Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zukerberq Roma Papasına PUA hediyye edib…

30 Ağustos 2016

9:36 am


30/08/2016 [13:33]: xeber –
“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq Roma Papası Fransisk ilə görüşdə ona qeyri-adi hədiyyə təqdim edib. Belə ki, hədiyyə hətta dünyanın ən uzaq guşələrində internetə çıxışı təmin edə bilən günəş batareyalı pilotsuz uçan aparat (PUA) olub.Bu barədə M.Zukerberqin özü “Facebook” səhifəsində yazaraq Papa ilə şəklini paylaşıb.”Biz, həmçinin xüsusilə dünyanın internetə çıxışı olmayan yerlərində insanlar arasında əlaqənin əhəmiyyətini müzakirə etdik. Ona günəş enerjisiylə işləyən “Aquila” modelli PUA verdik və o, internetə çıxışın olmadığı yerlərdə insanları internetə qoşacaq”, – deyə M.Zukerberq yazıb.O, bu görüşü heç vaxt unutmayacaqlarını və həyat yoldaşı ilə birlikdə Papanın insanlara yardım haqqında necə dərindən düşündüyünü hiss etdiklərini qeyd edib.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler