Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yeni vergi islahatları gelir

28 Temmuz 2016

7:08 am


28/07/2016 [11:05]: xeber –
Cari ilin payızında yeni
vergi islahatlarının tətbiqinə start veriləcək. Bu barədə sayt-ı özəl mənbə
məlumatlandırıb. Mənbənin sözlərinə görə, bu islahatlar vergilərin daha da sadələşdirilməsini
və eyni zamanda sərtləşdirilməsini nəzərdə tutur. Belə ki, Vergilər Nazirliyi
mütəmadi şəkildə vergi sisteminin təkmilləşdirilməsi, sadələşdirilməsi istiqamətində
iş aparır ki, bu istiqamətdə aparılan işlərin nəticəsi payızda ortaya
qoyulacaq. Başqa sözlə desək, payızdan etibarən vergi ödəyiciləri daha optimal
və sadələşdirilmiş vergi sistemi əsasında vergi ödəyəcəklər. Lakin bununla
yanaşı, vergidən yayınma hallarının qarşısını almaq üçün bu cür hallara qarşı
mübarizə tədbirlərinin gücləndirilməsi də nəzərdə tutulub. Nazirlik hesab edir
ki, könüllü vergi ödəmənin arzuedilən səviyyədə olmadığı Azərbaycanda inzibati
üsullardan istifadəyə hələ də ciddi ehtiyac var.

 

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler