Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yozef Blattere xerçeng diaqnozu qoyulub

09 Temmuz 2016

3:48 pm


09/07/2016 [19:44]: xeber –
Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatter dəri xərçəngindən əziyyət çəkir və sol qulağının bir hissəsinin kəsilməsi üzrə cərrahiyyə əməliyyatı keçirib.  ANS PRESS-in məlumatına görə, 80 yaşlı Blatter 2015-ci ilin əvvəlində emosional gərginlik səbəbindən xəstəxanaya yerləşdirilmişdi.FİFA-nın sabiq prezidenti Sürixdəki klinikada əməliyyat olunub. Onun əsəb  sistemində yaranan problemdən də əziyyət çəkdiyi iddia olunur.2015-ci ilin may ayında İsveçrədə bir sıra yüksək rütbəli FİFA rəsmisi həbs edilib. Saxlanılan FİFA məmurlarının yaratdıqları korrupsion sxem təxminən 20 il ərzində mövcud olub və onlara yüz milyonlarla dollar məbləğində qeyri-qanuni gəlir əldə etmək imkanı yaradıb.Bundan əlavə məlum olub ki, İsveçrə polisi DÇ-2010, DÇ-2018 və DÇ-2022-yə ev sahibliyi edəcək ölkələrin seçilməsi zamanı korrupsiya halları qeydə alınıb.29 may 2015-ci il tarixində FİFA konqresində 5-ci dəfə təşkilatın prezidenti vəzifəsinə seçilən Yozef Blatter bundan cəmi bir neçə gün sonra korrupsiya qalmaqalı ilə əlaqədar gözlənilmədən vəzifəsindən istefa verib.FİFA-nın yeni prezidenti bu il fevralın 26-da İsveçrənin Sürix şəhərində keçirilən növbədənkənar konqresdə Canni İnfantino seçilib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler