Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zireddin Rzayev ulduzların sirli heyatına dair veriliş aparacaq

20 Eylül 2016

9:00 am


20/09/2016 [12:57]: xeber –
Sehrbazlar şousunda öz bacarığı ilə tamaşaçıları heyrətləndirən 35 yaşlı ekstrasens Zirəddin Rzayev yenidən ekrana qayıdacaq. Amma bu dəfə layihə iştirakçısı kimi deyil, “Ev-2”-nin sabiq iştirakçısı, 34 yaşlı model Alyona Vodonayava ilə birgə aparıcı qismində çıxış edəcək.Təşkilatçıların “Paranormallar” adlandırdıqları şouda cütlük Rusiya şou-biznesinin ulduzları da daxil olmaqla, məşhurların həyatında baş verən paranormal hadisələri müzakirə edəcək.  “Mən TV-yə qayıtmağıma sevinirəm, əsasən də, belə gözəl qızla. Bizim proqram maraqlı olacaq, çünki o mistika barədə ilk pozitiv veriliş olacaq. Belə şeyəri neqativ nöqteyi-nəzərdən müzakirə etməyə alışıblar. Biz isə paranormal anlayışlara təbəssümlə yanaşacağıq, hətta ulduzların həyatındakı mistik hadisələrdən danışacağıq”, – deyə Zirəddin Rzayev sosial şəbəkədə bildirib.Proqramın sentyabrın axırı və ya oktyabrın əvvəlində başlayacağı gözlənilir. Çəkilişlər artıq başlayıb, hələlik yalnız ilk pilot buraxılış çəkilib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler