Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yığmamızın Riodan eliboş qayıdan medal ümidleri- SİYAHI

14 Ağustos 2016

8:00 am


14/08/2016 [11:56]: xeber –
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının onuncu günü start götürüb. Olimpiadaya 56 nəfərlik heyətlə qatılan Azərbaycan yığmasının bugünə qədər 30 idmançısı mübarizəni dayandırıb. Bugün də bir neçəsinin Rio ilə vidalaşacağı istisna edilmir. Çox təəssüflər olsun ki, 30 idmançıdan yalnız ikisi- cüdoçular Elmar Qasımov və Rüstəm Orucov gümüş medal qazanıblar. Onlardan savayı, heç bir medalçımızın olmaması yığmanı medal sıralamasında da, geri salıb. Azərbaycan millisi çox təəssüflər ki, artıq dördüncü onluqda qərarlaşıb. sayt saytı yığmanın medal ümidi olsa da, heç bir nailiyyət əldə edə bilməyən idmançıları təqdim edir:Boks komandamızın əsas medal ümidlərindən  olan Albert Səlimovun (60 kq) ¼ finaldakı məğlubiyyəti hamıda xəyal qırıqlığına səbəb oldu. Bu uğursuzluğu ilə barışa bilməyən boksçu, olimpiadadan sonra koriyerasını başa vuracağını qeyd edib. 56 kq çəki dərəcəsində dünya çempionu olan Cavid Çələbiyev də fiaskosu ilə millimizin medal ümidlərinin üstündən xətt çəkdi. Elə ilk görüşdəcə rəqibinə məğlub olan Çələbiyev olimpiada ilə ekən vidalaşdı.Medal gözləntilərindən olan daha iki dağıstanlı legioner- Məhəmmədrəsul Məcidov və Abduqadir Abdullayevin də məğlubiyyəti proqnozları alt-üst etdi. Legionerlər ardıcıl olaraq 1/8 və ¼ final mərhələlərində məğlub oldular. Cüdoçu Nicat Şıxəlizadə də (66 kq) uğur qazanması gözlənilən təmsilçilərdən idi. Amma dünya və Avropa çempionu olan  cüdoçu 1/8 finalda məğlub olmaqla hamını təəccübləndirdi. Avarçəkmənin kanoe və kayak növlərində mübarizə aparan legioner təmsilçi Yuri Meqliç də ondan gözlənilən etimadı doğrulda bilmədi. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Ukraynanın heyətində olimpiya çempionu olan idmançı Azərbaycanı təsmil edən zaman 15 idmançı arasında 14—cü oldu.Gimnast Oleq Stepkonun 24 nəfər yarışçının arasında 22-ci olması da millimizin passivinə yazılmalıdır. Bakı Avropa Oyunlarının 5 qat qalibindən ən azı bürünc medal gözlənilirdi. Yerdə qalan idmançılarımızdan medal gözləntilərimiz o qədər də çox olmasa da, onların da uğursuzluğu hamını məyus edir. Hazırda qüvvəsini sınamayan 26 idmançımız var ki, onların nəticələrinin yaxşı olacağına inanaq.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler