2021-01-14T00:54:38 – xeber –
Brüsseldə gəncin ölümünə etiraz əlaməti olaraq keçirilən aksiya qarışıqlıqlarla nəticələnib.
“Report” xəbər verir ki, bu barədə RTBF telekanalı bildirib.
Telekanalın məlumatına görə, 23 yaşlı İbrahim B-nin ailəsi vətəndaşları çərşənbə günü dinc etiraz aksiyasına çıxmağa çağırıb. Aksiya yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 18:00-da) polis bölməsinin qarşısında başlayıb. Təxminən 500 insanın iştirak etdiyi dinc aksiya tezliklə qarışıqlıqlara keçib, buna görə də əraziyə təhlükəsizliyin təmin olunması üçün polis əməkdaşları cəlb edilib.