Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yerin nüvesi yerinden oynayıb

11 Eylül 2016

10:40 am


11/09/2016 [14:39]: xeber –
Planetimizin nüvəsi tərpənib. Bunu Rusiya Elmlər Akademiyasının Tomskdakı  İqlim və Ekoloji Sistemlərin Monitorinqi  İnstitutunun əməkdaşları müəyyən ediblər.   sayt  bu haqda “Moskovski komsomolets”ə istinadla yazır. Alimlərin sözlərinə görə, Yerin nüvəsi Şimal, yaxud Cənub qütbünə doğru 200 metrədək yerini dəyişib. Tədqiqatçılar  planetin nüvəsinin illik yerdəyişmə siklini təhlil edəndən sonra belə nəticəyə gəliblər. Bundan öncə heç kəs Yerin fırlanma sürətinin dəyişməsi hallarını izah edə bilmirdi. Belə ki, Yer bəzən  saniyənin müəyyən hissəsi qədər gec fırlanır və bu səbəbdən bəşəriyyət saatlarını düzəltməli olur. Tomsk alimlərinin sözlərinə görə, buna səbəb  məhz planetin nüvəsinin  yerdəyişməsidir. Bu da  mantiya təbəqəsinin xüsusuyyətlərindən yaranan təbii bir prosesdir. Sözügüdən prosesləri öyrənmək üçün işlədilən “MQR-01” cihazı da  Rusiya alimləri tərəfindən hazırlanıb.  Cihaz Yer nüvəsinin hərəkətini elektromaqnit dalğalarını qeydə almaqla müəyyən edir. “MQR-01”  digər ölkələrdəki analoqlarını üstələyir. Bu cihazın faydalı qazıntı yataqlarının kəşfiyyatı və zəlzələlələrin proqnozlaşdırılmasında da uğurla tətbiq edilməsi gözlənilir.  Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler