Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zakir Nuriyev: Bankların dollarla olan öhdeliyi artıb

30 Haziran 2016

12:16 pm


30/06/2016 [16:14]: xeber –
Baş verən iki devalvasiyadan sonra qısa bir müddət ərzində ölkədə kəskin dollarlaşma prosesi gedib. Banklardakı manatla olan əmanətlərin əksər hissəsi demək olar ki, bir anda dollara çevrilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti, “Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyev “Banking Baku” jurnalına verdiyi müsahibəsində qeyd edib. “AMB-nin statistikasına görə hazırda əmanətlərin təqribən 83%-i dollardadır. Bu o deməkdir ki, bankların dollarda olan öhdəliyi artmışdır. İndi banklar xaricdən, xarici valyuta ilə cəlb etdikləri resurslara xidmət göstərməklə yanaşı xüsusi çəkisi kəskin artmış bu depozitlər üzrə də müştərilərə faizlər ödəməlidirlər. Bankların cəlb etdiyi resurslarının böyük bir hissəsini depozitlər təşkil etdiyi üçün onların faizləri kredit fazilərinə də təsir edir. Bank sisteminin qarşısında duran əsas çağırışlardan biri də bankların depozit bazasından asılılığını optimal səviyyəyə gətirilməsidir.Bunun üçün bütün iqtisadi subyektlərin bank sisteminə daha sıx inteqrasiya olmaları, iqtisadiyyatda dövr edən maliyyə vəsaitlərinin banklar vasitəsilə hərəkəti təmin olunmalıdır. Təəssüf ki, ölkədə nağdlaşma səviyyəsi yüksək olaraq qalır. Ölkəmiz bu göstərici üzrə bir sıra ölkələrdən geri qalır (Azərbaycanda 58%, İEÖ-də 15-20% və İEOÖ-də 30-35%).Ödəniş kartları ilə əməliyyatların 92%-i isə nağd pulun bankomatlardan çıxarılmasına xidmət edir (Şərqi Avropada 70%, İEÖ-də isə 50%-i). Bankların hazırda əsas gəlirlərini faiz gəlirləri təşkil edir. Nağdlaşma səviyyəsinin azalması bankların qeyri-faiz gəlirlərinin də artmasına təkan verəcək. Qeyd olunan məsələdə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsidə xüsusi önəm kəsb edir.Nağdsız ödənişlərin inkişafı və elektron ödəniş xidmətlərindən istifadənin kütləviləşməsi bank sisteminin resurs bazasını genişləndirir.Hesab edirəm ki, uzun müddətli dövrdə de-dollarizasiyanın təmin edilməsi üçün ilk növbədə qeyri-neft sektorunun inkişafı vacibdir.Qısa müddəti dövrdə atılmalı addımlardan biri kimi manatın gəlirliliyini, yəni manatla depozitlərin faiz dərəcəsinin yüksəldilməsi imkanlarına baxıla bilər”, – deyə Z.Nuriyev müsahibəsində bildirib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler