Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yerevanda girov götürülen polisler azad edildi

23 Temmuz 2016

8:16 am


23/07/2016 [12:15]: xeber –
Yerevanda polis bölməsini zəbt edən silahlı qruplaşma girov götürdükləri iki polisi şənbə günü azad edib. sayt xəbər verir ki, bu barədə İnterfaksa hüquq-mühafizə orqanlarında olan mənbə bildirib.  “Uzun sürən danışıqlar nəticəsində iki nəfər azad edilib”, – agentliyin həmsöhbəti deyib.  Silahlı qruplaşmanın üzvlərindən biri Varujan Avetisyan yerli KİV-ə, Milli təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyan və son günlərdə vasitəçi kimi çıxış edən “Qarabağ parlamentinin” deputatı Vitali Balasanyan ilə danışıqlarda zəbt edilən ərazidə mətbuat mərkəzinin yaradılmasına dair razılığın əldə edildiyini bəyan edib.  “Bundan sonra biz general və polkovniki (Ermənistan polis rərbərinin müavini general-mayor Vardan Yeqizaryan və Yerevan polis rəisinin müavini Valeri Osipyan) azad edirik, hakimiyyət isə bizim üçün KİV-ə azad çıxış təmin edir”, – Avetisyan bildirib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler