Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zakir Qaralova ve Ramil Usubova tükürpedici ŞİKAYƏT…

28 Eylül 2016

8:56 pm


29/09/2016 [00:54]: xeber –
Zərdab rayonu Alcanlı kəndi sakini Heydərov Natiq Ramiz oğlu tərəfindən                     Şikayət ƏrizəsiQardaşım 23 yaşlı Sadiq vəhşicəsinə döyərək, öldürmək istəyən bir qrup şəxsi Zərdab Rayon Polis Şöbəsi açıq-aşkar himayə edib törədilmiş ağır cinayətin üstünü ört-basdır edirlər. Qardaşım Sadiq kənd sakini Cavadova Aytac İbad qızı ilə biri-birini sevirlər. Atamgil onlara elçi getsələr də qızın valideynləri razılıq verməmişdilər. Səbəb isə qızı özündən çox-çox böyük olan imkanlı şəxsə vermək istəyirlər. Aytacın ad günündə qardaşım Sadiq ona telefon alıb hədiyyə etmişdi. 22 avqust 2016-cı il tarixdə Aytacın qardaşı Şövqü bizə gələrək Sadiqdən xahiş etdi ki, onlara gedib həyətdə 1 saatlıq köməklik etsin və qardaşımı evlərinə aparmışdır. Həmin vaxt Aytacgilin həyətində atası, qardaşı, əmisi və əmisinin oğlu qrup şəkilində qardaşımın üstünə tökülüb onu vəhşicəsinə döyüb, sonra boğazına qalın məftili bağlayıb sürüyüb ağacdan asmaq istəyiblər. Həyətin qarşısında traktorun mühərrikini işə salıblar ki, səs-küyü heç kəs eşitməsin. Onların niyyəti qardaşımı öldürmək olmuşdu. Qardaşım Sadiq boğulmamaq üçün əlini boğazına bağlanmış məftilə salmışdır. Qardaşımın huşu getdikdə onlar onu ölmüş bilib məftili buraxmışdılar. Sonra Aytacı ora gətirib döymüşdülər.Biz xəbər tutan kimi ora gedib təcili yardıma və polisə zəng etdik. Zərdab Rayon Mərkəzi Xəstəxanası qardaşımın vəziyyətinin ağır olduğunu görüb onu ambulans maşınla Ucar rayon xəstəxanasına apardılar. Qardaşım Sadiq 3 gün Ucar rayon xəstəxanasında qaldı səhhəti pis olduğu üçün ambulans maşınla Bakı şəhərinə Respublika Xəstəxanasına gətirildi. Orada 7 gün stasionar müalicə edildi. Qardaşıma kəllə beyin travmvası, beyin silkələnməsi diaqnozu qoyuldu. Zərdab Rayon Polis Şöbəsində isə rüşvət alıb ağır cinayət hadisəsinin üstünü ört-basdır etmək istəyirlər. Qardaşım Sadiqin verdiyi etibarnamə əsasında onun nümayəndəsi kimi Zərdab Rayon Polis Şöbəsinə getdikdə orada təhqiqatçı polis baş leytenentı Nurlan Mahmudov məni və mənimlə ora gedən şəhid atası Ataxan Əsədovu nalayiq şəkildə söyüb təhqir etdi, məni şillə – yumruq və təpiklə vurdu. Təhqiqatçı Nurlan Mahmudov izahat alan zaman qardaşımın üstünə qışqışqırıb zor edib ki, yaz ki, bir nəfərlə dalaşmışam, o birilərin adını yazma. Beləliklə də Zərdab Rayon Polis Şöbəsi törədilmiş ağır cinayətin üstünü ört-basdır etməyə çalışır. Cinayət hadisəsinin üstündən 1 aydan çox keçməsinə baxmayaraq ekspertin rəyi açıqlanmayıb, hələ də cinayət işi açılmayıb. Respublika Xəstəxanasının ortada rəyi var ki, qardaşımın aldığı xəsarət ağırdı. Zərdab Rayon Polisi isə istəyir ki, ekspert yüngül və ya dərəcəsi təyin olunmayan xəsarət rəyi versin. Biz bu qanunsuzluqlar barədə bütün aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişik. Ancaq hələ heç bir cavab verilməyib. Çox narahatıq ki, qardaşımı öldürmək istəyən, ona ağır xəsarət yetirən cinayətkar dəstə cəzasız qalıb azğınlaşacaq və bundan da ağır cinayətlər törədəcəklər.Mətbuat vasitəsi ilə Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər Naziri cənab Ramil Usubova, Ombudsman Elmira xanım Süleymanovaya müraciət edib xahiş edirəm 22 sentyabr 2016-cı il tarixdə Zərdab rayonunun Alcanlı kəndində bir qrup şəxs tərəfindən törədilmiş  ağır cinayət hadisəsinin üstünün ört-basdır edilməsinə imkan verməyəsiniz. Qardaşımı öldürməyə cəhd etmiş və onu vəhşicəsinə döyüb ağır xəsarət yetirmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə və bu ağır cinayət hadisəsinin üstünü ört-basdır etməyə çalışan vəzifəli şəxslərin cəzalandırılmasına tapşırıq verəsiniz.Əlaqə telefonu; 051 362-12-28


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler