Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ziya Memmedovun oğlu Avropada İlham Əliyevin eleyhine tebliğat aparır” – İTTİHAM

29 Temmuz 2016

1:04 pm


29/07/2016 [17:02]: xeber –
“Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan pullarını oğurlayıb, aparıb Londonda böyük malikənalər alıb. Orada «Waşinqton Post» və «New York Times» qəzetlərində Azərbaycan Prezidenti Ilham Əliyevin əlehinə yazılar dərc etdirirlər”. Bu barədə Azərbaycan məmurlarının və övladlarının özbaşınalığından danışarkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Onun sözlərinə görə, bunların hamısı ondan xəbər verir ki, Z. Məmmədovun oğlu vasitəsilə İlham Əliyevə təzyiq göstərmək istəyir: “Düşünürəm ki, bununla bağlı çox ciddi tədbir görülməlidir. Bu tədbir görülməsə,vəziyyət daha da çətinləşəcək. Onları vəzifələrindən kənarlaşdırmaq lazımdır”.Təşkilat sədrinin qənaətincə, prezident qocalar evini (Nazirlər Kabinetini nəzərdə tutur-Savash.org) buraxmalıdır: “Bu qurumda kürsüsündən qalxa bilməyən məmurlar var. Onlar heç bir çevik siyasət apara bilməzlər. Onlar heç özlərini ayağa qaldırıb, apara bilmirlər, siyasəti necə aparacaqlar? Prezident sağalam aparat yaratmalıdır. Heydər Əliyevə zamanında kim xəyanət edibsə, indi yüksək vəzifədədir. Bunu da prezidentin ətrafında olan bir iki nəfər var ki, onlar edirlər. Yəni cəmiyyətə nümayiş etdirmək sitəyirlər ki, kim dövlət başçısına xəyanət edirsə, o,yaxşı yaşayır”.İşığın qiymətinin qalxmasına diqət çəkən təşkilat sədri bəyan edib ki, bundan dərhal sonra bütün ərzaq məhsullarının qimətində bahalaşma qeydə alındı: “Bunların hamısını məmurlar edir. Cənab Prezident bütün günü çalışır ki, xalqın güzəranı yaxşılaşsın. Amma bu məmurlar ölkəni talayırlar”.H. Hacıyev hesab edir ki, hazırda ölkədə kənd təsərrüfatı bərbad vəziyyətdədir: “3 il öncə, dövlət başçısı Respublikada süni mayalanma mərkəzinin yaradılmas ilə bağlı 2 milyon pul ayırdı.Getdilər Gəncədə o mərkəzin açılışını etdilər. Kənd Təsərrüfatı naziri Heydər Əsədov ayrılan vəsaiti taladı. Sonra Prezidentə yalan məlumat verdi və yenidən kənd təsərrüfatı üçün 7-8 milyon manat vəsait ayırdılar. İndi həmin 8 milyon H.Əsədovun Varovskidə tikilən villalarına xərclənir. Və yaxud H.Əsədov pulu kürəkəninə verir. O da gedib, Londonda, Amerikada qardaşım İlham Əliyevin əleyhinə təbliğat aparır. Adıçəkilən məmurların təcili şəkildə işdən azad olunmalıdırlar”.Müsahibimiz onu da əlavə edib ki, azərbaycanlı məmurların əksəriyyəti işlərini gülənçilərlə qurur: ” Misal olaraq Elnur Aslanovu göstərə bilərik. O, bütün gün Gülənin yanındaydı. İndi Elnurun bacanağı Təhsil Nazirliyində ən böyük vəzifədədir. Bunlar hamısı bir təzad təşkil edir. Düşünürəm ki, dövlətçiliyi qorumaq üçün bəzən qorxmağı kənara qoyub bu məsələlərin üzərinə getmək lazımdır”. (Savash.org)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler