Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yeni serencam sahibkarlar üçün gelirleri artıracaq

23 Ekim 2016

9:52 am


23/10/2016 [13:52]: xeber –
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 318-VQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətlərindən ƏDV 0 dərəcə ilə hesablanır.sayt xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Sərəncamı şərh edib.Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsi ölkədə biznes mühitinin əlverişliliyi, optimal vergi dərəcələrinin tətbiqi, tranzit yük daşınma sahəsində bəzi yeniliklər baxımından da faydalı olacaq. Dəyişiklik həm avtomobil, həm də gəmi ilə tranzit yükdaşımalarının, həcminin sahibkarlar üçün gəlirlərin atması deməkdir.Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsini sürətləndirmək və effektivliyi təmin etmək üçün Prezident Nazirlər Kabinetinə 3 ay vaxt verib. Bu müddət ərzində Nazirlər Kabineti aktların yeni vergi Qanununa uyğunlaşdırılması barədə təkliflərini dövlət başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılması barədə Prezidentə məlumat verməlidir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler