Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zeherlendiler, qurban kesdiler, ehsan yemeyinde yeniden zeherlendiler

24 Ağustos 2016

4:16 pm


24/08/2016 [20:15]: xeber –
Eşidənlərin gülməyinə səbəb olan hadisə Türkiyədə baş verib. Qida zəhərlənməsi səbəbiylə xəstəxanaya yerləşdirilən Ərdal ailəsi, xəstəxanadan evə buraxıldıqları üçün verdikləri ehsan yeməyində, yaxınları və qonşuları ilə birlikdə yenidən zəhərlənib. Asiyə Ərdal bir müddət əvvəl Mərmərə Ərəylisi mahalındakı evlərində axşam yeməyi üçün dolma bişirib. Qarın ağrısı və qusma şikayətləri ilə xəstəxanaya müraciət ediblər Dolmanı yeyən ailə üzvlərinin bir müddət sonra qarın ağrısı və qusma şikayətləri başlayıb. Ələddin və Asiyə Ərdal cütlüyü, uşaqları Ayşən və Münəvvər Ərdal ilə Asiyə Ərdalın anası Kamilə Qarayel dövlət xəstəxanasına müraciət edib. Xəstəxanada müayinə zamanı ailə üzvlərinə qida zəhərlənməsi diaqnozu qoyulub. Ailə bir həftə davam edən müalicədən sonra evə buraxılıb. Ehsan verdilər, yenə zəhərləndilər Ərdal ailəsi başlarına gələn pis hadisədən xilas olub və sağlamlıqlarına qovuşduqları üçün xəstəxanadan çıxdıqdan sonra ehsan verməyə qərar verib. Ailə kəsdikləri qurban ətindən yemək bişirərək yaxınlarını və qonşularını da dəvət edib. Bu dəfə də Ərdal ailəsi, qohumları və qonşuları yedikləri yeməkdən zəhərlənib. Zəhərlənən 25 nəfər xəstəxanaya aparılıb. 21 nəfər müalicədən sonra xəstəxanadan ayrılıb. Reanimasiyaya yerləşdirilən 4 nəfərin müalicəsi isə davam edir.(Publika.az) 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler