Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zerneva yolunun veziyyeti sakinleri narahat edir…

16 Ağustos 2016

4:28 pm


16/08/2016 [20:24]: xeber –
Yay mövsümündə ölkəmizin ən çox turist axını olan rayonlarından biri də heç şübhəsiz ki, İsmayıllı rayonudur. Yaşıla bürünmüş İsmayıllı rayonu. Ədəbiyyatımızın dev ismi Musa Yaqubun doğulub boya-başa çatıb bu gün də yaşadığı İsmayıllı rayonu. İnsanları özündən gözəl olan İsmayıllı rayonu. Hər yerdən işığı gələn İsmayıllı rayonu. Bu rayonla çox doğmalaşmışam. Hər gedəndə inkişafın şahidi oluram. Rayon İcra Hakimiyyəti başçısının ziyalılığından doğan bir çox işıqlı tərəfləri var. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər planı bu rayonda da hazırlanıb həyata keçirilir. Adamın üstündə Allah var. Gərək düzünü deyəsən. Rayonun mərkəzi hissəsinin gözəlliyinə, abadlığına söz ola bilməz. Amma mərkəzdən bir azca aralanan kimi bütün çirkinliklər üzə çıxır. Elə bu günlərdə yolumuz, rayonun Zərnəva kəndinə düşmüşdü. Amma Allah bilir adıçəkilən kəndə gedib çatana kimi necə əziyyət çəkdik. Bizlərin bir dəfə getdiyi və olmazın əzab-əziyyət çəkdiyi yolu yerli sakinlər demək olar ki, hər gün getdiklərindən onların vəziyyətini başa düşmək olar. Zərnəva kəndinə gedən yol Girdiman çayının içindən keçir. Lahıc yolundan ayrılıb bu yola daxil olan kimi qarşıda səni yaxşı sürprizlərin gözlədiyini Girdiman çayının içindən keçəndə anlayırsan. Uzun illərdir heç bir təmir işi aparılmayan, ümumişlək yol olmasına baxmayaraq demək olar ki, heç bir dəfə də asfalt görməyən bu yolda hərəkət edərkən insanın ürəyi yerindən qopub az qalır qarnına düşsün. Diqqətdən kənar qalmış bu yolu deyəsən, nə rayon İcra hakimiyyətinin başçısı, nə də digər orqanlar görmək istəyir. Əgər belə olmasaydı, Lahıc yolundan 4-5 km məsafədə uzanan yolun vəziyyəti baxımsız qalmazdı. Bu il Zərnəva bələdiyyəsi yolu bulduzerin qabağına verib adını da qoyub təmir. İsmayıllıya gələn turistlərin diqqətini ilk çəkən yerlərdən biri də turistlərə yüksək adrinalin yaşadan məşhur Zərnəva körpüsüdür. Zərnəvalıların dediyinə görə, hər gün keçmədim deyəndə o körpüdən 200-300 turist keçir. Hərəsi də 1 manatdan 200-300 AZNvəsait edir. Bəs o pul hara xərclənir ki, yollarımız bu gündədir. Bu kəndə tez-tez gəlməli olan Bakı sakini Xəzər Bağıyev deyir ki, kəndə bir dəfə qalxıb düşmək kifayət edir ki, maşını əsaslı təmirə dayandırasan. Kəndlə əlaqəli Azər adlı başqa bir nəfər isə yollar nəinki maşınlarımıza elə özümüzə də qənim kəsilib deyir. Söyənə dilsiz, döyənə əlsiz olan Zərnəva sakinləri məhəttəl qalıblar ki, kəndin hükuməti görəsən asma körpünün pullarını neynəyir? Zərnəva kənd sakini Vüsal deyir ki: “Rayondan maşın tutub bura gələ bilmirik, deyirlər yolunuz çətindi, biz gedə bilmərik. Girdimançaydan bura 4-5 km yoldu. 2 dəqiqəlik yolu yarım saata gedirik. Maşın dağılır, xəstəmiz olanda gedə bilmirik-gələ bilmirik, böyük maşın sahiblərinin qapılarında ləngiyib, abırdan çıxırıq”. Mən inanmaq istəyirəm ki, Rayon icra hakimiyyətinin başçısı Mirdamət müəllim əlaqədar təşkilatların vasitəsi ilə tezliklə Zərnəva sakinlərini sevindirəcək. Mən buna inanıram. Bəs Zərnəvalılar niyə inanmır bilmirəm? Zərnəva yolu haqqında növbəti yazıyadək…                                                                                               Həmid OrmanlıBakı-Zərnəva-Bakı12-15 avqust 2016-cı il


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler