Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yuğ Dövlet Teatrı mövsüme yekun vurur…

13 Temmuz 2016

11:20 am


13/07/2016 [15:20]: xeber –
Yuğ Dövlət Teatrı 28-ci mövsümünə iki yeni tamaşa ilə yekun vurur. sayt xəbər verir ki, 13 iyul saat 19.00-da “Medeya. Sekvensiya 001”, 14 iyul saat 19.00-da  “Rindi-Şeyda” tamaşalarının premyerası baş tutacaq. V.Klimenkonun “Medeya Teatrı” pyesi əsasında hazırlanan “Medeya. Sekvensiya 001” tamaşasının quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır.  Apokrifik etiraf janrında hazırlanan tamaşada Yuğ Teatrının sənətçiləri, Azərbaycan Respublikasının Əməkdar artistləri Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər.Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan “Rindi-Şeyda” tamaşasının ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.  Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler