Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Yeni reng icad edildi – “YlnMn blue”

05 Temmuz 2016

9:56 pm


06/07/2016 [01:53]: xeber –
Elm
sayəsində hər gün yeni bir texnoloji inkişafla, müalicəsi mümkün olmayan
xəstəliklərə qarşı vasitələr istehsal etməklə, kosmosdakı inanılmaz kəşflərlə “mümkünsüz”
dediyimiz bir çox  şeylər mümkün olur.  

Harvard
İncəsənət Muzeyində 1900-cu illdən bu yana toplanan 2500 müxtəlif piqment
(rəng) borucuqlar içərisində saxlanılır. Bu kolleksiya dünyada mövcud olan
bütün rənglərin kataloqu (və tonları) kimi qəbul edilirdi.

Bu rənglərin
nə qədər geniş olduğunu anlatmaq üçün bir misal verək. Sarı rəngin tünddədn
açığa doğru müxtəlif çalarları var. Ancaq bir çaları var ki, “hind sarısı”
adlanır və onu hansısa rənglərin qarışımından almaq mümkün deyil. “Hind sarısı”
çaları manqo ağacı yeyən inəyin sidiyindən alınır.

sayt xəbər verir ki, dünyada
yeganə olan bu kolleksiyaya yeni bir rəng də əlavə olunub. Yeni rəng Oreqon
Universitetindəki bir laboratoriyada “manqan oksid” ilə digər kimyəvi
maddələri qarışdırıb 1200 dərəcəyə qədər qızdırılan zaman alınıb. Rəng mavi ilə
bənəvşöyə arasında, son dərəcə parlaq və cəlbedici tondadır. Rəngə “YlnMn
blue” adı verilib.

Bu rəng
əslində 2009-ci ildə icad olunub, böyük çətinliklərdən sonra yeni bir rəng
olduğu sübut edilib. 2015-ci ildə “Journal of the American Də Chemical Society”
jurnalında rəng haqqında məlumat dərc olunub. Və nəhayət ki, ötən həftə
“boya” olaraq bazara çıxarılıb.

Qeyd edək
ki, Bu cür rənglər, çalarlar əsasən muzeylərdə zərər görmüş sənət əsərlərinin restavrasiyası
(orijinalından ayırd edilməyəcək tonlar seçilərək) zamanı istifadə edilir.Zəhra




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler