Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zakir Qaralov Yevlaxa gedir

02 Aralık 2016

6:36 am


[r32]
– xeber –
Baş prokuror Zakir Qaralov Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, qəbul dekabrın 9-da saat 10:00-da Yevlax rayon prokurorluğunun inzibati binasında keçiriləcək.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatını və Yevlax şəhərinə gəlmələrini müvafiq rayon prokurorları təşkil edəcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler