– xeber –
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Musavat.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb.
Görüşdə tərəflər təhlükəsizlik, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması məsələlərini müzakirə ediblər. Həmçinin Suriyaya humanitar yardım məsələlərinə də toxunublar.