Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zaqatalada hekimler körpe ölümüne göre işden çıxarıldı

30 Temmuz 2016

9:04 am


30/07/2016 [13:03]: xeber –
Ötən ay Zaqatalada baş vermiş körpə ölümünə görə həkimlər cəzalandırılıb.sayt xəbər verir ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva APA-ya açıqlamasında bildirib ki, iyunun 23-də xəstəxanada 5 aylıq uşağın (Səlim Laçınovun) dünyasını dəyişməsi hadisəsini Səhiyyə Nazirliyinin Uşaq ölümləri üzrə Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə komissiya araşdırıb. Onun sözlərinə görə, həmin protokoldan çıxarış nazirlik tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasına göndərilib və qəti tədbir görülməsi tapşırılıb: “Komissiya araşdırmasının rəyinə əsasən, 2 həkim işdən azad olunub, digər aidiyyəti şəxslərə qarşı inzibatı məsuliyyət tədbirləri görülüb. İşdən çıxarılan 2 həkim uşağın əməliyyatında iştirak edən Elşən Məmmədov (Aslan) və Vəfa Vahabovadır”.Qeyd edək ki, 2016-cı ilin 15 yanvar tarixində doğulmuş körpəsi Səlim Laçınov qarın boşluğunda olan ağrılarla əlaqədar 22 iyun saat 17 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasında gətirilib.Müayinə olunan zaman həkimlər körpədə bağırsaq keçməzliyi olduğunu bildiriblər. Uşağın valideynləri həkim-cərrah Aslan Məmmədovla söhbət zamanı onu Bakıya aparmaq istədiklərini bildirsələr də, həkim buna ehtiyacın olmadığını deyib.İyunun 23-də uşağın vəziyyətinin pisləşdiyini görən həkim əməliyyat qərarı verib. Əməliyyatdan sonra körpənin vəziyyəti pisləşib və o, saat 21:30 radələrində keçinib. Uşağın valideynləri hadisədə həkimi təqsirli hesab edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler