Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Yorğandan qadın düzeldib, sarılmağı öyrendik…”

04 Temmuz 2016

4:32 pm


04/07/2016 [20:30]: xeber –
sayt gənc şair Vasif Əlihüseynin şeirlərini təqdim edir.YELLƏNCƏK ASMIŞAMAĞAC ALTINDAYıxılıb – dururam yol gedə – gedə,bu da bir yolçunun ölüm baxtıdır.Sənin də qəlbindən nə keçirsə, de,hamının üstümə düşən vaxtıdır.Mən əli qoynunda sıxılan adam,bir yer axtarıram başımı qoyum.Gedirəm başıma kül ələməyə,axşama su qızdır başımı yuyum.Səndən nə cürnəsə, mən qaçam gərək,bu qara günümdən, mən ağa düşəm.Yelləncək asmışam ağac altında,atıram özümü, uzağa düşəm.ONDA DAHA BÖYÜK GÖRÜNÜRDÜKGözəl uşaqlığımız vardıkəndimizdəpark nə idi, bilmirdikqoyun nabatındaoxuyardıq dərsimiziOnda nənəm – babam sağ idio, qədər qoca vardıkəndimizdəqocaların hesabınauca idi kəndimiz dəOnda pulsuz vaxtlarımız var idibizə də öyrətmişdilərcibi boş kişilərinnisyə siqaret almağınıOnda daha böyük görünürdükatamız – anamız arxamızda gizlənəndəişıq pulu yığanlara:-Evdə heç kim yoxdu – deyəndə.Atamın sağ əli üçünaldığı təqaüt də bir işə yaramırdıdeyirdi bu nə puldutək qolla yaşayan adam üçünSÜMSÜK İT TƏK…yorğun gecədən keçmiş,bu sərsəri, bu axmaq.bilirsən mənlik deyilsaç – saqqalı uzatmaqev üçün darıxmıramaxı, yoxdu bir kəsimsən də evdə deyilsənhər gün evə tələsimhəyətdə paltarlarımşaxta düşsə, qac olurqadınsız kişilər dəsümsük it tək, ac olursən dediyin təkliyinadına nə deyirlərkişiyə hamı dəliqadına nə deyirlər?!YORĞANDAN QADIN DÜZƏLTMƏKməftildən maşın düzəldirdik uşaqlıqdaböyüdük yorğandan qadın düzəltdikbelə öyrəndikbaşsız qadın bədəninə sarılmağısonra anamızı qoyduq qəbirəqollarımızdavə belə hiss etdikqucağımızdakı qadın ağırlığınıadamlara məzar daşısız ağlamaqdaha asantdı, biləsəno, vaxtdanyorğandan düzəltdiyimbaşsız bədəninə sarılıb yatıramhər gecəgetməklərin ən yaxşısını sən etdinxəstələnməkləxəstəyəm, ömrümə bir gün qalıbəlac yoxdu filan…canından bezibölümünə sevinənlər kimimən də sevgidən bezib, ayrılığa sevindimməndən narahat olmaanamdan sonraheç kimin gedişinə ağlaya bilmirəm.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler