Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yerli mehsullara alıcı marağını inzibati üsullarla artırmaq doğrudurmu?

08 Ekim 2016

8:24 pm


09/10/2016 [00:22]: xeber –
Son günlər xaricdən ölkəmizə
gətirilən toyuq, gön-dəri və s. məhsullarla bağlı gömrük rüsumunu artırılması
müşahidə edilməkdədir. Məqsəd xaricdən gətirilən bu məhsulların qiymətinin
artırılmasına nail olmaqla, yerli məhsullara marağı artırmaq, insanların daha
çox yerli məhsullar almasını təmin etməkdir.

Maraqlıdır, yerli
istehsal nümunəsi olan məhsullara marağı bu şəkildə artırmaq nə dərəcədə
doğrudur? Bu məqsədə inzibati üsullardan istifadə etmək məntiqlidirmi? Dünya
praktikasında bu cür nümunələr varmı?

sayt-a açıqlama
verən iqtisadçı alim Vüqar Bayramov beynəlxalq praktikada bu üsuldan istifadə
edildiyinə diqqət çəkdi:

“Dünya praktikasında belə
təcrübələr var. Xaricdən gətirilən malları bahalaşdırmaqla yerli mallara olan
marağı artırmağa çalışan ölkələr olub. Lakin burada bir məqam var. O da bundan
ibarətdir ki, əsasən xaricdən gətirilən o məhsulların qiyməti artırılır ki,
yerli istehsal həmin məhsullarla istehlakçıları tam, yaxud əhəmiyyətli dərəcədə
təmin edəcək səviyyədə olsun. Yalnız bu halda xaricdən gətirilən məhsullarla
bağlı vergilər artırılır. Bu da onunla bağlıdır ki, xaricdən gətirilən məhsullar
bahalaşanda, vətəndaşlar yerli məhsullara üstünlük verirlər. Bizdə xaricdən gətirilən
məhsullarla bağlı vergilərin arıtırlması ilə yanaşı, yerli istehsalın sitimullaşdırılması
yönündə addımların atılmasına da ehtiyac var”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler