Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yerevanda erazilerin Azerbaycana verilmesi planından danışdılar

17 Temmuz 2016

6:24 pm


17/07/2016 [22:23]: xeber –
Türkiyədə baş verənlər diqqəti Qarabağ problemindən müəyyən qədər yayındırdı. Buna baxmayaraq, həmin problemlə bağlı da yadda qalan hadisələr oldu. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan separatçıların rəhbəri Bako Saakyanla görüşmək üçün növbəti dəfə Qarabağa yollandı. Ondan bir az əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Moskvada Qarabağ münaqişəsinin tənzimlənməsi yolları barədə müzakirələr aparmışdılar.“Biz bu məsələ ilə bağlı qazanılmış potensialdan, danışıqların razılaşdırılması üçün praktiki addımların atılmasına imkan verəcək məqamlar barəsində, hansı ki, bütün tərəflər üçün münasib ola və bu mürəkkəb regionda qarşımızda duran vəzifələrin reallaşdırılmasına kömək edə bilər, fikir mübadiləsi apardıq”, – deyə RNS Lavrovun çıxışından sitat gətirir.Bu cür aktivliyin səbəblərinə, hansı ki, Ermənistanda ondan çəkinirlər, erməni politoloqu Ayk Martirosyan aydınlıq gətirib.O əmindir ki, “torpaqların verilməsi” (Azərbaycana-virtualaz.org) üçün hansısa sənədin imzalanmasını gözləmək lazım deyil, “onu müharibənin gedişatında da verə bilərlər”.“Son vaxtlar Ermənistanın havasında necə satqınlıq kabusunun dolandığını görürəm. Ayrı-ayrı deputatlar Qarabağın müstəqilliyinin tanınması müqabilində ərazilərin qaytarılacağı barədə danışmağa başlayıblar. Azərbaycanın Qarabağın müstəqilliyini tanıması bizə lazımdırmı? Bu bizə ümumiyyətlə lazım deyil. Qarabağ-azad olunmuş ərazidir, Qarabağ-tarixən Ermənistanın olub və Ermənistana da birləşdirilməlidir”,-deyə news.am politoloqun dediklərindən sitat gətirir.“Belə bir versiya mövcuddur ki, azad olunmuş torpaqlar qarşıdakı müharibə vaxtı qaytarıla bilər-buna inanmaq da olar, inanmamaq da. Amma müharibənin olacağına heç bir şübhə yoxdur. Bir halda ki, əsgərin həyatı torpaqdan da müqəddəs elan olunub (virtualaz.org xatırladır ki, bu fikri Ermənistan prezidenti Serj Sarkisyan işlədib), istisna olunmur ki, bu gün təbliğ olunan həmin düşüncə müharibə vaxtı xüsusilə qabardılacaq və ayrı-ayrı şəxslər və ya xadimlər böyük itkilər barədə danışaraq onun daha da genişlənməməsi xatirinə ərazilərin qaytarılması zəruriliyini əsaslandırmağa çalışacaqlar”, – deyə Martirosyan bildirib.Erməni ekspert, həmçinin deyib ki, indi danışıqlar masasının üstündə olan sənəd məlum Kazan sənədindən də pisdir./Virtualaz.org/




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler