Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Yeni nezeriyyem türk dünyasında maraqla qarşılanır”- Sabiq tehsil naziri

03 Kasım 2016

8:20 am


03/11/2016 [12:18]: xeber –
Türkoloq alim, sabiq təhsil naziri, professor Firudin Cəlilov türkologiyanın yeni elmi-nəzəri   əsaslarını özünün “Doqquz bitik” adlı doqquz seriyadan ibarət kitablarında əks etdirib. Professor sayt saytına açıqlamasında hələlik üç cildinin işıq üzü gördüyü bitiklərdə yeni türkoloji nəzəriyyənin də əsasını qoyduğunu bildirib:“Doqquz bitik”in hələ ki üç cildi çap olunub. İmkan olan kimi o birilərini də çap edəcəyik. Bu barədə başqaları danışsa, daha yaxşı olar. 30 illik fəaliyyətimin, araşdırmalarımın nəticəsidir. Türkologiyada yeni bir xətdir, yeni nəzəriyyədir. Adı “Urmu nəzəriyyəsidir. Bir var Altay nəzəriyyəsi. Burada türklərin gəlmə olduğu qeyd edilir. Yəni indiki ərazilərə altaydan, Monqolustandan gəldiyi deyilirdi. Yazdığımda isə əksinədir. Bu ərazilərdən oralara gediblər. Sonra da əksinə, hissə-hissə qayıdıblar. Nəzəriyyənin məğzi budur. “Doqquz bitik”in hər cildi bir sahəyə aiddir. Biri dilçilik, o biri mifologiya, başqa birisi qədim dövlətlərə aiddir. Bu doqquz kitab türkologiyanın həm də elmi nəzəri əsaslarıdır. İmkan verir ki, türkologiya bu istiqamətlərdən öyrənilsin, araşdırılsın”. Alimin sözlərinə görə, əsasını qoyduğu yeni elmi istiqamət türk dünyasında maraqla qarşılanıb. Artıq bir neçə türk dövləti həmin nəzəriyyəyə həsr olunan kitabları çap etməklə məşğuldular:“Bu nəzəriyyə elmdə yeni istiqamət olduğu üçün türk dünyasında  çox maraqla qarşılanıb. Artıq Türkiyədə bu istiqamətdə kitablar yazmağa başlanıb. Tatarıstan, Qırğızıstanda da əməli işə keçiblər. Nəzəriyyə türkologiyada yeni istiqamət açdığı üçün başqa türk dövlətlərində də yayımlana bilər”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler