Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Zaman Azerbaycan” qezetinin baş redaktoru Amerikaya qaçdı

16 Ağustos 2016

9:04 am


16/08/2016 [13:01]: xeber –
sayt saytında 13.08. 2016 saylı tarixində Azərbaycanda olan Gülən şəbəkəsinin obyektləri və gördüyü işlər barədə informasiya verilmişdi. Türkiyədə terror təşkilatı kimi tanınan bu qurumun ölkəmizdə olan şəbəkəsinin mövcudluğunu tutarlı faktlarla əsaslandırmışdıq. Əməkdaşımıza məlumat verən mənbə həmçinin onu da bildirmişdi ki, yaxın zamanlarda ölkənin hüquq-mühafizə orqanları bununla bağlı xüsusi araşdırmalar aparacaq. Dünən Anadolu Agentliyi Baş Prokurorluğa istinadən məlumat yaydı ki, artıq Azərbaycanda da Gülən işi ilə bağlı cinayət işi başlanıb. sayt da Fətullahçıların izinə düşərək araşdırmasını davam etdirir. Əldə etdiyimiz ən son məlumata görə, uzun illərdir Azərbaycanda Gülən mediasının yayımı ilə məşğul olan “Zaman Azərbaycan” qəzetinin baş redaktoru Anar Qaraxançallı  həbs olunacağından ehtiyyat edərək Azərbaycanı tərk edib. Onun hazırda ABŞ-ın Alyaska Ştatında olduğu deyilir. sayta məlumatı verən mənbənin sözlərinə görə, Fətullah Gülən bütün tərəfdarlarına mesaj göndərərk bildirib ki, onlara həbs təhlükəsi yaranacağı halda ABŞ-a gəlsinlər. Gülən ABŞ-ı özü və tərəfdarları üçün təhlükəsiz yer adlandırıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler