Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Yeni nesilde terife daha da asilik yaranır…”

23 Haziran 2016

8:44 pm


24/06/2016 [00:39]: xeber –
Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, çoxşaxəli yaradıcılığa malik şair-qəzəlxan, dramaturq və çoxsaylı kinossenarilərin müəllifi İlqar Fəhmi sayt saytına geniş müsahibə verib:- Ədəbi mühitə gəlmənizdə sizə təkan verənlər olubmu? – Mənim yaradıcılıq fəaliyyətim 30 yaşından sonraya təsadüf edir. 90-cı illərin sonlarında əruzla-qəzəllə məşğul idim. Mənim əsas məhsuldar dövrüm 2004-cü ildən bəridir. Yəni, son 10 ili əhatə edir. Bir işə başladıqda onu bütün ruhumla etməyə çalışıram. Gördüyüm işlər də ssenaristlərin, rejissorların diqqətini çəkirdi. Sizə onu deyim ki, yaradıcılığımın əsas hissəsi, səhnələşdirilmiş əsərlərimdən 5 dəfə çoxu işıq üzü görməyib. Yarım qalan, başlamayan və s. əsərlərim çoxluq təşkil edir. Heç bir ideya məni öz ardınca sona qədər apara bilmir. Mən hər şeydən tez bezən, səbrsiz insanam. İşlərimi sürətlə görüb bitirməyə üstünlük verirəm. Roman və povestləri ən gec 2-3 aya sona çatdırıram. Bu həm də mənim xarakterimlə bağlıdır, çox düşünüb tez icra edənəm. Bəzən əsərlərimi yazanda sona yaxın bezirəm və bitirmək üçün fikrimi konkretləşdirib, yığcam ifadə edirəm. “ Aktrisa”, “Akvarium” kimi əsərlərim də bu qəbildəndir. İşin dərinliyini bilən insanlar mənə həmişə deyirlər ki, sən əsərin əvvəlini çox geniş götürüb ətraflı şərh edirsən, sona yaxın həvəsdən düşdüyün və bitirməyə çalışdığın hiss olunur. Mənim yazmadıqlarım, yazdıqlarımdan çoxdur. Ədəbi sahədə mənə təkan verənlər çox olub. İstər əruz yaradıcılığımda, istərsə də digər işlərimdə Rüstəm Samit, Hacı Valid, Hacı Mail mənə dəstək olublar.  Yazıçılar Birliyinə gəldikdən sonra Anar müəllimin özü mənim kitabım çıxanda məqalə yazmışdı, kitabın ön sözündə Fikrət Qoca fikrini bildirmişdi, şeirlərimi oxuyub bəyənmişdi. Mənim haqqımda Çingiz Abdullayev də yazıb. Bunlar məndə böyük məsuliyyət yaradıb. Bizdə böyüklərə hörmət çox olub, ağsaqqallar bir gənci bəyənirsə həmin adam güvəni boşa çıxarmamaqçün əlindən gələni edib. Amma yeni nəsildə tərif daha da asilik yaranır, özündən razılıq formalaşır. Deyilən sözə layiq olmaq lazımdır, bizim nəsil belə idi. İnamı doğrultmaqçün əlimizdən gələni edirdik. Təriflənəndə bizi vahimə basırdı. Bizi həvəsləndirmək üçün çox çalışırdılar, Haci Mail bizə çox dəstək olurdu. Mən indi də beləyəm. Söz deyiləndə məsuliyyət hissi artır. – Siz özünüz necə, gənc yazarlara dəstək olursunuzmu? – Bax, mən o işdə bir az passivəm. İşlərin çoxluğu, tədbirlər, təqdimatlar, yaradıcılıq gənc nəslə qayğı göstərməyə imkan vermir. Bizə qayğı çox idi, təəssüflər olsun ki, biz o qayğını hazırkı nəslə ötürə bilmirik. Çalışıram dəstək olum, amma çox da çatdıra bilmirəm. Bizim vaxtımızda hörmət çox idi, ilk kitabımı Fikrət Qoca özü təqdim etmişdi. Təqdimatını özü keçirmişdi. Hətta Həsən Həsənovun pyesi səhnələşdirilirdi, lakin Fikrət Qoca mənim tədbirimi apardı. Bu bizə olan diqqətin nəticəsi idi. Biz özümüzdən sonrakılara o diqqəti ayıra bilmirik. Mən əruzla məşğul olan zamanlarda yazdığımız qəzəli bizə beyt-beyt, misra–misra başa salırdılar, saatlarla səhvlərimizi izah edirdilər. Amma bizim buna səbrimiz çatmır. – Yazıçılar İttifaqındakı fəaliyyətiniz yaradıcılığınıza mane olurmu? – İşlər çoxdur, kino, veriliş, serial, burdakı işlər, bir sözlə başımız yaman qarışıq olur. Yaradıcılığıma mane olmur, sadəcə insan kimi çox yüklənirik. – Klassik dünyanın aurasında olan bir insansınız. O enerji qatından ayrılıb, təşkilati işə pərçimlənmək sizə nə dərəcədə mənfi təsir edir? – Əksər hallarda gördüyümüz işlərin nə dərəcədə faydalı olduğunu bilirik. Mən bir iş gördükdə uğur qazanacağımı, yaxud qəbul olunacağımı düşünmürəm. İstədiyimi reallaşdırıram, oradan hər hansı maraq güdmürəm. İnsan fərdi məninin, eqosunun tələblərinə tabe olmamalıdır, onun dalınca getməməlidir. İrfani hisslər buna ziddir. Eqosentrizimdə qalib olan insanlar irfan aləmində məğlubdurlar. – Klassik dünyanın enerjisinə bürünən insan hər zaman çəkisizlik halında olur. Bu çəkisizlik  halı sizi harada qoruyur, yaradıcılıqda, yoxsa təşkilati işlərdə? – Hər ikisində qoruyur. İnsanın qəlbindəki uğur qazanmaq duyğusu təmin olunmadıqda onlarda bir depressiya halı yaranır. Bax belə durumlarda çəkisizlik halı məni qoruyur. Mənim marağım uğur qazanmaq, adımın çəkilməyi, beynəlxalq səviyyədə çıxış etmək və s. deyil. Əsas nə etmək istədiyimə əmin olmaqdır. Təbii ki, hamı uğur əldə etməyə can atır. Ancaq məndə öncəlik bundan ibarət deyil. Yaradıcı insanlar əsərləri qəbul olunmadıqda, şöhrət qazanmadıqda ruhdan düşür. Bunlar mənə xas xüsusiyyətlər deyil. Məni oxumasalar da, tanımasalar da narahatlıq yaratmır. Son zamanlarda əsərlərimi bir yerə topladım 14 cild çıxdı. Heç təbliğatını da etmirəm. Onlardan 8-i “Hədəf” nəşriyyatında çap olundu. 6-sı isə inşallah payıza qədər çapdan çıxar. – Bu gün klassik dünyamızdakı ruhi yaddaşa xəyanət cəmiyyətə nə dərəcədə zərbə vurdu? – XX əsrdə bütün dünya xalqları arasında qərb modelinə keçmək haqqında fikirlər var idi. Buna mütərəqqi hal kimi baxılırdı. Amma bu elə də asan olmadı, xalqlar 1000 illik yaddaşını qurban vermək niyyətində deyildi. Milli-dini düşüncə tərzimizə olan basqı bu gün İslam ölkələrində radikal dini meylə yönəlməkdə özünü göstərdi. Bunun hamısı o təzyiqlərin nəticəsi idi. 60-70-ci illərdə Türkiyə, Əfqanıstan, Misir və bu kimi digər ölkələrə təzyiq nəticəsində onlarda etiraz, yaxud özünəqapanma halları başladı. Son zamanlarda terror təşkilatları yaranıb, 60-70-ci illərdə İslam terrorizmi, milli terrorizm deyilən bir şey yox idi. Bütün bunlar milli düşüncəyə vurulan zərər idi. Azərbaycana hər zaman dini düşüncələri üçün sıxışdırılan insanlar qaçıb gəlmişdilər. Bəhailər və başqalarını buna misal göstərə bilərik. Bizim ölkədə heç bir milləti dini düşüncəsinə görə incitmir, narahat etmirlər. Tarix boyu təhlükəsizlik baxımından bura sığınanlar çox olub. Dini düşüncələrinə görə Rusiyanın özündən malakanları ölkəmizə köçürdülər. Biz 1500 il ermənilərlə birgə yaşamışıq, onları qırmaq istəsək nə mane ola bilərdi. Azərbaycan xalqının qanında vəhşilik, məhv etmək yoxdur. Biz tolerant millətik. Bütün ölkələrdə ayrı-ayrı dini təbəqələr bir-birini sıradan çıxarıb, amma bizdə bunlar yaşanmayıb. Burada praqmatizm və mərhəmət anlayışı ortaya çıxır. Uzun illər Osmanlılar müxtəlif xalqlarla birgə yaşayıb. Onları istəsə ölkəsindən qova da bilərdi. Lakin buna ehtiyac duyulmayıb.(ardı var)Elmin NuriKəmalə Yusifli




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler