Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yubileyi günü evini qaret etdiler – FOTO

12 Ağustos 2016

8:00 am


12/08/2016 [11:58]: xeber –
Ad günü keçirən qadının
sevinci günün sonunadək davam edə bilməyib. Səbəb evindən oğurluq edilməsidir.

Paytaxtın Nəsimi rayonu
Hüseyin Seyidzadə küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində
oğurluq faktı qeydə alınıb.

 

Mənzil 16 da  yaşayan Elmira Əliyeva deyir ki, 50 illik
yubileyini qeyd etmək üçün bir neçə qonşu ilə yaxınlıqda yerləşən
restoranlardan birinə gedib. Ancaq günün sonunda evə qayıdan Elmira xanım naməlum
şəxs və ya şəxslərin sürprizi ilə qarşılaşıb: “Saat 11-12 radələrində evə
qayıdanda, qapının zamokunu aça bilmədim. Girdik ki, arxa tərəfdən, dəmir
reşotkanı kəsiblər, ordan giriblər. Evin altını üstünə çevirmişdilər.
Bujiteriya aparıblar, bir də pul. 500 ziyan dəyib”.

 

Maraqlı məqamlardan biri isə
mənzildə olan planşet, televizor və kompüterin oğurlanmamasıdır. Elmira xanım
hadisədən dərhal sonra DİN-nin 102 qaynar xəttinə məlumat verib. Mənzilə baxış
keçirən polis əməkdaşları evdən barmaq izləri götürüblər.

 

Bina sakinləri isə analoji
hadisənin sözügedən küçədə dəfələrlə baş verməsindən narahatdılar.

 

Artıq faktla bağlı Nəsimi
Rayon Polis İdarəsində araşdırma aparılır. Oğurluq hadisəsini törədən şəxs və
ya şəxslərin tutularaq istintaqa təhvil verilməsi  üçün zəruri əməliyyat tədbirləri davam
etdirilir. (Region TV)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler