Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zaqatalada bedbext hadise neticesinde 1 azyaşlı ölüb, digeri xesaret alıb

17 Temmuz 2016

6:28 pm


17/07/2016 [22:25]: xeber –
Zaqatalada dağlıq ərazidə oynayan iki azyaşlı  uşaq dərəyə yıxılıb. Onlardan biri ölüb, digəri isə ağır xəsarət alıb. Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə iyulun 17-i günorta saatlarında kəndin yuxarı hissəsində, dağlıq ərazidə baş verib. Yuxarı Çardaqlar kənd sakinləri olan  2010-cu il təvəllüdlü Mələk Məmməd qızı Yəhyəyeva və 2011-ci il təvəllüdlü Rəcəb Məhəmməd oğlu Qurbanov ehtiyatsızlıqdan 6-7 metr dərinliyindəki dərəyə yıxılıblar. Uşaqlar kənd sakinlərinin köməkliyi ilə dərədən çıxarılıblar. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 6 yaşlı Mələk  Yəhyəyeva və 5 yaşlı  Rəcəb  Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcilli Tibbi Yardım şöbəsinin ambulator maşını ilə xəstəxanaya aparılarkən Rəcəb Qurbanov aldığı ağır bədən xəsarətlərindən yolda ölüb. Zaqatala RMX-dan verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mələk Yəhyəyevaya ağır kəllə beyn travması dioqnozu qoyulub, vəziyyəti ağır kimi qiymətləndirilir.  Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler