Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Zeynebin gözleri atasının gözlerdir” – Şehidin heyat yoldaşı…

19 Eylül 2016

8:00 pm


19/09/2016 [23:57]: xeber –
sayt xəbər verir ki, millət vəkili Qənirə Paşayeva aprel döyüşlərində şəhid olan Səyyar Quliyevin dünyaya yenicə gələn körpəsini xəstəxanada ziyarət edib və şəhidin xanımına – körpə Zeynəbin anasına gözaydınlığı və təsəlli verib:”Xoş gəldin, gözəl Zeynəb!Şəhid atan səni görməsə də hamımız bilirik ki, onun ruhu sənin dünyaya gəlişinə hamıdan çox sevinir və hər zaman sənin yanında olacaq. Zeynəb ana bətnində 4 aylıq olanda, aprel döyüşlərində şəhid olmuşdu əziz Səyyar Quliyev qardaşımız. İlk övladını görmədən onun üçün, onun böyüyəcəyi Vətənimiz üçün, Millətimiz üçün şəhid olmuşdu. Gənc həyat yoldaşı üçün çox çətin idi və o zaman onunla uzun bir söhbət etmişdik və “görəcəksən, övladın doğulanda, şəhidimizin gül parçasını qolların arasına alıb qoxlayanda o sənə güc verəcək” demişdik. Neçə aydı Zeynəbi gözləyirdik və onun sağlam doğulması üçün Allaha dua edirdik. Maşallah, gözəl bir qız doğulub. Həkimlərimizə təşəkkürlər. Anası deyir ki, gözləri atasının gözlərdir və Zeynəb atasına oxşayır. Zeynəbin doğulması ilə kiçik də olsa bir təsəlli tapıb şəhidimizin həyat yoldaşı da, şəhidimizin anası da. Aylar sona üzünün güldüyünü gördüm şəhidimizin gözəl xanımının. Zeynəb özü ilə yenidən sevinc gətirib bu gözəl ailəyə. Bu gün mələk Zeynəbi xəstəxanada ziyarət etdik, doyunca öpdük əllərindən, gözəl yanaqlarından və Allahdan sağ-salamat, mutlu böyüməsini dua etdik. Şəhidimizin gözəl xanımını, gözəl Zeynəbimizin əziz anasını, nənəsini və bütün ailəsini təbrik edirəm. İnanıram ki, Zeynəb şəhid atasının adına layiq gözəl bir övlad olacaq və hər zaman onun ruhunu şad edəcək və anasına gözəl bir övlad, nənəsinə ağıllı nəvə olacaq. Mutlu ol, əziz Zeynəb!


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler