Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yeni Turan felsefesi: Türklük, islamlıq ve insanlıq

24 Haziran 2016

5:20 pm


24/06/2016 [21:17]: xeber –
Ən azı on üç əsrdir türklərin, Türk-Turan xalqlarının özəyi dirəyi olan Qıpçaq-tatar və Oğuz-Karluk boyları İslam dünyası içində müsəlman kimi yaşayırlar. Bu 13 əsrlik tarix boyu İslam dini inancı istər türk xalqlarının məişət həyatında, istərsə də dövlətçiliyində (türk dövlətlərinin qurulmasında, inkişafında və tənəzzülündə) mühüm rol oynamışdır. Ancaq burada daha önəmli məsələlərdən biri 13 əsr ərzində İslam dininin, İslam fəlsəfəsinin və İslam mədəniyyətinin Türk xalqlarının həyat tərzinə, mədəniyyətinə, dünyagörüşünə, fəlsəfəsinə, adət-ənənələrinə (toyları, yasları, mərasimləri) nə dərəcədə təsir göstərməsidir. Başqa sözlə, Türk-Turan xalqlarının əsasən İslam mədəniyyəti arealına daxil olmasıyla milli özünəməxsusluqlarını nə qədər qoruması ya da qoruyamamasıdır. Bu da, çox ciddi bir məsələdir.Əlbəttə, İslamaqədərki və İslam dövründə Türk-Turan xalqlarının adət-ənənələrini, mədəniyyətini, fəlsəfəsini, dövlətçilik ənənələrini yalnız o şəkildə müzakirə etmək olmaz ki, hər şey ya qaradır, ya ağdır. Yəni İslamaqədərki və İslamlıq dövründə Türk xalqlarının adət-ənənələrində, mədəniyyətində, fəlsəfəsində müsbət və mənfi olanları yalnız İslam diniylə müqayisə etmək doğru deyildir. Bu gün də məsələni bu cür qoymağı doğru görmürük. Hər bir məsələ elmi cəhətdən, mümkün olduğu qədər obyektiv olaraq əsaslandırılmalıdır. Düzdür, “elmi” və “obyektiv” sözlərinin özlərində də hardasa – indi biz dünya tarixini, elmini, ədəbiyyatını, fəlsəfəsini, mədəniyyətini öyrənəndə görürük ki, nə qədər subyektiv amillər vardır. Bu baxımdan müxtəlif mədəniyyətlər (Mesapatomiya, Misir, Roma, Zərdüştlük, Buddizm, Xristianlıq, İslam və b.) daxilində Türkün varlığını nəzərdən keçirərkən, burada əsas diqqət yalnız onların türklərə nə verdiyinə deyil, eyni zamanda turanlılardan nələr qazandıqlarına da önəm verməliyik. Əks təqdirdə belə anlaşılır ki, Türklər ayrı ayrı mədəniyyətlərdən ancaq nə isə alıblar, demək olar heç bir mədəniyyət yaratmayıblar. Bunu, bu və ya digər formada Türklərin İslam mədəniyyəti içində olduğu zaman kəsiyinə də aid edirlər.Bütün bunları Türk-Turan xalqlarına qarşı ədalətsizlik hesab etməklə yanaşı, ən doğru yolu məsələyə bütöv şəkildə yanaşılmasını görürük. Məsələn, İslam və Türklük məsələsinə bütövlükdə, kompleks olaraq yanaşmaq lazımdır. İslamaqədərki Türk mədəniyyətində, Türk fəlsəfəsində müsbət cəhətlərlə yanaşı, mənfi cəhətlər olduğu kimi, eyni məsələlərin aşağı-yuxarı İslam dövrüylə başlayan dönəmlərdə də yaşamağımız təbiidir. Yəni Türkün İslamlıq dövründə əldə etdiyi hər bir uğuru İslamla bağlayıb şişirtmək nə qədər yanlışdırsa, uğursuzluqları da yalnız İslam dininin adına çıxmaq da eyni dərəcədə haqsızlıqdır. Bir ulusun, toplumun uğuru ya da uğursuzluqlarını bütövlükdə hər hansı bir dinlə bağlamaq kökündən yanlışdır. Əgər hər hansı bir din bir millətin, toplumun bütün qədərini, yəni keçmişini, bu gününü və gələcəyini tamamilə həll etmək gücündədirsə, o zaman problemi dində deyil ulusda axtarmaq lazımdır.Bu anlamda Türk xalqlarının İslamaqədərki həyatıyla (əxlaq, fəlsəfə, dünyagörüş, dövlətçilik və s.), İslam dövrüylə başlayan həyatı arasında böyük uçurumlar açmaq, özəlliklə İslamaqədərki həyat tərzini yumşaq dillə desək, kölgədə qoyub İslam diniylə  başlayan  dönəmləri isə şişirtmək Türk-Turan xalqlarının bugünkü problemlərinin həlli yolunda ciddi əngəllərdən biridir. Bu ona gətirib çıxarır ki, İslam dininə, İslam mədəniyyətinə bağlı bir müsəlman türkü bütün varlığını yalnız İslamda, Qərb-Xristian mədəniyyətindən təsirlənmiş başqa bir türk isə hər şeyi Qərb demokratiyasında, Qərb liberalizmində axtarır. Bununla da, bir toplum öz içində ən azı ikili zehniyyətə yuvarlanır ki, həmin şüurlardan çıxış edən elm insanları, araşdırmaçılar da özlərini ya İslam dünyası – İslam Mədəniyyəti ya da Qərb-Xristian dünyası – Qərb mədəniyyəti daxilində  görürlər.Belə olduğu təqdirdə, özünü Şərq-İslam dünyasının içində görün bir türkü ittiham edə bilmədiyimiz kimi, eynilə özünü Qərb-Xristian dünyasında görən Türkü də suçlaya bilmərik. Çünki müsəlman türkü üçün İslam dünyasının ya da Türk-İslam dünyasının problemləri və həll yolları bir istiqamətdə, qərbçi türk üçün isə Qərbin demokratik, sivil, dünyəvi dünyanın problemləri və həll yolları başqa istiqamətdə maraqlıdır. O zaman bu gün, hər hansı türkün islamçılığı ya da qərbçiliyi üzərindənansımçılığı ya da qərbçiliyi  mühakimələr çıxarılması doğru deyildir. Çünki din dəyişdirmək deyil də, milli kimlik dəyişdirmək faciədir. İlk baxışda bu fikirlər doğru görünməyə, hətta yanlış anlamlar da yozula bilər. Ancaq heç bir zaman unutmamalıyıq ki, din dəyişdirmək millətlərin taleyində dəfələrlə olmuşdur. Bu anlamda din dəyişdirməyi faciə deyil, Tanrıya gedən yolda daha mükəmməl bir axtarış kimi dəyərləndirmək lazımdır.Əgər Türk-Turan xalqlarının böyük bir qismi 13 əsrdir İslam dini üzərində dayanıb, bu din vasitəsilə Tanrının yolıunun qolçusu olıduqlarına inanırlarsa təbiidir. Lakin bu o demək deyil, Türk-Turan xalqları İslamaqədərki tapındıqlıarı milli və qeyri-milli dinlərində tamamilə yanlış yolda olublar. Demək istədiyimiz odur ki, Türk-Turan xalqlarının Tanrı yolunda yürüməkləri (yəni Türk əxlaqı, estetikası, adət-ənənləri, törələri, həyat tərzi, dövlətçiliyi və s.) İslamlıqla başlamadığı üçün, onu həddən artıq ideallaşdırıb Türk kimliyini arxa plana keçirmək doğru deyildir. Doğrudur ki, Şamançılıq, Xirstianlıq, Buddizm, Yəhudiliklə müqayisədə Türklər özlərini daha çox İslamlıqda tapmışlar. Məhz Türk özünü İslamlıqda stianlıq, buddizmdə olduğu kimi, bəlkə də onlardan daha ox daha çox tapdığı üçün də Tanrıya gedən yolda 13 əsrdir İslamla birlikdədir. Bununla yanaşı onu da idrak etməliyik ki, Türklərin İslam dinini qəbul etməyi saədəcə, Tanrı yolunda yürüməyin ən uğurlu davamıdır. Ancaq bu heç də İslamdan kənarda başqa yollarla (xristianlıq, buddizm, şamançılıq, yəhudilik və b.) Tanrı yolunda yürüməyə davam edən Türk soydaşlarımızı inkar etmək anlamına gəlməməlidir.Ona görə də, burada diqqət etməli olduğumuz əsas məsələ yalnız müəyyən bir dinin daşıyıcısı olan millətin, həmin dinə tapınmış olan digər xalqlarla birlikdə mövcud problemləri və onun həlli yollarını düşünməsi deyil, eyni zamanda dini həssaslıqlarını qorumaqla yanaşı digər ideyalara (dini, ya da siyasi-ideoloji) tapınan daxildəki soydaşlarıyla da bu və ya başqa məsələlərin həllində bir araya gələ bilməsidir. Bir toplum daxilindəki dini birlik inam və inanc birliyidirsə, milli birlik isə milli qədər və milli dövlət yaratmaq, inkişaf etdirmək, yaşatmaq yoludur.Bu məsələnin çox sadə həll yolu var. Belə ki, milliyyətçiliyimizə Qərb milliyyətçiliyi, İslamçılığa isə Sami dinçiliyi mövqeyindən yanaşmaqdan əl çəkməliyik. Hər halda, biz belə hesab edirik ki, Qərb (ingilis, fransız, alman və b.) milliyyətçiliyi Türk milliyyətçiliyini, Sami-Yəhidi dinçiliyi isə İslamçılığı olduğu kimi ifadə etmir. Ona görə də, Türk-İslam dünyası məsələləsi adına hər iki məsələnin ciddi şəkildə izahlarına ehtiyac vardır.Bizcə, bu anlamda Türk xalqlarının həyatında mühüm rol oynamış, həmin rolu oynamağa davam edən istər İslamçılığa, istərsə də milliyyətçiliyə münasibət ilk növbədə, bir Türk dini-fəlsəfi dünyagörüşünün və Türk milliyyətçiliyinin ə milliyyətçiliyə ələləsi adəna hər iki möçərçivəsində olmalıdır. Əlbəttə, bu o anlama gəlmir ki, hər bir millət İslam dininə öz kimliyindən yanaşaraq onun əsil mahiyyətindən uzaqlaşmalıdır. Ancaq eyni şəkildə öz milli dəyərlərini, adət-ənənələrini, mədəniyyətini tamamilə dinin, konkret İslam mədədniyyətinin içində əritməyi də doğru hesab etmirik. Hər bir şey ölçüsündə, əndazəsində və qədərində olmalıdır. Bir din hər hansı millətin dəyərləri içində assimliyasiya olunanda zahiri xarakter daşıdığı kimi, bir millət də hər hansı dinin içində əriyəndə millətin yalnız adı qalır, özü və özülü isə məhv olur.Birinciyə, yəni dinin millət içində assimilyasiya olunmasına ən bariz nümunə Yəhudilik-Musəvilikdir. Bizcə, Musanın yaydığı təktanrıçılıq dini, dinin inancdan daha çox milli xarakter kəsb etdiyi üçün sadəcə, əskilərdə önə çıxan Sami kökənli Yəhudi xalqının arasında qəbul görmüşdür. Əslində, Musəvilik dünyəvi dəyərləri, bəşəri dəyələri deyil, ancaq Yəhudi xalqını və onun milli xüsusiyyətlərini təbliğ edir. Bu anlamda musəvilik nə qədər təktanrıçılıq dini adlandırılsa da, buradakı təktanrıçılıq Yəhudi milli fəlsəfəsi üzərində qurulmuşdur. Yəhudilərin Yəhvası onlar üçün əsas Tanrı idi. Necə ki, bir müddət Misirdə Amon əsas və tək Tanrı olmuşdur. Bəlkə, Ziqmund Freydin də iddia etdiyi kimi, Musa da təktanrıçılıq ideyasını Misirdən əxz ermişdir.  Hətta, Musa bir yəhudi deyil misirli olmuş, sadəcə yəhudilər xidmət etdiyi üçün yəhudiləşmişdir.Ona görə də, yəhudilikdə önəmli olan Musanın da milli kimliyi və təktanrıçılığı deyil, daha çox yəhudi xalqının fövqəladə üstünlüyü və seçilmişliyidir. Bu anlamda tarix boyu çox az sayda yəhudiliyi qəbul edən digər ulusların nümayəndələri olublar ki, onlar bu seçimi etməklə yalnız mövcud dini inanclarını deyil, milli kimliklərini də böyük ölçüdə itirmiş olublar. Belə olduğu təqdirdə də, digər uluslar yəhudilikdən kənar qaçmış, bununla da yəhudilik dünyəvi dinə çevrilə bilməmişdir. Çünki yəhudilik əslində milliyyətçiliyi ifadə edir.Bəs, eyni sözləri İslam dini haqqında deyə bilərik mi?Doç.Dr. Faiq ELEKBEROV




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler