Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zelimxan Yaqubun heç yerde çap olunmayan şeiri…  – Foto

23 Ağustos 2016

6:00 pm


23/08/2016 [21:48]: xeber –
                         Ustad şairimiz Zəlimxan Yaqubla çox dərin olmasa da, şirin bir dostluğumuz vardı. Zarafatı sevən adam idi. Hər kəlmə sözə də həmən bir lətifəsi hazır idi. Xoş söhbətlərimizin birində dedim ki, “bu lətifələrin əl-ayağını yığışdırıb, bir kitab halına sal”. Rəhmətlik güldü və təklifimlə razılaşmayıb, “Sabiroğlu, gör başıma oyun aça bilirsənmi?”- deyə cavab verdi. Milli Məclisin foyesindəki bu söhbətimiz zamanı  qənirsiz bir gözəl nazlana-nazlana çayxanaya doğru gedirdi…  Zəlimxanın gözləri ona dikildi və birdən yerindən qalxaraq dedi ki, “Dur gedək iclasa…” Getdik, amma, deyəsən, Zəlimxan hələ o gözəlin cazibəsindən ayrıla bilməmişdi. Bu yaxınlarda arxivimə əl gəzdirərkən Zəlimxan Yaqubun həmin günkü söhbətimizdən sonra qələmə aldığı və heç yerdə indiyəcən çap edilməyən misraları gözümə dəydi. Fikirləşdim ki, bu şeiri arxivdə çürütməyin yeri yoxdur. Ona görə də 18 il əvvəl öz dəst-xətti ilə yazdığı həmin misraları diqqətinizə təqdim edirəm və elə bilirəm ki, bununla Zəlimxanın ruhunu şad etmiş olaram:Qara geyinən gözəlim,Üzün ağına qurbanam.Dodaqların şərbətinə,Qaşın tağına qurbanam.  Qanımı tökdün oxunanUduzar sənə taxınanQara xalına toxunanBoyun bağına qurbanam.Sənə qurban, səs də, can daLap üstəlik Zəlimxan da.Öldür məni bircə anda,Bal dodağına qurbanam. Eldar Sabiroğlu, Sabiq millət vəkili    


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler