Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Zic-Elxani” eseri avropalı deniz seyyahları üçün vacib menbe ola bilerdi – II HİSSƏ

02 Kasım 2016

8:32 am


02/11/2016 [12:28]: xeber –
“Zic Elxani” əsərinin müqəddiməsində Nəsirəddin Tusi yazır: “Coğrafi uzunluğun başlanğıcı cəzair Xaldatdan başlanmışdır və cəzair Xaldat isə Qərb dənizinin sahilindən 100 qərbdədir”. Coğrafi əsərlərdə Xaldat adasını, çox hallarda “Səadət adaları” kimi göstərirdilər. Bəzi alimlər isə müəyyən ediblər ki, həmin adalar Kanar adalarıdır. Mənim araşdırmalarıma görə bu yanlış bir fikirdir.Şəhərlərin adı Tusiyə görə Qrinviçə görə Dərəcələrin fərqi1.  Kordoba 380 26/ 040 47/ 330 39/2.  İsgəndəriyyə 610 54/ 300 03/ 310 51/3. Qahirə 630 20/ 300 03/ 330 17/4. Ədən 760 00/ 440 30/ 310 30/5. Mədinə  750 00/ 390 54/ 350 26/6. Məkkə 770 10/ 390 50/ 370 20/7. Qüds 660 30/ 350 14/ 310 16/8. Dəməşq 700 00/ 360 18/ 330 42/9. Mosul 770 10/ 430 00/ 340 00/10. Hoy 790 40/ 440 58/ 340 42/11. Ürmiyə 790 45/ 450 05/ 340 40/12. Naxçıvan 810 15/ 450 25/ 350 50/13. Marağa 820 00/ 460 10/ 350 50/14. Təbriz 820 00/ 460 17/ 350 43/15. Tiflis 830 00/ 440 49/ 380 11/16. Bakı 840 30/ 490 52/ 340 38/17. Şamaxı 840 30/ 480 39/ 350 51/18. Dərbənd 850 00/ 480 17/ 360 43/19. Bağdad 800 00/ 440 24/ 350 56/20. Abadan 840 30/ 520 30/ 320 00/21. Şiraz  880 00/ 520 34/ 320 00/22. Qəzvin 850 00/ 500 00/ 350 00/23. Nişapur 920 00/ 580 51/ 330 09/24. Səmərqənd 990 16/ 660 59/ 320 17/25. Buxara 960 30/ 640 25/ 320 05/26. Xocənd(Lninabad) 100035/ 690 38/ 300 57/27. Səna 770 00/ 440 30/ 320 30/28. Ürgənc 940 30/ 600 45/ 330 45/ Orta fərq 340  30/Cədvəlin bir hissəsini “Mühəmməd Nəsirəddin Tusi” əsərində çap etdirən H. Məmmədbəyli altdakı abzasda qeyd edir: “Bu cədvəldən görünür ki, doğrudan da, Marağa rəsədxanasında qəbul olunmuş başlanğıc meridian indiki Qrinviç meridianından 34-350 qərbdədir. Bu meridian haradan keçir? Bunun üçün coğrafiya xəritəsinə müraciət edək. Qrinviç meridianından 34-350 uzaqda olan meridian Cənubi Amerikanın şərq sahilində olan San-Roka burnundan keçir. Bu nə deməkdir? Məlumdur ki, Amerikanın kəşfi 1492-ci ilin 12-si oktyabrdan başlanmışdır. Marağa rəsədxanasında isə bu cədvəl 1270-ci illərədə tərtib edilmişdir. Bu necə ola bilər? Ya Marağa rəsədxanasında tərtib edilmiş cədvəldə bir yanlışlıq var, ya da hələ Kolumbun Amerikanı kəşf etməsindən əvvəl həmin torpaqlar haqqında onun məlumatı olmuşdur? Beləliklə, Marağa rəsədxanasının bu cədvəlinin tədqiqi çox maraqlı məsələyə toxunur.3Şəhərlərin adı – Tusiyə görə Biruniyə görə Ptolemeyə görə1. Ədən 760 00/ 700 00/ ————-2. Məkkə 770 10/ 670 00/ 670 00/3. Mədinə 750 20/ 670 30/ 650 20/4. Səna 770 00/ 670 20/ 630 30/5. Buxara 960 30/ 870 50/ 870 20/6. Ürgənc 940 30/ 840 01/  ———–7. Səmərqənd 990 00/ 890 00/ 890 30/8. Xovənd 100035/ 900 35/  ———–Hər şeydən əvvəl bilmək lazımdır ki, Marağa rəsədxanasında qəbul olunmuş başlanğıc meridian ilk dəfə olaraq Marağanın özündən götürülmüşdür; yəni, bu başqa müəlliflərdən daha əvvəl burada qəbul edilmişdir. Bu məqsədlə Nəsirəddindən əvvəl tərtib olunmuş bir neçə cədvəli tədqiq etmək lazımdır. Doğrudan da, əgər bir neçə müəllifin cədvəlindən eyni şəhərlər üçün verilmiş coğrafi uzunluqlar müqayisə edilsə, aydın olar ki, Nəsirəddinin cədvəli ilə bunalrın arasında fərq var.Bu və başqa cədvəllərin müqayisəsindən aydın olur ki, Nəsirəddin özündən əvvəlki müəlliflərə nisbətən başlanğıc meridianını 100 qərbə çəkmişdir. Lakin qeyd etmək lazımdır ki, Nəsirəddin özü ondan əvvəlki müəlliflərdən bəzilərinin bu başlanğıc meridianını qəbul etdiklərini göstərir”.4Elə bunu Kolumb da qətiyyətlə göstərmişdir. Lakin başqa alimlərin cədəvlinə nisbətən Tusinin cədəvli daha dəqiq və daha geniş idi. İş ondadır ki, azərbaycanlı alim nəinki zəmanəsinin, hətta XV əsr üçün də tanınmış və istedadlı alim sayılırdı. Artıq onun elmi irsi Avropaya yayılmış və Paolo dal Pottso Toskanelli kimi böyük alim tərəfindən hərtərəfli qəbul edilmişdi. Lakin XV əsrin sonlarında astronomiya və coğrafiya ilə məşğul olan mütəxəssisləri yalnız bircə şey maraqlandırırdı; astronomiya və riyaziyyat elmlərinin inkişaf etdirilməsində əvəzsiz rol oynamış Biruni və Xocəndi kimi alimlər sıfırıncı meridianı Qrinviçdən 250 qərb istiqamətində göstərdikləri halda, nəyə görə Tusi başlanğıc meridianını Xaldat adasından, yəni, Atlantik okeanının şərq sahilindən 100 qərb istiqamətində göstərir? Axı, məşhur alim müvafiq ölçünü əbəs yerə həmin yerdə göstərməmişdi. Doğrudan da, onun Cənubi Amerikanın ucqar şərq hissəsinin harada yerləşməsindən xəbəri var idi? Əgər, Tusi həmin ölçünü verməklə, o biri alimlərdən fərqlənmək istəyirdisə, onda o, başlanğıc meridianını Qrinviçdən 440 qərb istiqamətində də götürə bilərdi. Bu ölçü rəsədxana işçiləri üçün daha məqsədəuyğun sayılırıdı. Ona görə ki, Marağanın özündən 900–lik meridian keçərdi. Deməli, Tusi nə etdiyini çox yaxşı bilirdi.İran alimi Məhəmməd Tağı Müdərris Rəzəvi “Əhval və asar-e Xace Nəsirəddin Tusi” (“Xacə Nəsirəddin Tusinin həyat və yaradıcılığı”) əsərində sovet alimlərinin tədqiqatlarına əsaslanıb yazır ki, “Azərbaycanlı Nəsirəddin Tusi Qafqazda çox böyük bir rəsədxana yaratmışdı. Onun yaratdığı astronomik cədvəlləri araşdırarkən sovet alimləri müəyyən ediblər ki, Tusi Amerika qitəsinin coğrafi koordinatlarını bilirmiş. Buradan belə nəticəyə gəlmək olar ki, Kolumb Amerikanı iki əsr sonra kəşf edib”.5Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı, “Coğrafiya” Cəmiyyətinin üzvü, yazıçı-tədqiqatçı Ramiz Dəniz


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler