Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zerdabdakı döyülme ile bağlı DİN-den -Açıqlama

29 Eylül 2016

2:28 pm


29/09/2016 [18:25]: xeber –
“Zərdab rayonu Alcanlı kəndi sakini Natiq Heydərovun “sayt” saytının 29.09.2016-cı il xəbər buraxılışında yerləşdirilmiş müraciətində Zərdab Rayon Polis Şöbəsinə qarşı səsləndirdiyi iddiaların heç bir hüquqi əsası yoxdur.”Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə sayt-a açıqlamasında bildirib.”Həqiqətən Zərdab rayonunun Alıcanlı kənd sakini Ramiz Heydərov cari il avqustun 23-də DİN-in “102 xidməti”nə zəng edərək bir gün əvvəl oğlu Sadiq Heydərovun naməlum şəxslər tərəfindən döyülməsi barədə məlumat verib. Eyni gündə anoloji məsələ ilə bağlı R.Heydərovun oğlu Natiq Heydərov da Zərdab RPŞ-yə ərizəylə müraciət edib. Bundan əlavə, 23.08.2016-cı il tarixdə Sadiq Heydərovun qarının küt travması və boyun sıyrığı diaqnozu ilə döyülməsi barədə Zərdab və Ucar rayon mərkəzi xəstəxanalarından Zərdab RPŞ-yə məlumat daxil olub. Həmin məlumatların və ərizənin araşdırılması RPŞ-nin Təhqiqat qrupuna həvalə edilib.Təhqiqat zamanı Sadiq Heydərovun döyülməsi ilə əlaqədar zərərçəkənin, Şövqü Cavadovun, İbad və Qubad Cavadov qardaşlarının izahatları alınıb, məhkəmə-tibbi ekspetizası təyin edilib. Qardaşının hüquqi nümayəndəsi kimi Zərdab Rayon Polis Şöbəsində olduğu zaman özünün və digər həmkəndlisinin təhqiqatçı tərəfindən guya təhqir olunması və döyülməsi barədə Natiq Heydərovun iddiaları əlbəttə ki, böhtan və şantaj xarakterlidir. Onun hadisənin üstündən 1 aydan çox keçməsinə baxmayaraq guya ekspertin rəyinin açıqlanmadığı və cinayət işinin açılmadığı barədə iddiaları da həqiqətdən uzaqdır. Qeyd edilməlidir ki, Təhqiqat qrupunda toplanmış material rayon prokuroru tərəfindən yoxlanılıb və araşdırması Şöbənin İstintaq qrupuna həvalə olunub. İlkin araşdırma zamanı müəyyən edilib ki, yaxın qohumlar olan Şövqi Cavadov və Elvin Cavadov 22 avqust 2016-cı il tarixdə saat 14 radələrində Alıcanlı kəndində şəxsi münasibətlər zəminində həmkəndliləri Sadiq Heydərovu qəsdən döyüblər. Məhkəmə-tibbi ekspertizası tərəfindən N.Heydərova sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər yetirildiyi müəyyən edilib.Toplanmış materialda CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin əlamətləri mövcud olduğundan Sadiq Heydərovun yüngül xəsarət alması faktına görə Zərdab RPŞ-nin İstintaq qrupu tərəfindən cinayət işi başlanılıb, istintaq aparılır.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler