Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ziyartgaha hücum eden vehabiler cezalandılar – Şekide

25 Eylül 2016

12:36 pm


25/09/2016 [16:34]: xeber –
«Allah dostlarının bir qismi həzrət Adəm xislətli, bir qismi həzrət İbrahim, həzrət Musa, həzrət İsa xislətli; bir qismi də Məhəmməd (s.ə.s) məşrəblidir. Bunlardan bir qismi irfan əhli, bir qismi məhəbbət və könül əhli, bir qismi tövhid əhli; bir qismi də məchuldur. Yəni təvazökarlıq və gizliliklər içindədir».  (Mövlanə Cəlaləddin Rumi)Əhməd Bədəvi nəslinin davamçılarından biri də Şəki rayonunun Baş Şabalıd kəndində yaşamış Kəramətli övliya, qəbri ziyarətgah olan Şeyx Hacı Əhməd əfəndidir. Atasının adı Hacı Ağasıdır.(Əhməd Bədəvi haqda bax: http://www.moderator.az/news/144283.html ) O, XIX əsrdə yaşamaqla, sufiliyin ələviyyə qoluna mənsub Şeyx olmuş, Azərbaycanın Şimal-Qərb bölgəsində irşad fəaliyyəti göstərmişdir. Haşimilər nəslindən və Həzrət Əli soyundan olduğundan xalq arasında seyid kimi tanınmışdır. Bu nəsildən olanlar Həcdən qayıdarkən başqalarından fərqli olaraq başlarında yaşıl çalma olardı ki, bu da onların haşimilər nəslindən olmalarının əlaməti idi. Şəkinin Baqqal kəndində ziyarətgahı olan Mahmud Axund babanın qohumu olan Şeyx Hacı Əhməd əfəndi bölgədə bir çox şeyxlərin mürşidi olmuşdur. Həmçinin, tanınmış şair və din xadimi Molla Cümə də onun yetirməsi olmuşdur (el arasında danışılana görə, Molla Cümənin «İsmipünhan» adıyla şeirlər ithaf etdiyi Şeyxin Anaqız adlı qızı olmuşdur. Lakin, Şeyx onların evlənməsinə izn verməmişdir).Kəramətləri ilə məşhur olan Allah dostu Şeyx Əhməd əfəndinin bir çox maraqlı əhvalatları bu gün də dillər əzbəridir. Deyilənə görə Baş Şabalıd kəndində Qara adlı bir dəllək varmış və övliya həmişə üz-başını ona qırxdırarmış. Bir gün şeyx yenə də dəlləyi çağırtdıranda Qara cavab verir ki, «İşim var, gələ bilmərəm». Cavab Əhməd əfəndinin xətrinə dəyir və deyir: «Səni görüm işdən dincəlməyəsən». Deyilənə görə o vaxtdan Dəllək Qaranın səhərdən axşamacan dincəldiyini görən olmayıb. Bu gün bölgədə işlənən «Filankəs Dəllək Qara kimi dayanıb-dincəlmir» deyimi də, bu əhvalatla bağlıdır. Şeyx Əhməd əfəndi Əsli adlı qızla evlənmiş, Anaqız adlı qızı dünyaya gəldikdən sonra, Baş Göynük kəndindən Mədinə xanımla nigahlanıb. Bu evlilikdən Məhəmməd, Mustafa, Sadəddin adlı üç oğlu, Məkkə adlı bir qızı olduqdan sonra, 1889-ci ildə dünyasını dəyişib. Şeyxin oğlu Məhəmməd əfəndi atasının yolunu davam etdirərək, ilahiyyat elmini dərindən öyrənmiş və mədrəsədə müəllim işləmişdir. Həccə getmiş və seyyid titulu ilə çağırılmışdır. Baş Göynük kəndindən Əminəxatun adlı qızla evlənib, Mustafa və Xədicə adlı övladları olub. Mustafa (Molla Mustafa) 30-cu illərdə Şəkidə Sovet hökumətinə qarşı üsyana rəhbərlik etdiyi üçün həmin  illərdə kəndin çoxsaylı kişiləri ilə birlikdə  güllələnib.Əhməd əfəndinin oğlu Sadəddin əfəndi də atasının yolunu davam etdirərək dini təhsil almış və din xadimi kimi tanınmışdır. Şeyxin Baş Şabalıd kəndində olan günbəzi bölgədə ən böyük ziyarətgahlardan biridir.Baş Şabalıd kəndində olarkən eşitdim ki, bir neçə il qabaq üç nəfər vəhabi Şeyx Əhməd əfəndinin günbəzinin şüşələrini qırıb, qəbrin üstündəki əşyaları kənara atıblar, qəbri isə, ayaqlayıblar. Ziyarətgahın mücövürçüsü söhbət edir ki, həmin gecə Şeyx yuxuma çox pərişan girdi. Qeyd edim ki, övliyanın kəraməti burada da özünü göstərib. Bir neçə gündən sonra ziyarətgaha qarşı vandallıq edən vəhabilərdən ikisini oxuduqları ali məktələrdən qovublar, biri isə, vəhabi kimi polisin nəzarətinə götürülüb. Burada yadıma Həzrət Peyğəmbərimizin qəbrini dağıtmaq istəyən yəhudilərin əhvalatı düşdü. Əhvalat belə olmuşdur:Nəcuruddövlənin hakimiyyəti dövründə Həzrət Peyğəmbərimiz Məhəmməd əleyhisalamın qəbrinin qonşuluğunda yaşayan iki yəhudi evlərinin içindən lağım ataraq, Peyğəmbərin pak qəbrini dağıtmaq istəyəirdilər. Nəcuruddövlə yuxuda görür ki, Peyğəmbər ona deyir: «Məni bu iki nəfərin əlindən xilas et». Bir neçə gün bu yuxunu təkrar görür, heyrətdən donub qalır və bilir ki, Mədinədə nəsə pis bir hadisə baş verməkdədir. Mədinəyə gəlib, şəhər əhalisinin hamısını bir cərgəyə düzdürür. Bir-bir hamısının üzünə baxdıqda, yuxuda gördüyü o iki nəfəri tanıyır. Göstəriş verir ki, onları tutub, bu məkrli planlarını zərərsizləşdirsinlər və onlara ağır cəza versinlər.Sonra göstəriş verdi ki, şərif qəbrin ətrafını qazıb, onu əridilmiş filizlə doldursunlar ki, poladdan olan bir divar yaransın və gələcəkdə heç kəs belə işlərə cürət etməsin.Paşa Yaqub – tədqiqatçı-yazıçı.Şəki – Bakı  Müəllifin arxivi: //www.moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler