– xeber –
“Vikiliks” saytı Rusiya kəşfiyyatının filialıdır.
Musavat.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin keçmiş katibi və keçmiş prezidentliyə namizəd Hillari Klinton deyib. O, saytda olan məlumatlar ucbatından 77 min seçicini itirdiyini bildirib:
“Təəssüflər olsun ki, “Vikiliks” hazırda Rusiya kəşfiyyatının filialı hesab edilir. Demək olar ki, tamamilə ona tabedir. Bu sayt Vladimir Putinin təşəbbüsü ilə əvvəlcədən razılaşdırılmış əməliyyat çərçivəsində yaradılıb”.