Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ziyaretgahlar boş şeydir” deyenlere – Elmi cavab

11 Ağustos 2016

3:16 pm


11/08/2016 [19:12]: xeber –
Son günlər
ziyarətgahlar mövzusu mediada geniş müzakirə olunmaqdadır. Bu gün moderator.az
saytında fikirləri yayımlanan millət vəkili Fazil Mustafa ziyarətgahları boş
şey adlandırıb, ora nəzir verənləri də ağılsız hesab etmişdir.

 

Millət vəkilinin
fikirləri cəmiyyətdə heç də birmənalı qarşılanmamışdır. Belə ki, onun fikirlərinə
dəstək olanlarla yanaşı etiraz bildirənlər də vardır. Saytımız öz
demokratikliyini qoruyub saxlayaraq hər iki tərəfin  fikrlərinə hörmətlə yanaşır və onları
oxucuların müzakirəsinə buraxır. Kimin doğru, kimin yanlış olmasına qərar verməyi
oxucunun öz öhdəsinə buraxırıq.

Bu mövzuda
növbəti fikir tədqiqatçı-yazıçı Paşa Yaqubdan gəldi. Müəllif yazır:

 

 Bildiyimiz kimi,  Allah-təala kainatı fizikanın qanunları ilə
idarə edir. Odur ki, kəramət sahiblərinin funksiyasını dərk etmək üçün diqqətinizi
tester cihazına və onun funksiyaları ilə kəramətli adamların funksiyası
arasında olan eyniliklərə cəlb etmək istəyirəm.

 

Fiziklər bu
aparatı yaxşı tanıyırlar. Fizik olmayanlar isə, bu aparatın adını bilməsələr də,
özünü çox görüblər. Belə ki, sovet dönəmində evlərimizə çağırdığımız televizor
ustalarının demək olar ki, hamısının əlində bu aparatdan olurdu.

 

Aparatın
çoxsaylı funksiyalarından biri dəyişən (ürəyin kardioqramında olduğu kimi
qalxıb-enən) cərəyanı sabit (düzxətli) cərəyana çevirməkdən ibarətdir.

 

Qeyd edim ki,
cihazlarda yaranan bu cür problem enerji (ruh) daşıyıcısı olan insanda da bir
çox hallarda özünü büruzə verir. Yəni, insanın halı və yaxud bir məsələyə, bir
şəxsə münasibəti dəyişkən (gah yaxşı, gah da pis) olur. Ruhumuzda müşahidə
olunan bu cür qeyri-sabit hallar neqativ təsirdən yaranır. Bu cür hal yaşayan
adamlar adətən qəti qərar verməkdə çətinlik çəkirlər. Ailə qurmaq, iş görmək
istiqamətində bir addım atmaq istəyəndə hədsiz tərəddüd edirlər və bu gün
verdikləri qərarı sabah öz ziyanlarına dəyişirlər. Yəni, sabit bir fikrə malik
olmayıb, tez-tez fikirlərini dəyişirlər. Belə şəxslər həm də yuxudan tez-tez
diksinib oyanırlar, qaranlıqdan qorxurlar, qorxulu yuxular görür, özlərinə
qapanır və bəzi (ağır) hallarda intihara meylli olurlar. Bütün bunlar yuxarıda
qeyd etdiyim kimi, neqativ təsirin əlamətlərindəndir.

 

Tədqiqatlarımız
göstərir ki, bu əlamətlərin müşahidə olunduğu xəstələri müalicə etməkdə tibb
elmi aciz qalır. Yəni, həkimlər bu cür xəstəlikləri müvəqqəti donduraraq, hər
altı aydan bir müalicə olunmağı tövsiyə edirlər. Amma, bu cür xəstələrin ziyarətgahlarda
çox asanlıqla şəfa tapmaları barədə əlimizdə minlərlə faktlar vardır.

 

Bunu elmi cəhətdən  necə izah etmək olar?

 

Əvvəlcə, onu
qeyd edim ki, neqativ əsasən bəd nəzərlərdən və magik təsirlərdən yaranır. Bunu
kompyuterlərimizə düşən virusla da müqayisə etmək olar. Virus kompyuteri dondurduğu,
bəzi fayl və proqramları sildiyi kimi, neqativ enerji də insanın həyatını
dondurur. Həmçinin, bu vaxt insanda olan məhəbbət hissi (oxu: faylı, proqramı)
yox olur.

Bildiyimiz
kimi insanı dünyaya bağlayan yaxınlarına, doğmalarına olan məhəbbət hissidir. Məhz
bu hissin sayəsində insan dünyanın bütün məşəqqətlərinə dözür, özünün və
doğmalarının yaşaması uğrunda mübarizə aparır. Neqativ enerji ilk növbədə
insanda məhəbbət hissinin yox olmasına səbəb olur ki, bunun yerini nifrət,
kin-kidurət kimi mənfi hisslər (fayllar) tutur. Beləliklə, onu dünyaya bağlayan
tellər qırılmış olur. Odur ki, bu cür təsirə məruz qalan insanlarda həyat eşqi
olmur, insanlardan uzaqlaşır, ailəsindən üz döndərir, özünə qapanır və yuxarıda
sadaladığım digər hallar tədricən baş verir. O cümlədən, bu cür neqativ təsirə
məruz qalmış insanlar üzərində aparılan tibbi müalicələr təsirsiz olur.

 

Araşdırmalarımız
göstərir ki, hələ ta qədimdən son 30-40 ilə qədər (tibb elmi xeyli inkişaf edənədək)
bu cür problemlərlə qarşılaşan insanlar yaşadıqları ərazidə olan kəramət sahiblərinə
(ilkin dövrlərdə peyğəmbərlərə, sonrakı dövrlərdə isə, Allah dostlarına) üz
tutar, dərdlərini onlara danışar və onların xeyir-duası ilə özlərində sağlam,
xoş əhval (oxu: sabit cərəyan, enerji) hiss edərdilər.

Yazının əvvəlində
tester cihazından təsadüfən bəhs etmədim. Peyğəmbərlərin və digər kəramət
sahiblərinin bu funksiyası fizikada tester cihazının funksiyası ilə üst-üstə
düşür. Yəni, onlar insandakı  dəyişən
enerjini sabit enerjiyə çevirirlər.

 

Mövlanə Cəlaləddin
Rumi kəramət sahiblərini mənəvi həkimlər adlandırır və onları maddi həkimlərlə
(tibb işçiləri ilə) belə müqayisə edir:

 

“O zahir həkimlər
başqadır, onlar ürəyə nəbzi tutaraq baxırlar və verdikləri əczalarla (dərmanlarla)
insanın cismini müalicə edirlər. Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə
baxırlar və Allahın bəxş etdiyi elmlə (elmi-ladunla) insanın ruhunu müalicə
edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir”.

 

Araşdırmalarımız
göstərir ki, bu cür neqativ təsirdən xilas olmaq üçün kəramət sahiblərinin qəbirlərini
ziyarət etmək də müsbət nəticə verir. Bu ziyarətlər 3 (yaxud 7) dəfə təkrar
olarsa (ziyarətlər arasında qalan günlərin sayı 3-5 gündən çox olmasın) nəticənin
daha yüksək olması ehtimalı var. Ziyarət əsnasında insanın gözünə bir anlıq
yuxu gedərsə, həmin anda neqativ təsirdən yüz faiz xilas ola bilər…

 

Belə hallarda
saleh əməllərlə yaxınlığınızda (qohum-qonşuda) olan tanıdığınız kasıb
insanların (dilənçilər nəzərdə tutulmur) qəlblərini sevindirmək də yaxşı təsir
edir. Kimisə sevindirərsinizsə və etdiyiniz gözəl əməldən özünüz də fərəhlənərsinizsə,
qəlbin belə fərəhli halında Allaha üz tutub: “Ya Rəbbim, mən Sənin fəqir bəndənin
qəlbini sevindirdim, Sən də düşdüyüm çətin vəziyyətdən çıxardaraq, məni
sevindir” – deyə müraciət etmək bəyənilən əməllərdəndir.

 

Fiziki
qanunlardan daha bir missal çəkim. 
Yaşayış məntəqələrində binalar tikilərkən, ona ildırımötürücülər
quraşdırılır. İnsan cəmiyyətində bu funksiyanı kəramət sahibləri və yaxud
onların müqəddəs ziyarətgahları yerinə yetirirlər. Təcrübədən məlumdur ki,
insanda olan bir çox daxili xəstəliklərin (hansı ki, o xəstəliklər qorxudan,
stressdən, həyəcandan, yaxud neqativ təsirdən yaranır)  qarşısını Allahın izni ilə ziyarətgahlar
alırlar. Bu mənada onlar cəmiyyətin ildırımötürəni  (bəlaötürəni) funksiyasını yerinə yetirirlər.

 

“… Şübhəsiz
ki, bunda (bu deyilənlərdə) düşünən insanlar üçün neçə-neçə dəlillər vardır!”
“Quran”, 13:3.

 

Paşa Yaqub –
tədqiqatçı-yazıçı

Qeyd: mövzu
haqqında geniş məlumatı müəllifin “Kəramətin sirləri” və “Məhəbbət ili”
kitablarından oxumaq olar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler