Musavat.az
Musavat.az









Azadliq » Xeberler» Xeber

“Col Qala”nin ic dunyasi…

“Çöl Qala”nın iç dünyası...

21 Haziran 2019

11:16 am




21/06/2019 [15:09]: xeber –
Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar.Əbülfəz ElçibəyVahid Qazinin “Çöl Qala”sını oxuyandan sonra əsərlə bağlı düşünərkən istər-istəməz rəhmətlik Əbülfəz Elçibəydən (Allah rəhmət eləsin! Məzarı nurla dolsun!) eşitdiyim bu müdrik deyimi xatırladım. Öz-özümdən soruşdum: Vahid bəyin əsərdə yaratdığı rəssam kimdir – azad olmuş quldur, ya azad edilmiş qul?İş burasındadır ki, azad olmuş qulla azad edilmiş qul arasında çox ciddi fərq var. Bu fərqə toxunmazdan öncə vurğulayaq ki, günümüz üçün qul anlayışı yalnız kölə yox, həm də rəiyyət (hərfən: sürü) və təbəə (hərfən: tabe olan) anlamını da qapsayır. Kölə, rəiyyət və təbəənin haqqı yoxdur, yalnız ağa qarşısında görəvi var. Bu kölə, rəiyyət və təbəə öz haqları uğrunda mübarizə apararaq azadlıq və hüquqlarını əldə edir və onu qoruyacaq düzeydə bir gücə çevrilirsə, artıq qul olmaqdan çıxır, səs verib hakimiyyəti seçmək haqqına sahib VƏTƏNDAŞA çevrilərək hakimiyyətin qaynağı olur. Ancaq öz azadlıq və hüquqlarını qoruyacaq düzeydə gücü olan bu VƏTƏNDAŞI günümüzdə adına “vətəndaş” deyilən azad edilmiş qulla eyniləşdirməyək.Azad olan qul azad olmazdan öncə hansısa bir azadlıq anlayışına yiyələnər və bu anlayışı ideala çevirərək o ideal uğrunda mübarizə aparar. Öz mübarizəsi ilə azadlığını əldə edəndən sonra isə bu keçmiş qul arxayınlaşıb yerinə oturmaz, azadlığın gətirdiyi sorumluluqları da üstlənər və mübarizəsini sonadək aparıb ortaya çıxan yeni təhlükələrə də qalib gəlməyə çalışar. Hətta təhlükələrə qalib gələ bilməsə belə, o təhlükələrin içərisində yaşayar və öz umuduna güvənib azadlıq uğrunda mübarizəsini şəraitə uyğun davam etdirər. Niyə? Çünki öz mübarizəsi ilə azad olan qul anlayır ki, azadlıq təkcə qollardakı zəncirlərin, ayaqlardakı buxovların qırılması deyil, həm də bağlı dillərin açılması, cəhalət qaranlığı ilə sönük/söndürülmüş idrakların aydınlanmasıdır. Zəncirlərin, buxovların qırılması anında baş verən bir toplumsal partlayışla ortaya çıxa bilirsə, dillərin açılması, idrakların aydınlanması uzun sürəli ağır bir sürəcdir. Çünki insanın qolundakı zəncir, ayağındakı buxov daha çox dışarıdan (yabançılardan, zorba iqtidarlardan, toplumdan…) gəlirsə, dilin bağlılığı və idrakın sönüklülüyü dışarı ilə yanaşı, həm də insanın öz içindən doğan bir sorundur. İnsan öz qolundakı zənciri, ayağındakı buxovu qırmaqla yanaşı, bağlı/bağlanmış dilini açmasa, sönük/söndürülmüş idrakını qəflətdən ayıltmasa, gerçək azadlığa yetməz, bir VƏTƏNDAŞ kimi öz haqq və hüquqlarını gerçəkləşdirə bilməz.Ancaq bu yol qarşısında daha ağır əngəllər durmaqdadır və azadlıq uğrundakı mübarizənin hədəfi də məhz o əngəlləri aşmaqla əldə edilər.Azad edilən qul öncədən özümlü bir azadlıq anlayışına yiyələnməz və hətta bu anlayış onun ağlına belə gəlməz. Qul yaşamı onun üçün xoşdur: yeyəcəyi bir tikə çörəyi, yatacağı bir yeri, ağır olsa da, çalışacağı bir işi var və nə iş görəcəyinə, nə edəcəyinə dair qərar qəbul etmək çətinliyindən də uzaqdır, çünki onun əvəzinə qərar qəbul edəcək ağası var və ağasına qulluq etmək onun alışdığı bir həyatdır.Özü istəməsə də, birdən-birə azad edilən və ağasını itirdiyi üçün nə iş görəcəyini, nə edəcəyini kəsdirə bilməyən, düşüncə azadlığından yoxsun olduğu üçün düşünməyə və özü ilə bağlı qərar verməyə belə qabil olmayan qul çaşıb qalır. Azadlığın gətirdiyi yeniliklər, özəlliklə də sorumluluqlar, qayğılar, təhdid və təhlükələr azad edilmiş qulu qorxudur, sorumluluqları boynuna götürməyə və qərar qəbul etməyə cəsarəti çatmır. Bütün bunlar isə onda psixoloji gərginlik yaradır və həmin gərginlikdən qurtulub rahatlanmaq üçün azad edilmiş qul onu təhlükələrdən qoruyacaq yeni bir ağa (ulu öndər, superigid…) axtarmağa başlayır. Axtardığını tapanda öz azadlığından imtina edib ona tabe olur, onun ağalığı/öndərliyi altında öz alışdığı rahat həyatını yaşamağa önəm verir. Buradan da avtoritarlığın sosial-psixoloji özülləri yaranar və o, sistemin/rejimin qurulması ilə sonuclanar.Azad edilmiş qul özünə ağa (ulu öndər, superigid…) tapmayanda isə azadlığın gətirdiyi təhlükələrin doğurduğu ağırlıq və qayğılar altında sarsılar, əzilər və tənhalıq, yapa-yalnızlıq duyğusu onu depressiyaya uğradar.Ancaq bu cür depressiya təkcə azad edilmiş qula yox, azad olmuş qula da aid edilə bilər. Belə ki, mübarizə uzun sürərsə və tez-gec qalib gələcəyinə umudu kəsilərsə, azad olan qulların da bəzisi sarsılıb depressiyaya uğrayar.Hansı nədənlə olur-olsun, depressiyaya uğramış insanda mübarizə əzmi bitər və belələrinin bəzisi həyatdan bezib intihara əl atar, bəzisi onu əzən sorunlardan qaçmağa və başını hansısa ayrı bir işlə qarışdırıb bir təhər yaşamağa qıpçınar (can atar), bəzisi isə gerçək dünyaya marağını itirərək ya o dünyaya – axirətə hazırlaşmaqla özünü ovundurmağa çalışar, bəzisi də özü üçün yeni bir üçüncü dünya qurmağa yeltənər. Dünənədək bu üçüncü dünya xəyal aləmi idi və daha çox fantastik təxəyüllər üzərində qurulurdu. Bü gün isə artıq bilgisayar və internet səbəbinə yeni bir üçüncü dünya ortaya çıxmışdır və ona Batı dillərində virtual, Türkcədə isə sanal aləm deyilir.İstər intihar, istər başını hansısa ayrı bir “işlə” (əyyaşlıq, tiryəkilik…) qarışdırma, istər o dünyaya hazırlaşmaqla özünü ovundurma, istərsə sanal dünyada yaşama vb. olsun, bunların hamısı gerçək dünyadakı çeşidli təhlükələrin, uğursuzluqların, ağırlıqların, yapa-yalnızlığın doğurduğu depressiyalardan qaçma yolu kimi qarşımıza çıxır. Bu yolun mahiyyətini və sosial-psixoloji özəlliklərini araşdırma baxımından isə tanınmış Alman psixoloqu Erik Fromun “Azadlıqdan qaçış” əsəri ən adlım (məşhur) əsərlərdən və çox önəmli qaynaqlardan biri sayılır.E.Froma görə, azadlığın gətirdiyi sorumluluq, qərar vermə çətinliyi fərddə gücsüzlük və yalqızlıq duyğularını gücləndirdiyi üçün fərd özünü gərəksiz sayır, aşağılıq duyur. Bu aşağılıqdan qurtulmaq üçün fərdlərin kimisi hansısa bir öndərin nüfuzuna sığınaraq onun kölgəsi altında özünü daha əmin, daha rahat və güclü hiss edir; kimisi isə hansısa bir avtoritarın kölgəsinə sığına bilmədiyi üçün var olan azadlıqdan qaçmağa çalışır.Bizim qısaca toxunduğumuz intihar, sanal dünyada “yaşama” vb. gedişlər də məhz bu azadlıqdan qaçışın bəlirtiləri kimi dəyərləndirilə bilər.⁕⁕⁕Azərbaycan ədəbiyyatında azadlıqdan sanal aləmə qaçan insan obrazını yaratmaq baxımından Vahid bəy Qazinin “Çöl Qala” əsəri ilk ciddi bir addım kimi dəyərləndirilməlidir. Əsər tanınmış filosof və sosioloq Karl Popperdən gətirilən bir alıntı ilə başlayır: “Mən üçüncü dünyaya insan ruhunun məhsulu kimi baxıram. Üçüncü dünyanı biz özümüz yaradırıq”.Bu alıntı sanal aləmi tanımlamaq, əsərin ana xəttini ortaya qoymaq və sanal aləmdəki surətlərin psixoloji durumunu açıqlamaq baxımından çox yerinə düşür.Doğrudur, Azərbaycan ədəbiyyatında insanın ruhi aləmini, psixoloji durumunu ortaya qoyan yeni bir ədəbi yön – psixoloji nəsr hələ 1960 – 1970-ci illərdən uğur qazanmağa başlamışdı. Sabir Əhmədlinin “Yamacda nişanə”, “Qanköçürmə stansiyası”, Əkrəm Əylislinin “Kür qırağının meşələri” vb. əsərlər 1970-ci illərdə bizim sevə-sevə oxuduğumuz və zaman-zaman araşdırdığımız əsərlər idi. Bu psixoloji nəsri araşdıran ayrıca bir ədəbi tənqid də ortaya çıxmışdı və onlardan bu gün ən çox yadımda qalan Muxtar İmanovun “Azərbaycan nəsrində psixologizm” əsəridir.O çağlarda mən də Əkrəm Əylislinin “Kür qırağının meşələri” və Sabir Əhmədlinin “Yamacda nişanə” əsərləri ilə bağlı kurs işi və tələbə elmi tədqiqat işi yazmışdım. “Yamacda nişanə”nin qəhrəmanı Laçın və “Kür qırağının meşələri”ndəki Qədir obrazları gerçək həyatda özünə yer tapmır, fərqliliyi, ya da dəyişimi qəbul edə bilməyən cəmiyyətlə toqquşur, daxili psixoloji gərginlik içində çırpınıb çıxış yolu axtarır. Ancaq sonda çıxış yolunu Laçın gerçək dünyadan o dünyaya köçməkdə görür, Qədir isə məkan dəyişdirir – onu anlamaq istəməyən cəmiyyətdən uzaqlaşıb ayrı bir cəmiyyətə üz tutur. Unutmayaq ki, nə Laçın, nə də Qədir azad deyildi, onlar azad olmaq üçün buxovlardan qurtulmağa qıpçınan insanlar idi.Mən filoloji təhsil alsam da, ədəbiyyat üzrə yox, dilçilik (daha çox dil tarixi və türkologiya) üzrə uzmanlaşdığımdan sonralar ədəbiyyatla uğraşmadım və Laçını da, Qədiri də unutdum. Ancaq indi Vahid Qazinin “Çöl Qala”sını oxuyanda onları da xatırladım və düşündüm ki, Əkrəm bəyin Qədiri, Sabir bəyin Laçını yaşasaydı, Vahid bəyin Rəssamından çoxmu fərqlənərdi?Məncə, onların arasında daha çox bir fərq var: Qədir, Laçın kimilər azadlığa qıpçınan Sovet təbəələri idilər, Rəssam isə bağımsız Azərbaycanın azad edilmiş insanlarından biridir. Rəssam özü mübarizə aparıb azad olmadığı üçün bu gün azadlığı yolunda duran əngəllərə qarşı da vuruşmur, vuruşa bilmir. Doğrudur, Rəssam artıq dünənki dəmir pərdə içərisində yaşayan qolu bağlı, ayağı buxovlu Sovet təbəəsi də deyil və azad edildiyi üçün qolu açılmış, buxovları qırılmış bir “vətəndaş” olaraq xanımının ailəsi səbəbinə önəmli bir işdə çalışır, rahatca dünyanı dolaşa bilir. Ona hər cür imkan yaratmış bu ailəyə sığınmaqdan Rəssam heç də xoşlanmır, ancaq dili bağlı olduğu üçün səsini də çıxarmır, idrakı da siyasi yöndən tam aydınlanmadığı üçün umduğu azadlıq yolundakı əngəllərə qarşı yalnız passiv gileylə yetinir (Ancaq unutmayaq ki, siyasi yönü çıxmaqla Rəssam yüksək düzeyli bir aydındır). Ona elə gəlir ki,  “…azadlıq fərdi xarakter daşıyır, cəm halda azad olmaq mümkün deyil”. Ancaq bu “cəm hal” deyimi millət anlayışını da barındırır və mərhum Ə.Elçibəyin düşüncələrindən yararlansaq, deyə bilərik ki, milləti azad olmayan bir fərdin özü necə azad ola bilər?! İnsan özünün fərdi azadlığını istəyirsə, ilk öncə içində yaşadığı toplumun azadlığı uğrunda vuruşmalıdır. Gerçək bir azadlığa/ bağımsızlığa yetib milli  şəxsiyyətə çevrilməyən toplumun ayrıca götürülmüş bir üzvü istəsə də, azad ola bilməz və avtoritar sistemdə/rejimdə fərdi şəxsiyyətini qorumaqda çətinlik çəkər. Siyasətdən uzaq tipik bir aydın obrazı olan Rəssam isə millətin hamılıqla azadlığı yolunda mübarizə aparmır, tərsinə, hamılıqla azadlığı mümkünsüz sayır (çünki mübarizə apararsa, tutduğu vəzifəni, dünya ölkələrinə səfər imkanını vb. itirəcəyi şübhəsizdir), əvəzində azadlığın gətirdiyi gücsüzlük və yalqızlıqdan qurtulmaq üçün sanal dünyaya sığınır. Hətta son əsərində sanal dünyada tanış olduğu Qadının gözlərini çəkməklə sığındığı sanal dünyanı əbədiləşdirməyə çalışır.Sanal dünyadakı Qadınla yazışmaları fonunda Rəssamın psixoloji aləmi bir az da açıqlanır. Bu yazışmalar istər-istəməz bizə həm də Volfqanq Hötenin “Gənc Verterin iztirabları” əsərini xatırladır. Onları tutuşdurmağımızın nədəni yalnız hər iki əsərin yazışmalar (məktublar/mesajlar) üzərində qurulması deyil, həm də başqa oxşarlıqların varlığı ilə bağlıdır. Belə ki, hər iki əsərin qəhrəmanı gerçək dünyadan qaçır: Verter intihar yolu ilə o dünyaya, Rəssam isə üçüncü bir sanal dünyaya üz tutur. Verterin sevdiyi Lotta ailəli bir insandırsa, Rəssamın da özü evlidir. Verter Almaniyada intihar ədəbiyyatının ilk obrazı olduğu kimi, Rəssam da Azərbaycanda sanal dünya ədəbiyyatının ilk obrazıdır vb.Əsərdə epizodik surətləri çıxsaq, dörd əsas obraz var və onları belə adlandıra bilərik: Müəllif, Gerçək Qadın, Rəssam və Sanal Qadın. Yanılmıramsa, “Çöl Qala” Azərbaycan ədəbiyyatında həm də başlıca surətlərdən heç birinin adı çəkilməyən ilk romandır.Gerçək Qadın Müəllifin tələbə yoldaşı olan çox gözəl bir xanımdır. Rəssam da bu Gerçək Qadının həyat yoldaşıdır. Sanal Qadın isə Rəssamın internetdə tanış olub yazışdığı bir xanımdır.Müəllif və Rəssamın həyat yoldaşı gerçək dünyadakı ağırlıqlara sinə gərib yaşayan insanlardır. Ancaq Müəllif nə qədər gizlətməyə çalışsa da, sonda Rəssama və Sanal Qadına rəğbətini ortaya qoyur. Bu rəğbət açıqca göstərir ki, elə Müəllifin özü də azadlığın gətirdiyi təhlükələrdən, yalqızlıqdan qaçmağa meyilli bir insandır. Ancaq mən Vahid Qazinin azadlıq uğrundakı mübarizəsinə tanıq olduğum üçün onu heç də “Çöl Qala”dakı Müəlliflə tam eyniləşdirməzdim…Rəssamın həyat yoldaşı bu dünyada yaşayan Gerçək Qadın obrazıdır. Bu Qadın azadlıqdan qaçmır, çünki ailəsi, qohum-qardaşı öndərin kölgəsinə sığındığı üçün onlarda gücsüzlük, yalnızlıq duyğusu yox, tərsinə, sığındıqları kölgənin yaratdığı imkan səbəbinə zəngünlük, güclülük, rahatlıq var. Qadında aşağılıq yox, üstünlük duyğusu olduğuna görə Rəssamın son əsərində özünün yox, Sanal Qadının gözlərini görməsi ona olduqca ağır təsir edir.Həm Rəssam, həm də Sanal Qadın bu dünyanın ağırlıqlarından, gücsüzlük və yalqızlıq duyğusunun əzablarından qurtuluşu sanal dünyaya qaçmaqda görürlər. Qadın öz həyat yoldaşından və öz doğma bacısından xəyanət gördüyü üçün, həm də sağalmaz ağır xəstəliyə tutulduğu üçün bu dünyadan uzaqlaşaraq sanal aləmə sığınır. Sanal aləm Qadın üçün daha xoşdur və hətta Rəssama nə qədər yaxınlıq duysa da, onunla gerçək dünyada görüşməkdən imtina edir.Vahid Qazinin “Çöl Qala” əsərini bütün yönləri ilə incələmək düşüncəsində deyiləm. Əsərdə məni Rəssamın və Sanal Qadının gerçək dünyadan daha çox sanal dünyaya üz tutması və bunun sosial-psixoloji nədənləri düşündürdü. Bu baxımdan, Erik Fromun “Azadlıqdan qaçış” araşdırması “Çöl Qala” qəhrəmanlarının sosial-psixoloji özəlliklərinin nədənlərini anlamaq baxımından mənim üçün çox önəmli bir qaynaq rolu oynadı.Azərbaycan ədəbiyyatında azadlıqdan qaçan insanlarımızın maraqlı obrazlarını yaratmış Vahid bəy Qazini dəyərli əsəri üçün təbrik edir və ona yeni yaradıcılıq uğurları diləyirəm. Eyni zamanda, düşünürəm ki, ədəbiyyatımızda başqa bir böyük boşluq da var: azadlığa qıpçınan (can atan), bütün varlığı ilə millətimizin azadlığı və dövlətimizin bağımsızlığı uğrunda yorulmadan çalışan və azadlığın gətirdiyi təhlükələr, ağırlıqlar altında əzilsə də, zindanlara atılsa da, hələ də yolundan dönməyən, bütün çətinliklərə sinə gərərək hələ də öz azadlıq, demokratiya uğrunda mübarizəsini kəsintisiz sürdürən örnək insanlarımızın obrazını yaratmaq!Xoş o yazıçının halına ki, ədəbiyyatımızda var olan bu boşluğu dolduracaq və azadlıq, demokratiya uğrunda çalışan sarsılmaz, dönməz mübariz insan obrazlarını qələmə alıb yeni nəsillərə örnək şəxsiyyətlər göstərəcəkdir. Bəri başdan o qələm yiyəsinə başarılar diləyirəm! Bəs bu yazıçı kim olacaq? Vahid bəymi? Başqa bir qələm yiyəsimi? Bilmirəm. Ancaq “Çöl Qala”da insan ruhunun psixoloji incəliklərini ustalıqla göstərən Vahid bəy Qazinin (və ya ən azı Vahid bəy qədər insan ruhunun psixoloji incəliklərinə bələd hansısa bir qələm yiyəsinin) gec-tez bu boşluğu ortadan qaldıracağına inanıram.Arif Rəhimoğlufilologiya üzrə fəlsəfə doktoru, dosent

mənbə : moderator.az













BIST 100 endeksi, Asgari ücret zammı için milyonlarca işçi, bugün yapılan Asgari Ücret Tespit Komisyonu Toplantısı'na gözünü dikti. Bilindiği üzere geçtiğimiz günlerde Asgari Ücret Tespit Komisyonu üç kere toplanmış ancak bu toplantılardan asgari ücret zammına ilişkin karar çıkmamıştı. Bugün yapılan dördüncü toplantı saat 14:00'da başladı. Türk-İş ise asgari ücret zammına ilişkin "bin 893 lira 90 kuruş olmalı" ifadelerini kullanmıştı. Ve merakla beklenen 2018 asgari ücret zammı belli oldu. İşte detaylar. 1404 lira olan asgari ücretin, ortalama yüzde 12 enflasyon dikkate alınarak zam yapılması halinde brüt bin 990 lira, net 1 572 lira olması tahminler arasında yer alıyor. Böyle bir sonuçta, bekar bir işçi için Asgari Geçim İndirimi'nin de (AGİ) 149 lira olması söz konusu. Türkiye Cumhuriyet Merkez Bankası (TCMB), kredi kartı işlemlerinde 2018 yılı ilk çeyreğinde uygulanacak azami faiz oranlarına ilişkin açıklama yayımladı. Açıklamaya göre 2018 yılı ilk çeyreğinde kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmadı. 1 milyon 157 bin m2’lik büyüklüğü ve değeri ile uzun yıllar sürekli gündeme gelen ve geçtiğimiz yaz ihalesi yapılarak satılan Galatasaray Sportif AŞ.’nin arazisinin ardından fiyatların artışa geçtiği Riva bölgesinde İstanbul’un en büyük arazisi sessiz sedasız satışa çıktı. 4 milyon m2’lik büyüklüğü ile Galatasaray'ın Riva arazisinin 4 katı büyüklüğündeki arazi için istenen rakam da dudak uçuklatacak seviyelerde. İsmi verilmeyen gizemli bir iş adamına ait olduğu öğrenilen arazi için 3 milyar liranın üzerinde bir rakam telaffuz ediliyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında ise İstanbul’un en küçük ilçesi olarak bilinen Güngören’in yarısına denk geliyor. Buna göre, satış ve kiralama amacıyla yazılı basın, radyo, televizyon, internet ve benzeri iletişim araçlarında reklam ve ilanları yer alan, uygunluk belgesi veya fatura düzenlenen ürünler ve araçlar piyasaya arz edilmiş sayılacak. Piyasa gözetimi ve denetimi, ürünün piyasaya arzı veya dağıtımı aşamasında, ürün piyasada iken ve gerektiğinde ithalat, ihracat, montaj, hizmete sunum veya bir mal veya hizmet üretilmesi sürecinde de yapılabilecek. Gözetim ve denetim faaliyetleri sırasında teknik servislerin ve ürünün uygunluk değerlendirme işlemlerinde yer almayan test, muayene veya belgelendirme kuruluşlarının imkanlarından yararlanılacak. Uygunluk değerlendirmesini yapan kuruluş haricinde ürünün test ve muayenesini yapacak kuruluş yoksa denetim personelinin gözetim ve denetiminde, bu kuruluşta veya üreticinin laboratuvarında ürünün test ve muayenesi yaptırılacak. Test ve muayene sonucuna göre karar verme yetkisi Bakanlık merkez teşkilatı veya ilgili il müdürlüğüne ait olacak. ÜRÜNÜN PİYASAYA ARZI YASAKLANABİLECEK Piyasa gözetimi ve denetimi, teknik düzenlemenin öngördüğü işaretler ve/veya belgeler üzerinden inceleme, duyusal inceleme ile test ve muayeneyi kapsayacak. Denetim personeli, ürünün test ve muayenesini gerekli gördüğü takdirde denetlenen üründen numune alacak. Numunenin uygun çıkması durumunda test ve muayene, nakliye, bindirme ve indirme ücreti Bakanlığa ait olacak. Numunenin özelliğini kaybetmemesi durumunda bu husus üreticiye veya dağıtıcıya Bakanlık merkez teşkilatı veya il müdürlüğü tarafından bildirilecek. Bildirim tarihinden itibaren bir ay içinde üretici tarafından test ve muayene kuruluşundan alınmayan numune, defterdarlıklara intikal ettirilecek. Bu durumda üretici numune bedelini talep edemeyecek. Numunenin özelliğini kaybetmesi durumunda, tutanak düzenlenerek numune bertaraf edilecek ve numune bedeli Bakanlık tarafından üreticiye ödenecek. Güvensiz olmamakla beraber ilgili teknik düzenlemeye uygun olmadığı tespit edilen ürünler için üretici, ürünün teknik düzenlemeye uygunsuzluğunu gidermek için düzeltici faaliyet planı sunacak ve verilen süre içinde uygunsuzluğu giderecek. Düzeltilebilir uygunsuzlukların giderilmesi amacıyla, üreticiye düzeltici faaliyet planını 30 gün içinde sunması için bildirim yapılacak. Bu süre, üreticinin talebi üzerine, bir defaya mahsus olmak üzere 30 güne kadar uzatılabilecek. Anılan sürede planını sunmayan üretici, düzeltme faaliyetinde bulunmayacağını kabul etmiş sayılacak. Verilen süre sonunda uygunsuzluğu gidermeyen üreticiye idari para cezası uygulanacak. Güvenli olmadığı tespit edilen ürünler için ürünün piyasaya arzının yasaklanması, piyasadaki ürünlerin toplatılması, gerektiğinde ürünün hizmet dışı bırakılması, ürünün üretici tarafından güvenli hale getirilemediği ya da güvenli hale getirilmesinin mümkün olmadığı durumlarda bertaraf edilmesi gibi kararlar verilebilecek. Üreticiler, kullanıcılarda olan ve piyasada bulunan, riskli ya da teknik düzenlemesine uygun olmayan otomotiv ürünlerini Bakanlığın müdahalesine gerek kalmadan gönüllü olarak geri çağırabilecek ve düzeltici faaliyette bulunabilecek. Yönetmelik 6 ay sonra yürürlüğe girecek. Galatasaray’ın eski başkanlarından Selahattin Beyazıt’ın 1971 yılında 100 bin lira karşılığında aldığı Riva arazisi 15 Haziran tarihinde satılmıştı. 1 milyon 157 bin m2’lik arazinin ihalesini en yüksek teklifi veren Fema İnşaat ve KLV İnşaat ortaklığı 3.1 milyar liralık teklifle kazanmış, ancak ihale sonrası C¸evre ve S¸ehircilik Bakanlığı’nın imar değişikliğine gitmesiyle 50 bin metrekarelik pazarlanabilir alan kaybı yaşanınca ihaleyi kazanan ortaklık grubu ihaleden çekilmişti. Dünyanın en büyük ve güçlü ticari uçağı Airbus A350-1000 için Katar Havayolları'nda hizmete başlamak üzere geldiği başkent Doha'da karşılama töreni yapıldı. Dünya genelinde bu uçağı ilk kez kullanacak Katar Havayollar'ının CEO'su Ekber el-Bakir, törende yaptığı konuşmada, Katar Havayollarının 5 yıl içinde 41 uçak daha almak istediğini, ihtiyaç doğrultusunda bu sayının 45-50'ye çıkarılabileceğini söyledi. Katar Havayollarının gelecek üç ayda Airbus A350-1000'in dünyadaki ilk ve tek kullanıcısı olacağını vurgulayan Bakir, aynı model ikinci bir uçağın daha teslim alınacağını duyurdu ancak tarih vermedi. Katar'ın, söz konusu uçağı Doha'dan Londra'ya düzenlenen seferlerde kullanması bekleniyor. İhaleyi ikinci sırada tamamlayan ve Yılmaz İnşaat Taahhüt ve Ticaret AŞ'nin teklifi ise 3 milyar 808 milyon lira toplam gelir ve 952 milyon lira şirket payı olmuştu. İhalenin kesinleşmesi sonrası bölge için düşünülen projeler konuşulurken, Galatasaray Başkanı Dursun Özbek, Emlak Konut’la üzerinde anlaştıkları Riva projesinde 950 villa yapılacağını açıklamıştı. EKOLOJİK KÖY GELİYOR Emlak Konut’un Riva ihalesi kapsamında inşa edilecek projesi ekolojik ve sürdürülebilir mimari yaklaşımıyla tasarlandı. EKO-KÖY projesinin toplam konut alanı 869 bin 522 metrekare olduğu belirtilirken, projede 206 bin 497 metrekare özel orman alanı bulunuyor. Emlak Konut Eko-Köy projesi için köy ve doğa yaşantısının bu projede hayat bulması için ihale şartnamesine belirli maddeler ekleyecek. İnşaatın 2018'de başlaması ve 3 yıl sürmesi bekleniyor. BÖLGEYİ HAREKETLENDİRDİ Galatasaray Sportiv A.Ş.’nin arazisinin satışı ve gündeme gelen proje bölgeyi de hareketlendirdi. Söz konusu arazinin satışı sonrası araziye yakın konumdaki arsaların fiyatlarında da ciddi artışlar meydana geldi. 3.Köprü ile hali hazırda değerine değer katan bölgede arsa m2’leri de 350-400 dolar seviyelerine kadar yükseldi. 3 MİLYAR 100 MİLYON TL Bölgede yaşanan değer artışlarının yanı sıra satışa çıkartılan bir arazisinin büyüklüğü ve fiyatı da dikkat çekiyor. 4 milyon m2 olarak satışa çıkartılan arazisi yakın tarihte İstanbul’da satışa çıkartılmış m2 olarak en büyük arazi olarak biliniyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında daha net ortaya çıkıyor. 4 bin dönümlük arazi 7,17 km2’lik İstanbul’un Güngören ilçesinin yarısı kadar. Değeri ve fiyatı ile uzun yıllar sürekli gündeme gelen Galatasaray'ın 1 milyon 157 bin m2’lik arazisinin 4 katı büyüklüğündeki arazinin satışı için istenen rakam da astronomik seviyelerde. 4 bin dönüm arazisinin satışı için 800 milyon dolar yani yaklaşık 3 milyar 100 milyon TL, eski para ile ise 3 kat trilyon isteniyor. Merkez Bankası’ndan yapılan duyuruda, “Kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmamıştır. Bankalar, diğer ülkelerde olduğu gibi, kredi kartı faiz oranlarını bireysel kredi faizlerine göre daha yüksek belirlemektedir. Bu nedenle, kısa vadeli kredi gereksinimi olan kredi kartı sahiplerinin bu gereksinimlerini kredi kartları yerine tüketici kredileri yoluyla karşılamaları menfaatlerine olacaktır” ifadeleri kullanıldı Milyonlarca işçiyi yakından ilgilendiren ve heyecanla beklenen 2018 asgari ücret zam oranı için yapılan görüşme sona erdi. Toplantının ardından Çalışma ve Sosyal Güvenlik Bakanı Jülide Sarıeroğlu, 2018 asgari ücret zammını açıkladı. Buna göre 2018 asgari ücret brüt olarak 2 bin 29 TL net olarak bin 603 TL olarak açıklandı.günün ilk yarısında yüzde Afet ve Acil Durum Yüksek Kurulu, Başbakan Yardımcısı Recep Akdağ'ın başkanlığında Afet ve Acil Durum Yönetimi Başkanlığında (AFAD) toplandı. Akdağ, toplantının açılış konuşmasında AFAD'ın afet ve acil durumlar ile sivil savunmaya ilişkin hizmetlerin ülke düzeyinde etkin bir biçimde yerine getirilmesi için kurulduğunu hatırlattı. Türkiye'nin 1999'daki büyük depremler sırasında çok büyük acılar yaşadığını anımsatan Akdağ, "Bu acılara sebep olan depremler sırasında organizasyon, etkin müdahale, hazırlık açısından Türkiye eksiklerini de görmüş oldu. Dolayısıyla hükümetimiz, o dönemde belli kurumları bir araya getirerek Başbakanlığın çatısı altında topladı." diye konuştu. Afet ve acil durumla ilgili olarak birçok bakanlığın ve kurumun görevleri olduğunu ifade eden Akdağ, bu görevlerin bir uyum ve ahenk içerisinde yürütülmesi gerektiği için bu nedenle Yüksek Kurul'un tesis edildiğini dile getirdi. Yüksek Kurul'un yılda en az iki kez toplandığını belirten Akdağ, bu yılın ikinci toplantısını gerçekleştirdiklerine işaret etti. Recep Akdağ, Yüksek Kurulu 2018 yılında biraz daha sık aralarla toplama ihtiyacı olacağını ifade ederek "Çünkü bu organizasyonun, bu kurul yapısının özellikle afetlere hazırlanmak, riski azaltmak konusunda çok daha farklı bir hamleyi bu yıl içerisinde, yani 2018 yılı içerisinde yerine getireceğini düşünüyorum. Dolayısıyla 2018 yılı içerisinde biraz daha sık toplantılarımız olacak." dedi.0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler
- Sitemap