi ilə bu torpağa, məmləkətinə bağlıdır. Məhz bu səbəbdən də həyatındakı bütün özəl günlərini vətəndə, çox sevdiyi torpağında qeyd edir. Bu dəfəki ad günü kimi…
Biz də öz növbəmizdə bu gün doğum gününü qeyd edən professor İlham Rəhimovu təbrik edirik. Ona cansağlığı və Azərbaycanla bağlı bütün arzularının gerçəkləşməsini diləyirik.

axar.az













BIST 100 endeksi, Asgari ücret zammı için milyonlarca işçi, bugün yapılan Asgari Ücret Tespit Komisyonu Toplantısı'na gözünü dikti. Bilindiği üzere geçtiğimiz günlerde Asgari Ücret Tespit Komisyonu üç kere toplanmış ancak bu toplantılardan asgari ücret zammına ilişkin karar çıkmamıştı. Bugün yapılan dördüncü toplantı saat 14:00'da başladı. Türk-İş ise asgari ücret zammına ilişkin "bin 893 lira 90 kuruş olmalı" ifadelerini kullanmıştı. Ve merakla beklenen 2018 asgari ücret zammı belli oldu. İşte detaylar. 1404 lira olan asgari ücretin, ortalama yüzde 12 enflasyon dikkate alınarak zam yapılması halinde brüt bin 990 lira, net 1 572 lira olması tahminler arasında yer alıyor. Böyle bir sonuçta, bekar bir işçi için Asgari Geçim İndirimi'nin de (AGİ) 149 lira olması söz konusu. Türkiye Cumhuriyet Merkez Bankası (TCMB), kredi kartı işlemlerinde 2018 yılı ilk çeyreğinde uygulanacak azami faiz oranlarına ilişkin açıklama yayımladı. Açıklamaya göre 2018 yılı ilk çeyreğinde kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmadı. 1 milyon 157 bin m2’lik büyüklüğü ve değeri ile uzun yıllar sürekli gündeme gelen ve geçtiğimiz yaz ihalesi yapılarak satılan Galatasaray Sportif AŞ.’nin arazisinin ardından fiyatların artışa geçtiği Riva bölgesinde İstanbul’un en büyük arazisi sessiz sedasız satışa çıktı. 4 milyon m2’lik büyüklüğü ile Galatasaray'ın Riva arazisinin 4 katı büyüklüğündeki arazi için istenen rakam da dudak uçuklatacak seviyelerde. İsmi verilmeyen gizemli bir iş adamına ait olduğu öğrenilen arazi için 3 milyar liranın üzerinde bir rakam telaffuz ediliyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında ise İstanbul’un en küçük ilçesi olarak bilinen Güngören’in yarısına denk geliyor. Buna göre, satış ve kiralama amacıyla yazılı basın, radyo, televizyon, internet ve benzeri iletişim araçlarında reklam ve ilanları yer alan, uygunluk belgesi veya fatura düzenlenen ürünler ve araçlar piyasaya arz edilmiş sayılacak. Piyasa gözetimi ve denetimi, ürünün piyasaya arzı veya dağıtımı aşamasında, ürün piyasada iken ve gerektiğinde ithalat, ihracat, montaj, hizmete sunum veya bir mal veya hizmet üretilmesi sürecinde de yapılabilecek. Gözetim ve denetim faaliyetleri sırasında teknik servislerin ve ürünün uygunluk değerlendirme işlemlerinde yer almayan test, muayene veya belgelendirme kuruluşlarının imkanlarından yararlanılacak. Uygunluk değerlendirmesini yapan kuruluş haricinde ürünün test ve muayenesini yapacak kuruluş yoksa denetim personelinin gözetim ve denetiminde, bu kuruluşta veya üreticinin laboratuvarında ürünün test ve muayenesi yaptırılacak. Test ve muayene sonucuna göre karar verme yetkisi Bakanlık merkez teşkilatı veya ilgili il müdürlüğüne ait olacak. ÜRÜNÜN PİYASAYA ARZI YASAKLANABİLECEK Piyasa gözetimi ve denetimi, teknik düzenlemenin öngördüğü işaretler ve/veya belgeler üzerinden inceleme, duyusal inceleme ile test ve muayeneyi kapsayacak. Denetim personeli, ürünün test ve muayenesini gerekli gördüğü takdirde denetlenen üründen numune alacak. Numunenin uygun çıkması durumunda test ve muayene, nakliye, bindirme ve indirme ücreti Bakanlığa ait olacak. Numunenin özelliğini kaybetmemesi durumunda bu husus üreticiye veya dağıtıcıya Bakanlık merkez teşkilatı veya il müdürlüğü tarafından bildirilecek. Bildirim tarihinden itibaren bir ay içinde üretici tarafından test ve muayene kuruluşundan alınmayan numune, defterdarlıklara intikal ettirilecek. Bu durumda üretici numune bedelini talep edemeyecek. Numunenin özelliğini kaybetmesi durumunda, tutanak düzenlenerek numune bertaraf edilecek ve numune bedeli Bakanlık tarafından üreticiye ödenecek. Güvensiz olmamakla beraber ilgili teknik düzenlemeye uygun olmadığı tespit edilen ürünler için üretici, ürünün teknik düzenlemeye uygunsuzluğunu gidermek için düzeltici faaliyet planı sunacak ve verilen süre içinde uygunsuzluğu giderecek. Düzeltilebilir uygunsuzlukların giderilmesi amacıyla, üreticiye düzeltici faaliyet planını 30 gün içinde sunması için bildirim yapılacak. Bu süre, üreticinin talebi üzerine, bir defaya mahsus olmak üzere 30 güne kadar uzatılabilecek. Anılan sürede planını sunmayan üretici, düzeltme faaliyetinde bulunmayacağını kabul etmiş sayılacak. Verilen süre sonunda uygunsuzluğu gidermeyen üreticiye idari para cezası uygulanacak. Güvenli olmadığı tespit edilen ürünler için ürünün piyasaya arzının yasaklanması, piyasadaki ürünlerin toplatılması, gerektiğinde ürünün hizmet dışı bırakılması, ürünün üretici tarafından güvenli hale getirilemediği ya da güvenli hale getirilmesinin mümkün olmadığı durumlarda bertaraf edilmesi gibi kararlar verilebilecek. Üreticiler, kullanıcılarda olan ve piyasada bulunan, riskli ya da teknik düzenlemesine uygun olmayan otomotiv ürünlerini Bakanlığın müdahalesine gerek kalmadan gönüllü olarak geri çağırabilecek ve düzeltici faaliyette bulunabilecek. Yönetmelik 6 ay sonra yürürlüğe girecek. Galatasaray’ın eski başkanlarından Selahattin Beyazıt’ın 1971 yılında 100 bin lira karşılığında aldığı Riva arazisi 15 Haziran tarihinde satılmıştı. 1 milyon 157 bin m2’lik arazinin ihalesini en yüksek teklifi veren Fema İnşaat ve KLV İnşaat ortaklığı 3.1 milyar liralık teklifle kazanmış, ancak ihale sonrası C¸evre ve S¸ehircilik Bakanlığı’nın imar değişikliğine gitmesiyle 50 bin metrekarelik pazarlanabilir alan kaybı yaşanınca ihaleyi kazanan ortaklık grubu ihaleden çekilmişti. Dünyanın en büyük ve güçlü ticari uçağı Airbus A350-1000 için Katar Havayolları'nda hizmete başlamak üzere geldiği başkent Doha'da karşılama töreni yapıldı. Dünya genelinde bu uçağı ilk kez kullanacak Katar Havayollar'ının CEO'su Ekber el-Bakir, törende yaptığı konuşmada, Katar Havayollarının 5 yıl içinde 41 uçak daha almak istediğini, ihtiyaç doğrultusunda bu sayının 45-50'ye çıkarılabileceğini söyledi. Katar Havayollarının gelecek üç ayda Airbus A350-1000'in dünyadaki ilk ve tek kullanıcısı olacağını vurgulayan Bakir, aynı model ikinci bir uçağın daha teslim alınacağını duyurdu ancak tarih vermedi. Katar'ın, söz konusu uçağı Doha'dan Londra'ya düzenlenen seferlerde kullanması bekleniyor. İhaleyi ikinci sırada tamamlayan ve Yılmaz İnşaat Taahhüt ve Ticaret AŞ'nin teklifi ise 3 milyar 808 milyon lira toplam gelir ve 952 milyon lira şirket payı olmuştu. İhalenin kesinleşmesi sonrası bölge için düşünülen projeler konuşulurken, Galatasaray Başkanı Dursun Özbek, Emlak Konut’la üzerinde anlaştıkları Riva projesinde 950 villa yapılacağını açıklamıştı. EKOLOJİK KÖY GELİYOR Emlak Konut’un Riva ihalesi kapsamında inşa edilecek projesi ekolojik ve sürdürülebilir mimari yaklaşımıyla tasarlandı. EKO-KÖY projesinin toplam konut alanı 869 bin 522 metrekare olduğu belirtilirken, projede 206 bin 497 metrekare özel orman alanı bulunuyor. Emlak Konut Eko-Köy projesi için köy ve doğa yaşantısının bu projede hayat bulması için ihale şartnamesine belirli maddeler ekleyecek. İnşaatın 2018'de başlaması ve 3 yıl sürmesi bekleniyor. BÖLGEYİ HAREKETLENDİRDİ Galatasaray Sportiv A.Ş.’nin arazisinin satışı ve gündeme gelen proje bölgeyi de hareketlendirdi. Söz konusu arazinin satışı sonrası araziye yakın konumdaki arsaların fiyatlarında da ciddi artışlar meydana geldi. 3.Köprü ile hali hazırda değerine değer katan bölgede arsa m2’leri de 350-400 dolar seviyelerine kadar yükseldi. 3 MİLYAR 100 MİLYON TL Bölgede yaşanan değer artışlarının yanı sıra satışa çıkartılan bir arazisinin büyüklüğü ve fiyatı da dikkat çekiyor. 4 milyon m2 olarak satışa çıkartılan arazisi yakın tarihte İstanbul’da satışa çıkartılmış m2 olarak en büyük arazi olarak biliniyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında daha net ortaya çıkıyor. 4 bin dönümlük arazi 7,17 km2’lik İstanbul’un Güngören ilçesinin yarısı kadar. Değeri ve fiyatı ile uzun yıllar sürekli gündeme gelen Galatasaray'ın 1 milyon 157 bin m2’lik arazisinin 4 katı büyüklüğündeki arazinin satışı için istenen rakam da astronomik seviyelerde. 4 bin dönüm arazisinin satışı için 800 milyon dolar yani yaklaşık 3 milyar 100 milyon TL, eski para ile ise 3 kat trilyon isteniyor. Merkez Bankası’ndan yapılan duyuruda, “Kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmamıştır. Bankalar, diğer ülkelerde olduğu gibi, kredi kartı faiz oranlarını bireysel kredi faizlerine göre daha yüksek belirlemektedir. Bu nedenle, kısa vadeli kredi gereksinimi olan kredi kartı sahiplerinin bu gereksinimlerini kredi kartları yerine tüketici kredileri yoluyla karşılamaları menfaatlerine olacaktır” ifadeleri kullanıldı Milyonlarca işçiyi yakından ilgilendiren ve heyecanla beklenen 2018 asgari ücret zam oranı için yapılan görüşme sona erdi. Toplantının ardından Çalışma ve Sosyal Güvenlik Bakanı Jülide Sarıeroğlu, 2018 asgari ücret zammını açıkladı. Buna göre 2018 asgari ücret brüt olarak 2 bin 29 TL net olarak bin 603 TL olarak açıklandı.günün ilk yarısında yüzde Afet ve Acil Durum Yüksek Kurulu, Başbakan Yardımcısı Recep Akdağ'ın başkanlığında Afet ve Acil Durum Yönetimi Başkanlığında (AFAD) toplandı. Akdağ, toplantının açılış konuşmasında AFAD'ın afet ve acil durumlar ile sivil savunmaya ilişkin hizmetlerin ülke düzeyinde etkin bir biçimde yerine getirilmesi için kurulduğunu hatırlattı. Türkiye'nin 1999'daki büyük depremler sırasında çok büyük acılar yaşadığını anımsatan Akdağ, "Bu acılara sebep olan depremler sırasında organizasyon, etkin müdahale, hazırlık açısından Türkiye eksiklerini de görmüş oldu. Dolayısıyla hükümetimiz, o dönemde belli kurumları bir araya getirerek Başbakanlığın çatısı altında topladı." diye konuştu. Afet ve acil durumla ilgili olarak birçok bakanlığın ve kurumun görevleri olduğunu ifade eden Akdağ, bu görevlerin bir uyum ve ahenk içerisinde yürütülmesi gerektiği için bu nedenle Yüksek Kurul'un tesis edildiğini dile getirdi. Yüksek Kurul'un yılda en az iki kez toplandığını belirten Akdağ, bu yılın ikinci toplantısını gerçekleştirdiklerine işaret etti. Recep Akdağ, Yüksek Kurulu 2018 yılında biraz daha sık aralarla toplama ihtiyacı olacağını ifade ederek "Çünkü bu organizasyonun, bu kurul yapısının özellikle afetlere hazırlanmak, riski azaltmak konusunda çok daha farklı bir hamleyi bu yıl içerisinde, yani 2018 yılı içerisinde yerine getireceğini düşünüyorum. Dolayısıyla 2018 yılı içerisinde biraz daha sık toplantılarımız olacak." dedi.0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler
- Sitemap