Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zirvede olmağın sirri: Cemi iki saat vaxt ayırın  – MARAQLI

14 Ağustos 2016

3:20 pm


14/08/2016 [19:17]: xeber –

Başlıq yəqin ki, çoxunuzda ya ikrah, ya da
qeyri-ciddilik reaksiyasına səbəb oldu. Həmən 
düşünəcəksiniz ki, bir insan az qala bütün ömrünü zirvəyə çatmaq üçü
çalışır, vuruşur, amma çox zaman bu istəyinə çata bilmir. Bəs necə olur ki, cəmi
2 saatlıq qısa zaman kəsimi insanı lider kimi formalaşdıra bilər? Bu sualınıza
mən yox, böyük motivator, biznes sahəsidə tutarlı uğurlar qazanan psixoloq
Brayan Treysi özünün “Bəhanələrə son” adlı kitabından çıxış edərək cavab verəcək.

 

Beləliklə, sayt  bu yazıda 2 saat effektindən istifadə etməklə
bir çox yanlışlıqların aradan qalxma üsullarını təqdim edir:

 

Deməli, öz inkişafımıza, işimizə hər gün həmişəkindən
2 saat çox vaxt ayırmaq get-gedə bütün uğurların əsası olacaq. Dünyanın hər
yerində kitabları satılan və böyük gəlirlər əldə edən psixoloq B. Treysi  and-aman edir ki, bu 2 saat effekti sadəcə
sözçülük deyil, həqiqətən də sınanmış bir metoddur.

Ortaya bir  çətinlik
çıxa bilər: onsuz da iş çox, gərginlik çox, istirahətə də vaxt tapa bilmirik. Bəs
bu 2 saatı hardan alaq?

Elə isə bir hesablama qurun: Həftədəki saatların
miqdarı – 168 saat; Yuxu – 56 saat (hər halda bir gündə 8 saat yuxu normal
haldır)

 İş – 40 saat
(həftədə 5 gün işləyənlər üçün)

21 saat- yemək-içmək, geyinmək və digər ictimai-tələbatlar;

Bunları cəmləyib 168 saatdan çıxdıqdan sonra yerdə
51 saat qalır. Bax, insanın bütün uğurları həmin 51 saatı necə xərcləməsindən
asılıdır.

“2 saat” effektini tətbiq etsək həftədə cəmi 14
saat xərcləmiş olarıq. Yenə 37 saat qalır və biz yenə də vaxtın azlığından
şikayətlənirik. Xanımlar və cənablar! Bütün xoşbəxtlik vaxtı dəyərləndirməkdən,
həyat tərzini xüsusi bir rejimə salmaqdan başlayır. Zirvəyə çıxmaq üçün yalnız
“2 saat” lazımdır.

Həmin iki saatı bu cür də bölüşdürmək olar:

– İşə vaxtından bir saat tez çatmaq və vaxtından
bir saat gec çıxmaq. Çox yox, cəmi 2 həftə təcrübə etsəniz hər gün sərf
etdiyiniz 2 saatın faydasını görəcəksiniz;

 – Sosial şəbəkə,
televizor, əyləncə məkanlarından hər gün 2 saat oğurlayın. Onlar sizdən inciyəcəklər,
amma yenə də 2 həftədən sonra sözün yaxşı mənasında rahatlığı hiss edəcəksiniz. 

 

Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler