Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zakir Hesenov Londonda Örl Hou ile görüşüb – Fotolar

08 Eylül 2016

12:40 pm


08/09/2016 [16:36]: xeber –
Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda Müdafiə nazirlərinin London şəhərində davam edən tədbiri çərçivəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Lordlar Palatasında Müdafiə üzrə Dövlət naziri, Lordlar Palatasının sədr müavini cənab Örl Hou ilə görüşüb.Bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Məlumata əsasən, görüş zamanı Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, eləcə də Əfqanıstanda həyata keçirilən missiyada iştirakı yüksək qiymətləndirilib, BMT-nin sülhməramlı fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkəmizin bu fəaliyyətdəki perspektivləri və iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler