Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zaqatalada 24 yaşlı qız dem qazından zeherlenib

23 Ekim 2016

5:16 am


23/10/2016 [09:12]: xeber –
Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 01 radələrində Zaqatala şəhəri Sülh küçəsindəki evlərdən birində bağlı qapı arxasında bir nəfərin qalması barədə Zaqatala rayon DYMH-ə məlumat daxil olub. FHN-nin Zaqatala rayon DYMH-nin yanğınsöndürən xilasediciləri hadisə yerinə cəlb edilib. Bağlı qapını açaraq içəri daxil olan yanğınsöndürən xilasedicilər otaqda 1992-ci il təvəllüdlü Arzu Alik qızı Qubatovanı huşsuz vəziyyətdə aşkar ediblər. Araşdırma zamanı 24 yaşlı A. Qubatovanın dəm qazından zəhərlənməsi məlum olub. A. Qubatova aidiyyəti üzrə hadisə yerinə çağırılmış Zaqatala rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinin əməkdaşlarına təhvil verilib. Zaqatala RMX-dan APA-ya bildirilib ki, dəm qazından zəhərlənən A. Qubatova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler