Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yol polisi hamile qadının heyatını xilas etdi – Uşağa onun adını qoydular…

06 Kasım 2016

8:04 pm


07/11/2016 [00:01]: xeber –
Azərbaycanda yol polisi əməkdaşının etdiyi bu hərəkət dillər əzbəri olub. Üstündən 2 il keçsə də, hələ də çoxları bu hadisədən ağızdolusu danışır. Təxminən 2 il bundan öncə Bakı-Şamaxı yolunda baş vermiş hadisənin qəhrəmanlarının hər ikisinin adı Mərdandır. Balaca Mərdanın indi 2 yaşı var. Böyük Mərdan isə Şamaxı-İsmayıllı trasının komandıridir. Dövlət Yol Polisinin zabiti olan Mərdan Mehdiyevlə söhbət edərək hadisənin bütün detallarını öyrənə bildik. Məlum oldu ki, hadisə baş verən gün, daha doğrusu, gecə saat 1 radələrində Mərdan Mehdiyev xidmətdə olub və xidməti avtomobillə hərəkətdə olarkən başqa bir avtomobilin yoldan çıxdığını görüb: «Maşının yanından keçəndə hiss etdim ki, nəsə problem var. Dönüb geri qayıtdım. Avtomobilə yaxınlaşanda məlum oldu ki, salonda hamilə qadın var və dili qatlanıb. Maşın hərəkətdə olarkən təkərin biri qırılıb və avtomobil bir neçə metr barabanın üstündə hərəkət etdiyi üçün qadın elə bilib ki, ağır qəza baş verdi. Qorxudan «sudurqa» keçirib və dili qatlanıb. Mən ona dərhal kömək etdim, ayıldı və bir az özünə gələn kimi qadını və onun yaxınlarını öz maşınıma mindirib xəstəxənaya apardım. Yolda Şamaxı xəstəxanasının baş həkiminə zəng edib xahiş etdim ki, ağır xəstə var, təcili heyəti hazırlayın, çatıram. Biz xəstəxanaya çatanda artıq həkim qrupu hazır idi, dərhal xəstəni maşınımdan düşürüb xərəkdə içəri apardılar. Ona tibbi yardım göstərəndən sonra vəziyyəti normallaşdı. Həkimlər bildirdilər ki, ana bətnindəki uşağa heç nə olmayıb. Amma doğuşun vaxtına hələ bir neçə gün var.Qadın orada 4 gün qaldı. Sonra ailəsi çıxarıb Göyçay rayonuna apardı. Üstündən 5-6 gün keçmişdi, mənə məlumat verdilər ki, həmin qadının oğlu olub. Adını da mənim onlara etdiyim köməyə görə Mərdan qoyublar. Buna çox sevindim. Göyçay xəstəxanasına getdim. Nə xərci var idisə hamısını özüm çəkdim. Kasıb bir ailə idi. Apektdən də borca dərman almışdılar. Onu da ödədim. Uşağın bələyini, beşiyini, paltarlarını, yeməyini və lazım olan digər şeyləri də alıb hədiyyə verdim. Sonra əlaqəmiz olmadı. Təxminən bir ay əvvəl Şamaxı yolu ilə kedərkən yol polisi əməkdaşlarından məni soruşublar. Gedib görüşdüm. Soruşdum ki, vaxtınız varsa, bir yerə gedək. Etiraz etmədilər. Balaca Mərdanın artıq 2 yaşı var. Onları götürüb Şamaxıya apardım. Uşağa biraz alış-veriş etdik, gəzdirdik, sonra da yola saldım getdilər».Mərdan Mehdiyev deyir ki, o, bütün bunları edərkən heç bir təmənnası olmayıb və bunu həm xidməti, həm də mənəvi borcu kimi qəbul edib. Hətta, həmin ailə bu yaxşılığına görə o vaxt televiziyalara, mətbuata məlumat vermək, yuxarı instansiyalara məktub yazıb onun xeyirxahlığından bəhs etmək istəsələr də, komandir buna ehtiyac görməyib. Lakin biz bu barədə məlumat aldıqdan sonra Mərdan Mehdiyevlə əlaqə saxladıq. O, əvvəlcə bunun yayılmasına etiraz etsə də, güc-bəla ilə danışdıra bildik. Düşündük ki, belə əməlləri ilə başqalarına nümunə olan DYP əməkdaşlarını cəmiyyətə tanıtmaq vacibdir…(Avtosfer.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler