Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yılmaza dedim ki, Azerbaycanı İrandan sonra tanısaq…

18 Ekim 2016
7:40 am


18/10/2016 [11:39]: xeber –
Türkiyə Xarici İşlər Nazirliyinin SSRİ üzrə idarəsinin keçmiş rəisi, Türk Tarix Qurumunun həqiqi üzvü Bilal Şimşir APA-ya müsahibə verib. sayt müsahibəni təqdim edir: – 2011-ci ilin aprelində dərc olunmuş 800 səhifəlik “Azərbaycan” adlı kitabınızda müstəqilliyin elanından əvvəlki və sonrakı prosesləri ətraflı şəkildə yazmısınız. O dönəmin xatirinizdə qalan mühüm anlarını oxucularımızla bölüşməyiniz mümkündürmü? – SSRİ-nin dağılması prosesində bizim ən həyəcanla gözlədiyimiz məsələ Azərbaycanın öz müstəqilliyini elan etməsiydi. Hörmətli Turqut Özal 1991-ci ilin martında Moskvadan Bakıya gedəndə qardaş paytaxtda Baş Konsulluğumuzu açdıq. Oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini yenidən elan etməsinə dair xəbəri həm Bakıdan, həm də Moskvadan aldıq. Daha sonra xəbərlərin gəlməməsi və Azərbaycanın bizdən tanınma tələb etməməsi narahatlığımıza səbəb oldu. Həm hökumət Azərbaycanı tanımaqda ləng tərpənirdi, həm də qardaş ölkənin müstəqilliyini tanımağımız üçün Bakıdan tələb gəlmirdi. Mən prezident Özal və baş nazir Məsut Yılmaza müraciət edərək tanınma tələbi  gətirməsi üçün Bakıya diplomat göndərməyi təklif etdim. O vaxt xristian ölkələri SSRİ-dən ayrılmış eyni dindən olan ölkələri tez tanıdılar, ancaq Azərbaycanın müstəqilliyinin tanınmasından söhbət gedəndə bizim tanımağımıza da mane olmağa çalışırdılar. Həm Özal, həm də Yılmaz mənim təklifimə müsbət baxdılar və bir an əvvəl özümün Bakıya getməyimi istədilər. Mən Moskvadakı səfirliyimizin vəziri-muxtarı Xəlil Akıncı və müavinim Qurtuluş Daşkəntlə Bakıya getdim. Orada prezident və baş nazirlə görüşərək Türkiyəyə tanınma tələbi ilə müraciət etmələrini istədik. Müxalifət lideri Əbülfəz Elçibəylə görüşümü də heç vaxt unutmaram. Çox sadə bir evdə yaşayırdı, pəncərə sınmış, təzə şüşə salmamışdılar. İqtidarın da, müxalifətin də Türkiyəyə tanınma tələbi verməsinə müsbət baxdıqlarını görüb Türkiyəyə qayıtdıq. Tələb gələn kimi, vaxt itirmədən Azərbaycanı tanıma bəyannaməsi yazıb hökumətə təqdim etdik. Prezident Özala və baş nazir Məsut Yılmaza dedim ki, biz Azərbaycanı İrandan əvvəl tanımasaq, tarix bizi əfv etməz və münasibətlərimizin gələcəyində həmişə böyük nöqsan kimi xatırlanar. Noyabrın 8-də Məsut Yılmaz hökuməti Azərbaycanın müstəqilliyinin Türkiyə tərəfindən rəsmən tanınması haqqında bəyannaməni  təsdiq etdi. Daha sonra hökumət dəyişdi və DYP-SHP koalisiyasının xarici işlər naziri Hikmət Çətin bəyannaməni Məclisdə təsdiq etdirdi. – Müstəqillik bəyannaməsi elan edilən kimi, Baş Konsulluğun səfirliyə çevrilməsi barədə qərar qəbul edildi, Altan Karamanoğlu fövqəladə və səlahiyyətli səfir oldu. – Altan bəy Ankaraya gəldi, onun güvən məktubu hazırlandı, Bakıdan razılıq gələndən sonra səfir oraya gedərək güvən məktubunu prezidentə təqdim edəcək, rəsmən fəaliyyətə başlayacaqdı. Ancaq Altan bəyin ayağı sınmışdı, bir müddət xəstəxanada yatdı. Biz isə güvən məktubunun bir an əvvəl Bakıda prezidentə təqdim edilməsinə çalışırdıq. Məktubu Bakıya mənim aparmağım qərarlaşdırıldı. Əvvəlcə baş nazirlə görüşdüm, məktubu alıb bir tərəfə qoyandan sonra dedi ki, tələsəcək işimiz yoxdur. Mən isə Türkiyənin tələsdiyini və səfir Karamanoğlunun güvən məktubunun bir an əvvəl təsdiq edilməsinin lazım olduğunu dedim. Məktub prezidentə təqdim edildi, mən Ankaraya qayıtdım, bir müddətdən sonra Altan bəy Bakıya getdi. Dekabrın axırında Azərbaycan müstəqillik referendumu keçirəndə də mən Bakıdaydım. Azərbaycan çox gənc bir dövlət idi, səfirimizin güvən məktubunu prezidentə təqdim edəndə demişdim ki, bu, güvən məktublarının vahid formasıdır, siz də Azərbaycan türkcəsində bundan hazırlatdırın. Həm iqtidarla həm də müxalifətlə daimi əlaqədə idik. 1992-ci ilin fevralında prezident Ankaraya gəldi, müharibə şəraitində olan qardaş Azərbaycana dəstəyi genişləndirməyi qərarlaşdırdıq. – Sizin Azərbaycana daha əvvəlki gəlişinizi şəxsən yaxşı xatırlayıram. 1991-ci ilin iyununda Türk Tarix Qurumu heyəti ilə Bakıda olanda  professor Abdulhaluk Çay sizin 20 dollarınızı mənə verib, poçt markaları almağımı istəmişdi. O gəlişinizdə siyasi və diplomatik məşvərətləriniz olmuşdumu? – O vaxt Azərbaycan müstəqillik elan etməmişdi. Ancaq prosesin Azərbaycanı müstəqilliyə doğru apardığını görməmək mümkün deyildi. Biz daha çox ortaq  əlifba və tarix məsələləri üzərində müzakirələr aparırdıq. Məndə “Kommunist” qəzetinin 1922-ci ildə latın hərfləriylə çıxmış nüsxələri vardı. Əbülfəz Elçibəy dedi ki, bunları ilk dəfə görürük. O vaxt biz ərəb əlifbasından istifadə edirdik. Azərbaycan o işdə bizdən çox qabağa düşmüşdü, ancaq 1939-cu ildə kiril əlifbasını qəbul etmək məcburiyyətində qalmışdı. Biz Azərbaycanın latın əlifbasını qəbul etməsini istəyirdik. Bakıdakı müzakirələrimizdə fikir ayrılığı daha çox “ə”  və “x” hərflərinin üzərində olmuşdu. Azərbaycan alimləri bu səslərin dildə olduğunu, ona görə əlifbada da olmasının lüzumu üzərində durdular. Mən filatelistəm, ona görə Azərbaycanın öz poçt  markalarını hansı əlifbada yazacağı da mənim üçün maraqlı idi. O gediş-gəlişlərimizin həm müstəqilliyin qazanılmasında həm də ölkələrimiz arasındakı münasibətlərin inkişafında əhəmiyyətli dərəcədə rolu oldu. – Siz “erməni məsələsi” ilə bağlı Türkiyədə ən çox kitab çap etdirmiş araşdırıcı olduğunuza görə o sahədə dünya miqyasındakı prosesləri də yaxından izləyirsiniz. Fransa Senatının “soyqırım olmayıb” deyənləri cəzalandırmağı nəzərdə tutan qanunu yenidən qəbul etməsi barədə nə deyə bilərsiniz? – AİHM-in Perinçək qərarında bir hadisənin “soyqırım” kimi xarakterizə edilməsi üçün məhkəmə hökmünün olması zərurəti ifadə edilib. 1915-ci il hadisələri ilə bağlı heç bir məhkəmə qərarının olmamasına baxmayaraq, Fransa Senatının yenidən qanun qəbul etməsinin heç bir hüquqi əsası yoxdur. İsveçrə parlamenti öz qərarlarını ləğv etməyə hazırlaşarkən Fransa Senatının yenidən eyni qərarı qəbul etməsi heç nə ifadə etmir. AİHM Böyük Palatasının Perinçək-İsveçrə prosesində verdiyi qərar Avropa Şurasına üzv olan bütün ölkələr üçün bağlayıcıdır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler