– xeber –
İtaliyanın “İnter” klubunun kapitanı Mauro İkardi “Yuventus” komandasına transfer olub.
Musavat.az axar.az-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən argentinalı ulduz illik 8 milyon avro qazanacaq.
Qeyd edək ki, Mauro 2013-cü ildən “İnter” klubunun şərəfini qoruyur. O, “neradzura”nın heyətində 219 oyunda meydana çıxıb və 124 dəfə fərqlənməyə nail olub.