Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yeni Seysmoloji Xidmet Merkezi fealiyyete başladı

01 Eylül 2016

8:40 am


01/09/2016 [12:36]: xeber –
AMEA-nın Naxçıvan bölməsində Seysmoloji Xidmət mərkəzi istifadəyə verilib. AMEA-nın ictimaiyyətlə əlaqələr xidmətindən sayt-a verilən məlumata görə, mərkəzdə ilk dəfə tətbiq olunan ABŞ-ın istehsalı olan ən müasir seysmoloji avadanlıqlar və proqram təminatı quraşdırılıb. Yeni avadanlıqlar vasitəsilə muxtar respublikanın Heydərabad, Şahbuz, Babək və Ordubad seysmik məntəqələrindən alınan məlumatlar peyk vasitəsilə Bakıda quraşdırılmış qəbuledici sistemə və eyni zamanda internet vasitəsilə mərkəzdəki kompüterə daxil olur. Nəzarət kompüteri verilən məlumatları təhlil edir və arxivləşdirərək yaddaşda saxlayır. Yaddaş qurğusu 24 terabayt tutuma malikdir ki, bu da məlumatların uzun müddətə saxlanmasına imkan verir. Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler