Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zelimxan Memmedli Elmar Memmedyarova müraciet etdi

12 Ekim 2016

6:04 pm


12/10/2016 [22:02]: xeber –
Bilindiyi kimi 2014-cü il 19 oktyabr tarixindən etibarən “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə Gürcüstan siyasi hakimiyyəti tərəfindən əsassız olaraq yasaq qoyulub. Bu yanlış qərarla bağlı Azərbaycan və Gürcüstanın ölkə başçılarına, eləcə də Xarici İşlər Nazirlərinə və digər əlaqədar qurumlarına dəfələrlə müraciət olunsa da heç bir müsbət cavab əldə olunmayıb. Zəlimxan Məmmədli bu günlərdə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarova həmin əsassız yasaq qərarı ilə bağlı yenidən məktubla müraciət edib. Müraciətdə qeyd olunur: “Diqqətinizə çatdırım ki, Gürcüstanın mənə qarşı bu qərarı tətbiq etməsinə heç bir əsas verməmiş, şərait yaratmamışam. Əksinə “Borçalı” İctimai Cəmiyyətinin sədri olaraq dövlətlərimiz arasında dostluq və strateji tərəfdaşlıq ənənələrinin möhkəmlənməsi, soydaşlarımızın vətəndaş hüquqlarının təmini yolunda əlimdən gələni etmişəm. Cəmiyyətimiz səviyyəsində keçirdiyimiz tədbirlər, mediada yer almış yazılarımızın da mahiyyəti dediklərimi təsdiqləməyə əsas verir”. Zəlimxan Məmmədli Xarici İşlər Naziri Elmar Məmmədyarova müraciətində 8-ci Elat bayramının əngəllənməsini də həmin yasaq qərarının davamı olaraq göstərir və əslində müəllif bununla Gürcüstan siyasi hakimiyyətinin məqsədinin açıqlandığına eyham vurur: “Gürcüstan siyasi hakimiyyəti tərəfindən bu il sayca 8-ci Elat bayramının əngəllənməsi və bununla da bayraqlarımızın səhnədən endirilməsi də mənim girişimə qoyulmuş yasaq qərarının bir davamı kimi qiymətləndirilə bilər”.Zəlimxan Məmmədli həmin məktubun vasitəsilə artıq xeyli vaxtdır Gürcüstanda yaşayan qohum-əqrabası ilə canlı ünsiyyətinin kəslidiyini, valideynlərinin məzarını ziyarət etməsinin mümkünsüz olduğunu ifadə etməklə yanaşı, həm də məlum yasaq qərarı ilə bağlı “Borçalı” Cəmiyyətinin İdarə Heyəti və sıravi üzvlərinin də narahatçılığını diqqətə çatdırır: “Hörmətli Elmar bəy!Nəzərinizə çatdırmaq istəyirəm ki, rəhbərlik etdiyim “Borçalı” Cəmiyyətinin İdarə Heyəti və sıravi üzvləri Gürcüstan siyasi hakimiyyətinin bu davranışını hüququmuza sayğısızlıq, demokratik prinsiplərə hörmətsizlik kimi dəyərləndirir. Sizin bu məsələyə həssas yanaşmağınızın problemin həllinə doğru atılmış mühüm addım olacağına şübhə etmirik və inanırıq ki, sayənizdə bir Azərbaycan vətəndaşının pozulmuş hüququnun bərpası mümkün olacaqdır. Sizdən bu problemin aradan qaldırılması, mənim öz doğma yurdum, qohum-əqrabamla ünsiyyətimin və pozulmuş vətəndaş hüququmun bərpasını təmin etməyinizi xahiş edirəm”.“Borçalı” İctimai Cəmiyyətinin Mətbuat və İnformasiya Xidməti


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler