Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Yeni siyasi ve iqtisadi güc merkezi yaranmayınca dünyanı xaos bürüyecek”

02 Eylül 2016

10:52 am


02/09/2016 [14:51]: xeber –
Suallarımızı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev cavablandırır.- Dünya iqtisadiyyatında siyasi proseslərdən asılı olaraq hərcmərclik yaranıb, Sizin fikirinizcə, bu vəziyyət nə qədər davam edəcək?- İqtisadiyyatla siyasət bir-birindən ayrılmazdır, biri o biri ilə qarşılıqlı vəhdətdədir, bir-birinə bağlıdır necə deyərlər, əllinin-əlliyə nisbətində formalaşır. Iqtisadiyyatla siyasət bir-birini tənzimləyən və balanslaşdıran sistemdir. Yuxarıda qeyd etdiyim pirinsiplər hansı dövlətdə qorunursa, həmin dövlətlərdə sabit iqtisadiyat, sabit sosial durum və sabit cəmiyyət fəaliyyət göstərir. Bəyaq dediyim pirinsip yəni iqtisadiyyatla siyasət arasında tarazlıq (balans) pozularsa, onda həmin məkanda iqtisadi və siyasi sabitlik pozulur, sosial ədalətsizlik, bir sözlə cəmiyyətdə xaos baş verir. Belə olan təqdirdə cəmiyyətdə anormal hadisələr baş verir, iqtisadiyyatda və siyasətdə məntiqi uyğunsuzluq yaranır. Bu gün dünyada yaranmış hərcməclik qeyd etdiyim pirinsiplərin pozulmasından qaynaqlanır. SSRİ-nin süqutundan sonra dünyanın siyasi və iqtisadı balansı pozuldu, dünya iqtisadiyatı, siyasəti ABŞ-ın manapoliyası keçdi və dünyada bir qütblü sistem yarandı. ABŞ-ın vəhşi kapitalizin siyasəti dünyanın siyasi, iqtisadi bağlılığını və balansını pozdu, beləliklə, mövcud xaos yarandı. Bununla da dünyada yaranmış siyasi və iqtisadi hərc-mərclik, dünyanın bir qütblü olmasından qaynaqlanır. Hansısa dövlət ABŞ-ın yaratdığı (siyasi və iqtisadi) monopoliyadan çıxmağa cəht edərsə, bu zaman həmin dövlətdə siyasi qalmaqal yaradılır, bir sözlə həmin dövlətlər ABŞ tərəfindən cəzalandırılır.Artıq dünya dövlətləri gözəl anlayır ki, dünyada iqtisadi və siyasi sabitliyin yaranması üçün yeni siyasi və iqtisadi güc mərkəzinə ehtiyac var. Necə deyərlər, dünyanın siyasi və iqtisadi balansı yaradılmalıdır. Belə birlik Rusiyanın təşəbbüsü ilə yaradılsa da, (Avrasiya İqtisadi Birliyi) bu birliyin inkişafına və genişlənməsinə ABŞ hər vəchlə mane olur.Son zamanlar Türkiyə və Rusiya arasında iqtisadi əməkdaşlıq genişlənir və iki ölkə arasında ticari sövdələşmələrin rus rublu və türk lirəsilə ödənilməsi barədə danışıqlar aparılır, yəni dollardan imtina edilir. Hər iki dövlət razılığa gəlsə belə, bu yaranmış vəziyyəti düzəltməyəcək, (qeyd etdiyim vəziyyət bizim də respublikaya aiddir), məsələyə geniş baxmaq məqsədə uyğun olardı. Təkrar edirəm, dünyanın yeni güc mərkəzi yaranmayınca vəziyyət belə davam edəcək. Bu gün dünya iqtisadiyyatı ABŞ dollarından, siyasəti isə Ağ Evdən asılıdır.Sizə bir misal çəkim, ABŞ günlərin bir günü indi dövriyyədə olan dollardan imtina edib yeni pul vahidini istehsal edib dövriyyəyə buraxarsa, dünyada nələr baş verə bilər? Buna dünya dövlətləri hazırdırmı?-Dollara rəqabət aparan Avropa Birliyinin valyutası olan avroda var…-Avropa Birliyinin iqtisadiyyatının əsasını İngiltərə, Almaniya və Fransa dövlətlərinin iqtisadiyyatı təşkil edir, siyasətini isə ABŞ tənzimləyir. Avropa İttifaqı ilə ABŞ strateji müttəfiq olsa da, buna baxmayaraq avronun dünya valyutası olması ABŞ-ı narahat edir.ABŞ-ın məqsədi və fəaliyyəti avronu dünya valyutası kimi sıradan çıxartmaq, dollara rəqabət olan ikinci valyutanın yaranmasına mane olmaqdır və bu istiqamətdə bütün maneləri dəf etməklə dünyada siyasi və iqtisadi dominatlığını qoruyub saxlamaqdır. ABŞ-ın məsləhəti ilə İngiltərə referendum keçirərək Aİ-dən çıxmaq qərarına gəldi. ABŞ-ın bu siyasəti (yəni İngiltərənin Aİ-dən çıxması) Avropa iqtisadiyyatını zəiflətmək və beləliklə də, avroya zərbə vurmaqdır. Avropa ekspertləri artıq bu qənaətə gəliblər ki, Rusiyaya tətbiq edilən sanksiyalar əks reaksiya verib, bu sanksiya Avropa iqtisadiyatını çökdürür və avronun dəyərini zəiflədib. Araşdırmalar göstərir ki, Rusiyaya tətbiq olunan sanksiyalardan qabaq avronun dünya bazarında dəyəri dollaradan təxminən iki dəfə baha idi. Sanksiyalardan sonra, bu günkü statistik məlumatlara görə, avronun dollara nisbəti təxminən bərabərdir, yəni birin birədir. Rusiyaya tətbiq edilən saksiyalar nə qədər uzanarsa, avronun dəyəri bir o qədər çox dəyərdən düşəcək, beləliklə, ABŞ məqsədinə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler