Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zakir Hesenov Türkiye sefiri ile görüşüb

20 Eylül 2016

1:16 pm


20/09/2016 [17:15]: xeber –
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüşüb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün faydalı olduğu vurğulanıb.Müdafiə naziri ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Öz növbəsində, səfir ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler