Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Zedelenmiş sevgini qaytarmağı esl kişiler bacarır…”

16 Temmuz 2016

2:04 pm


16/07/2016 [18:02]: xeber –
“Türkiyə
Cumhuriyyəti ətrafında baş verənlərə qapı gözlüyündən baxmayın. Son 20 ili
analiz edərək Atatürk dönəmini, Sarıqamış, Çanaqqala savaşlarının səbəblərini
araşdırın. Qərb heç bir zaman güclü Türkiyəni sevmədi, onun tarixdə oynadığı
rolu bəyənmədi, liderliyini qəbul etmədi. Osmanlı vaxtında belə ordusuna gücü
çatmayanda, saraydaxili intriqalarla Türkiyəni çökdürməyə çalışdı”.

 

Bunu
sayta açıqlamasında sabiq millət vəkili Gülər Əhmədova Türkiyədə baş
vermiş dövlət çevrilişi cəhdinə münasibət bildirirəkən deyib.

 

G.Əhmədova Türkiyədə
baş verənləri Qərbin siyasi oyunu kimi qiymətləndirib: 

“Bu gün
Ərdoğanı sevmək və sevməmək olar. Amma bilmək lazımdır ki, bu, bir fərd deyil.
Sibirdən başlayan bir ərazidə türklər liderdir. Bunu danan varmı? Türk
əsgərinin savaş meydanında qarşısına çıxa bilməyənlər daha böyük silaha əl
atdılar. Məhmətciyə olan böyük sevgini türklərin ürəyindən silməyə qalxdılar.
Bu Qərbin istifadə etdiyi piar gedişdir. Bunu xilaskar sovet ordusuna qarşı
istifadə etdilər və artıq 20 ildir ki, bu ordu özünü toparlaya bilmir. Əsas
qorxu budur! Vətəndaşlarla ordu arasında olan səmimi telləri qırmaq, inciklik
yaratmaq, ordu-vətəndaş məhəbbətinə ləkə salmaq…

İlk baxışda
bacarmış kimi görünürlər, amma türk ideologiyası rus-slavyan ideologiyasından
fərqlidir. Ərdoğan çevik siyasət yürüdə bilən siyasətçidir. Bir siyasi addımla
Suriya əhalisinin kumirinə çevrilə bilib. Atacağı addımlar çox önəmlidir.
Zədələnmiş sevgini qaytarmağı əsl kişilər bacarır. İnşaallah!” 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler